Niyə bloq yazıram?

Sözün düzü bu sualı tez-tez eşidirəm. Kimsə bloq yazımı görəndə, oxuyanda   və yazılara mövzulara baxanda deyir ki, axı sənin nəyinə lazımdır. Bloq yazmaq sənə nə verir? Sən bundan pul qazana bilirsənmi? və s bu tipli suallar ilə qarşılaşıram.

Onu dəqiq bilirəm ki, həyatda hər şeyə pul kimi baxanlar ömür boyu kiminsə əsiri olaraq qalacaqlar. Bizim gözəl millətimizdə var elə şeylər. Yeni ideyan olanda, təzə bir işə qəbul olanda  deyirlər ki, “nəsə var?” Yalnız orta statistik azərbaycanlı  onun mənasını anlaya bilər.

Səmimi olaraq qeyd edimki, mən məktəbdə imla, inşa universitetdə esse yazmağı sevmirdim. Arada özümə də maraqlıdır ki, nəsə yazıram . Ama onu bilirəm ki, bloq yazmaq mənə müsbət təsir edir.

Niyə bloq yazıram ? Ona görə ki: 

  1. Bloq yazmaq məni ilk öncə mənəvi olaraq  rahatlaşdırır.  Həmin an keçirdiyim hissləri, duyğuları olduğu kimi yazıram. 
  2. Özümü inkişaf etdirirəm. Bəli, bəli düz eşitdiniz, özümü inkişaf etdirirəm. Hər dəfə bloq yazanda özümü daha məsluliyyətli hiss edirəm. İşimlə və yaxud sosial məsələlər ilə bağlı yazanda çox araşdırmalar aparır yeni biliklər əldə edirəm.
  3. İşim üçün yazıram – İş  həyatıma müsbət təsir edir.  Sosial iş və keçdiyim təlim mövzularına görə daha çox tanınıram və sifarişlər əldə edirəm. Sosial işə aid yazılı mənbələr bizim dilimizdə çox azdır. Rəsmi olaraq bir çox material ola bilər. Ancaq problemlərə sosial işçi olaraq yanaşıb, təhlil edib, nəticə çıxardıb yazan çox az adam var.
  4. Beyin fırtınası üçün- Bəzən çox düşünürük, müzakirə eliyirik ancaq bir nəticəyə gələ bilmirik. Bloq vasitəsi ilə tanımadığım adamlar ilə  ortaq mövzularda  sırf peşəkarcasına müzakirələr aparırıq.
  5. Facebook, twitter və s. digər sosial şəbəkələrdən daha keyfiyyətli və daha rahat fikirlərimi izah eliyə bildiyim üçün.

Bəli, bir sözlə bloq yazmaq boşa vaxt itirmək deyil. Mən bloq yazarkən 1 saata yaxın və bəzən daha az vaxt itirirəm. Ancaq  buna vaxt itkisi olaraq baxmıram. Mənə çox rahatdır.

Həmişə sonda olduğu kimi hər birinizin iş və şəxsi həyatında  uğurlar arzu edirəm!!!!

Advertisements

“Yalançı Kimliyimiz”

Salam səmimi olaraq yazmaq istəyirəm ki, içi mən daxil olmaqla demək olar ki, çoxumuz yalançı həyat  yaşayırıq.  Bəlkə də biz özümüzü bu yalana uyğunlaşdırdıq və elə bilirik belə də olmalıdır. Gəlin birlikdə müqayisədə edək. Ailə üzvlərimizin bizi çox istəməyi nədən asılıdır? – Məktəbdə əla qiymət alanda, uğurlu nəticəsi olan bir şey elədikdə, yaxşı bir işə girəndə bizi ailəmiz, sevdiklərimiz çoox sevir, fəxr edir və qürur ilə bu mənim oğlum(qızım) deyib işarə edirlər ki, hamı tanısın və bu möhtəşəm şah əsərinin kimin olduğunu bilsin. Düzdür? Yəqin mənimlə razılaşarsınız.  Burada uşağın nə istədiyinin, nə arzuladığının önəmi yoxdur. Önəmli olan valideynlər qərarını verib və onlar artıq xoşbəxtdirlər.

İkinci nümunəyə nəzər salaq. İndi biz məktəbdə  zəif qiymət alan, tez-tez dostları ilə dalaşan, işsiz, həyatında heç bir uğur qazana bilməyən biri olaq. O zaman valideynlərimiz bizi çox istəyəcəkmi?? Təbii ki, çox istəyəcəklər çünki onlar bizim valideynlərimizdir. Ancaq münasibət fərqli olacaq. Çünki biz onların istədiyi kimi ola bilmirik. Axı onları qınamaq lazım deyil çünki, onlarda öz ata-analarından elə  görüblər. Düşünürlər ki, belədə olmalıdır. Biz yuxarıda sadaladığımız şeyləri edəndə hamı bizə bir təhər baxacaq, bu yenə gəldi yenə nə isə aləmi bir birinə qatacaq deyə düşünəcək. Nəticə həqiqətən insan özünü təzyiq altında hiss edir və daha da fərqli şeylər etməyə çalışır. Əgər dərin səhv hərəkət olarsa valideyn uşaqla danışmalıdır. Tək çıxış yolu danışıqlar aparmaq bir-birini eşitmək yolu ilə müsbət nəticə əldə oluna bilər.

Valideynlər uşağı, gənci sıxır, nənə-baba azadlıq verir, bibi şirnikləndirir, əmi qorxma deyir, qonşular ağıllı ol deyir və s. və ilaxır. Sizcə həddindən artıq çox şey istəmirik uşaqlardan, gənclərdən? Axı bu qədər təzyiq altında necə yaşamaqbeden-göz olar ? . Ona görədir ki, son dövrlər  intihar hallarının sayı durmadan atır. Bu gedişlə intihar inqilabı yaşayacağıq. Hər kəs tək çıxış yolunu intiharda görür. Niyə bilirsiniz ? – Çünki heç kim özünə inanmır. İnanmır ki, o yaxşı usta ola bilər, inanmır ki, o yaxşı alpinisit, sosial işçi, və s. ola bilər. Ailənin inamsızılığı uşağa birbaşa təsir edir. Nəticədə kiçik uğursuzluqda onlar məyus olurlar. Növbəti uğursuzluqda isə … siz düşünün.

Uşaqlıqda belə təzyiq ilə böyüyən uşaq cəmiyyətdə özünə necə yer tapa bilər? Çox çətinliklə… OSHO demişkən bizə uşaqlıqdan sevməyi düzgün öyrətməyiblər. Uşaq anadan olan gündən əmini sev, dayını sev, ananı-atanı sev, bu qonşunun qızıdır onu sev, məktəbdə müəllimini sev, vətənini sev, dostunu, yoldaşını sev. Axı bu qədər sevgi istəmək düzgündürmü? Sonra isə uşaq böyüyüb yetişkin gənc olanda  bir yerdə olduğu qadını sevib sevmədiyini anlaya bilmir.

Həqiqətən özümüz kimi yaşamalıyıq. Qərar verərkən, ünsiyyət qurarkən, yemək yeyərkən, belə özümüz kimi olaq Qoy bizi ağzımızı marçıldadırıq deyə bəyənməsinlər, mədəniyyətsiz desinlər. Ancaq səni həqiqətən sevən adam səni olduğun kimi qəbul edəcəkdir.

Birdə ən böyük problemimiz bir-birimizə hisslərimizi deməkdə çətinlik çəkirik. Bəzən dostumuz uğur qazananda yaxud sevdiyimiz biri düzgün hərəkət eləməyəndə susuruq ki, xətrinə dəyməsin. Bu anda biz yalançı oluruq. Çünki özümüz içimizdən gələn başqa şeydir. Səmimi olmaq o qədər gözəldir ki…..

Mən həyatda çox yalan danışmışam. Bəzən şirin bəzən acı yalanlar. Ama çalışacağam  maksimum azaldım və yalan ümumiyyətlə danışmayım. Çünki həqiqətən insan özüdə rahat olmur və narahatlıq keçirdir. Stresdən uzaq olmaq istəyiriksə yalandan və bizi yalan danışmağa vadar edənlərdən da uzaq olmalıyıq.

Mən həyatda mənə yaxın olan dostlarımı, ailəmi çox sevirəm.  Bəzən etiraf eləməsəmdə ancaq mən sizləri çox sevirem. Sizdə ətrafınızda olan insanlara deyin ki, onları sevirsiniz. İnsanlarda özünə inam hissini öldürüblər. Hamı cəmiyyətdə başı aşağı , hamı qəmgin, borc içində yaşayır. Heç kim artıq bir-biri ilə maraqlanmır. Hamısı ayın axır alacağı maaşı gözləyir ki, kredit borclarını bağlasın sonrada barmağını yalasın….. Maraqlı deyilki həyətdə biri yıxılıb, ürəyi gedib, acdır, suzudur, və s.

Əziz dostlarım bir birimizdən ayrılsaq, küssək belə doğruları deyək. Onsuz bir müddət sonra hər şeyin üstü açılacaq. O zaman bir-birimizi birdəfəlik itirə bilərik.

Əgər cəmiyyətə sağlam psixologiyası olan insan yetişdirmək istəyiriksə gənclərmizin seçimində sərbəstlik verməliyik. Demirəm ki, təmiz qarışmayın. Sadəcə görürsünüz axırı yaxşı deyil, yol göstərin. Qaranlıq yolda mayak olun. Onlar sizi öz arxalarında bilib, onlara inandığınızı düşünərsə inanın ki, dağı dağ üstündə qoymazlar, hər bir işin öhdəsindən gələrlər.

Belə dostlar öz səmimi içimdən gələn hisslərimi sizinlə bölüşdüm. Onsuzda burda bizdən başqa heç kim yoxdur. Ona görədə rahat olaraq yazıram. Sizdə rahat olun içinizdən gələn fikirləri bölüşün. Düz deyiblər sevinc paylaşıldıqca artır, kədər isə paylaşdıqca azalır.  Sonda həmişəki kimi, hər bir şəxsə öz şəxsi və iş həyatın da uğurlar arzulayıram və bu dəfəki yazımı şəhərin dəcəl uşaqlarını həsr edirəm)).

“Bu insanlara diqqət edin”

Bugün sizinlə başıma gələn bir maraqlı hadisə haqqında danşmaq istəyirəm. Xırdalanda yaşayanlar bilər ki, parkın aşağısında bir nənə var semiçka satır. İşdən evə gələrkən tələsirdim və ona fikir vermədən keçdim. O isə həmin günü çox az semiçka sata bilmişdi. Dediki “Ay oğul gəl semiçka al”. Mən isə tələsik yanından ötüb keçmişdim. İnanın elə bil kimsə mənə möhkəm şillə vurdu və elə bil yuxudan oyandım. Tez Qayıdıb semiçka aldım. O üzündən nur yağan nənə mənə bir xeyir dualar elədi. İnanın ki, həmin gunu insan ən azı bir az mənəvi rahat olur. Deməli insanın həqiqətən ehtiyacı var. O bunun üçün əlini açıb digərləri kimi dilənmir, ən azı nə isə edir.

Bütün bunları nəzərə alaraq əziz dostlarım sizdən çox xahiş edirəm əgər ətrafınızda, yaşadığınız yerdə rastınıza semiçka satan nənələr,babalar və s. çıxarsa mütləq alın. Çiko,patron, beloçka və s. şirkətlərə onsuzda hamı artıqlaması ilə xeyir verir. Həmin insanların sizin o 20 qəpiyinizə ehtiyacı var. Bunu tək semiçka almaq üçün yox mənəvi borc kimi bilin. Sizin verdiyiniz az miqdarda pul ilə o ailələr çox xoşbəxt olursa niyə əsirgəyək ki? O insanların biz semiçka alarkən bizə verdiyi xeyir duanı hansı firma verir?

Onsuzda biz gündəlik iş, universitet həyatından heç öz ailəmizə, dostlarmıza düzgün vaxt ayıra bilmirik. Sizdə imkan daxilində heç olmazsa  yolunuzun üstündə qarşılaşdığınız insanlara xeyir verin. Bu Semiçka satan, tərəzidə çəkinizi ölçməyiniz xahiş edən,  tütək çalan və s ola bilər.  Əslində sizə də xoş olacaq. Bəlkədə ondan sonra biz sevdiklərmizə vaxt ayırmağın önəmli oldğunu və işimiz hər şeydən önə çəkib ancaq işimiz haqqında düşünmərik. İşində şəxsi həyatında öz yeri və vaxtı var. İnanın hər şey yerində və vaxtında gözəldir

Bizlər onları qiymətləndirərək onlara həm maddi həm mənəvi dəstək olarıq. Son dövrlər mətbuatda nənənin fırıldaqçılığı hamıya məlumdur. Sadəcə belə halları görüb həvəsdən düşməyin. Hər yerdə yaxşı və pis insanlar qarşımıza çıxa bilər.  “Qurunun oduna yaşıda yandırmayaq”

Hər kəsə həmişə olduğu kimi iş və şəxsi həyatında  bol-bol uğurlar arzu edirəm. Əslində biz birimizə xoş münasibət göstərərək tam bir insan kimi formalaşa bilərik bunu bir-birmizidən əsirgəməyək. !!!!

“Ölkədən getmək istəyirəm”

Gənc dostlarımla söhbət edərkən adam ölkədən getmək istəyir. Kimi görsən çıxış yolunu  ölkədən getməkdə görür. İş tapa bilmir, iş qura bilmir, sevgilisi aldadır, valideynləri başa düşmür və s hərənin özünə görə mütləq bir səbəbi var ki, ölkəni tərk eləsin.  Yəni həqiqətən bu qədər asandır görəsən ölkəni tərk eləmək. Bir ara məndə düşünürdüm ki, gedəcəm buralardan. Xaricdə şanslar daha çoxdur. Ancaq son vaxtlar tez-tez xarici işguzar səfərlərdə oldum.  Nə qədər gözəl maraqlı olsada MƏNƏ GÖRƏ ölkəmin yerini vermir.  Ruminyada olanda  1 həftə ancaq ingilis dilində danışırdıq çünki tək ortaq dilimiz odur. Ancaq  geri dönərkən hava limanında  türk dilində danışan insan gördüm və sözün əsl mənasında ürəyim kövrəldi.  Çünki həqiqətən dilimiz torpağımız üçün darıxmışdıq. Bəziləri bunu deməydən utanır vallah mən darıxdım.

Mən burada yalnız öz fikirlərimi yazıram. Ola bilər ki, sizə görə fərqlidir.  Ancaq dostlar 5 barmağın 5-i də bir deyil. Xaricə getmək, gəzmək, yeni insanlar və yeni yerlər görmək dünya görüşünü artırmaq bunlar ən yadda qalan günlərimiz olacaqdır. Hamıya məsləhət edirəm ki, gəzəməyə oxumağa getsin mütləq. Bir dəfəlik ölkədən getmək bunu ancaq çox güclü  yaxud da həqiqətən ətrafından sıxılan  adamlar bacarar. Yuxarıda qeyd elədim hərənin özünə görə səbəbi var. Ən çox insanlar işsizlikdən şikayət edir. Və mən onlar ilə tam razıyam. Ancaq bu o demək deyil ki,  iş yoxdur. Sizi inandırım çox çalışsaq özümüzə uyğun iş tapa bilərik. Buna sadəcə zaman, enerji və hərəkət lazımdı. Yerimizdə oturub iş yoxdur demək düzgün deyil. Özümüzə uyğun kitablar oxuyub, yerli və beynəlxalq təlimlərdə iştirak edib, təhsilimizi artırmaq və paralel olaraq işləmək lazımdır. HOST demişkən təhsil bərbad gündə olsada satışda yaxşı kitablar var, özünüzü inkişaf etdirin.  Bir az da mühitə uyğun hərəkət etmək lazımdır. Bu o demək deyil ki, rüşvət alın və s. Sadəcə düzgün siyasət, yanaşma ilə insanlara təsir etmək mümkündür.

Kamplarda, təlimlərdə kimdən soruşsan ölkədən getmək istəyir. Tutaq ki hamı çıxdı getdi ölkədən. Gedəcəyimiz yerdə hər şeyin ürəyinizcə olacağına əminsiniz? Uşaqlıq xatirələrini uşaqlıq dostlarının yanında başqasına danışmağın ayrı ləzzəti var mənim üçün.

Deməyin ki, oxuyub qayıdıb ölkə üçün nəsə edəcəyik. Çox az insanlar bunu edir. Xaricdə təhsil alıb gələnlər maaşda və s şeylərdə razı olmurlar, mühitə uyğunlaşa bilmiyib qayıdırlar oxuduqları yerə. Başa düşürəm maaş yüksək olmalıdı. Ancaq hər şey pul deyil axı. Bəzi şeylər var ki, könüllü və yaxud qismən az maaşla etmək lazımdır.

Rayonlarda, ucqar kənd məktəblərində və universitetlərdə təhsil alan şagird və tələbələri kim stimullaşdıracaq ? Kim onların qoca ancaq boş-boş yazılar yazdıran müəllimlərin əlindən qurtaracaq ? Kim onlara düzgün ünsiyyət qurmağı, insanlara kömək etməyi, yalnız öz cibini düşünməməyi, ətrafımızdakı insanların əslində bizim həyatımız üçün yararlı insanlar olduqlarını izah edəcək? Xeyir bu təkcə müəllimlərin işi deyil. Hər birimizin işidir. Bügun cəmiyyətdə sözünü deyə bilən hər kəsin borcudur. 

Türkiyədə İzgörən Akademiyası (Ahmet Şerif İzgörənin) inanılmaz layihələr edirlər. Könüllü olaraq internat evlərinə, həbsxanalara gedib insanlara dürüstlük, düzgün ünsiyyət qurmaq və s mövzularda təlimlər verirlər.

Hə siz deyirsiniz nə olsun guya mənim onu etməyim heç nəyi dəyişməyəcək. Ancaq elə deyil  “Sərçə məsələni” yada salın. Hamı öz üzərinə düşəni eləsə 1, 2 dənə də olsa gəncimiz məhv olmaqdan bəlkə də xilas edə bilər.

Mənim ölkədə qalmaq üçün səbəbim getmək üçün olan səbəblərdən  çoxdur. Əminəm sizində səbəbiniz çoxdur. Getmək istəyənləri başa düşürəm. Mən sadəcə öz fikirlərimi mənə aid olan hissləri paylaşdım. Hər kəsə öz həyatında işində harda olmasından asılıolmayaraq uğurlar arzu edirəm .

BDU, Hüquq fakültəsinin tələbələrinə “İcma və Liderlik” təlimi

Təlimçi karyeramda müxtəlif qruplara (dövlət və qeyri dövlət orqanlarının işçilərinə, yeniyetmələrə, kənd icmalarına və s) təlimlər keçmişəm. Hər adutoriyada yIMG_1364eni və fərqli yanaşmalara şahid olmuşam. Hər ixtisas sahibinin özünə xas yanaşması və ixtisasa uyğun terminləri vardır. Ancaq mən hüquqşunaslar olan adutoriyaya hələ təlim keçməmişdim. Həqiqətən çox həyəcanlı və maraqli idi mənim üçün. “Sosial Hüquqların Araşdırılması” İctmai Birliyinin sədri professor, Mayıs Əliyev  hüquq fakültəsinin tələbələrinə “Liderlik” təlimi keçməyimi sifariş elədi.  Mən isə Mayıs Əliyevə “İcma və Liderlik” təlimi keçməyimi təklif elədim. Çünki,  liderliyə aid o qədər təlimlər keçiblər ki, artıq insanlar o addan sıxılırlar. İcmada liderin rolunu göstərərək biz liderlik bacarıqlarının və liderin xüsusiyyətlərini daha yaxşı adutoriyaya çatdıracağımı bildirdim.

Və həqiqətən də gözlədiyimiz kimi oldu. Tələbələr ilə çox maraqlı və interaktiv təlim alındı. Hər təlimdəIMG_1373 təkcə təlimçi nəsə öytərmir, təlimçi adutoriyadan da nəsə öyrənir. Hüquqi cəhətdən məsələyə yaxınlaşmaları və təklifləri , öz başlarına gələn maraqlı   liderliyə aid hadisələri danışdıq və analiz elədik. Vaxt az olduğu üçün daha dərin təlimi keçə bilmədim. Ancaq həqiqətən adutoriyada hər şey ürəyimcə idi. Və ən əsası iştirakçıların ürəyincə idi.

Standart təlim formatından çıxmaq lazımdı. Adutoriyaya uyğun rol oyunları, enerjayzerlər(buzqıranlar) eləmək, mövzuya uyğun video-çarxlar göstərmək, və olmuş hadisələrdən misal gətirərək təlimin effektivliyini artıra bilərik.

Yeni tanıdığım hüquqşunaslardan liderlik xüsusiyyəti olan bir necə iştirakçı var idi. İnanıram ki,  bu insanlar gələcək
IMG_1425də bu potensiallarını ortaya çıxara biləcək və bu xüsusiyyətlərindən istifadə edə biləcəklər.

Mən təlimin təşkil olunmasında əziyyəti çəkən hər bir insana xüsusilə Mayıs Əliyev və Ülvi Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Sonda həmişəki kimi ,  hər kəsə iş və şəxsi həyatında uğurlar arzu edirəm !!!!!!!!

İdarəetmənin Sektora aidiyyatı yoxdur!!!

Əslində uzun zamandır bu mövzu haqqında düşünürəm, dostlarla müzakirələr aparırıq. Həqiqətən idarəetmənin sektora aidiyyatı varmı? İlk öncə sualın məzmununu açmenecmentmaq istəyirəm. Yəniki tutaq ki, siz həkim deyilsiniz ancaq hər hansı bir xəstəxananın direktoru yəni idarəetməsində işləyə bilərsinizmi? və yaxud siz uzun müddət bankda idarə etmə işlərində işləyib sonra mebel sektorunda bu sahə üzrə işləyə bilərsinizmi?

Mənim fikrimcə çox gözəl işləyə bilərsiniz. Ola bilər ki, iş haqqında o qədər də məlumatınız yoxdur. Siz qısa vaxt içərisində, özünüzə lazım olan məlumatları, bilikləri öyrənə bilərsiniz. Sonra daha rahat şəkildə bunu idarə edə bilərsiniz.

Məsələyə bir az fərqli yanaşaq. Mən həkim deyiləm ancaq hər hansı bir xəstaxanda yaxud da tibb müəssisəsində işləməyim nə dərəcədə düzgünür ? – İlk öncə bunu bilməliyik ki, yaxşı menecer o deyilki hər işi bilsin, yaxşı menecer odur ki, bacarıqlı insana bildiyi işi versin və ona inansın.  Təbii ki, sən bilmədiyin sahədə işləyəndə ilk öncə o sahə haqqında ümumi biliklər və sənə lazım olan məlumatları bilməlisən. Daha sonra effektiv idarə eləmək mümkün olar.  

Və yaxud sən idarəetmədə uzun müddət Mebel sektorunda işləyib birdən birə Bank sektorunda fəaliyyət göstərə bilərsənmi?? –  Bəli çox gözəl işləyə bilərsən. Çünki sən mebel detalı hazırlamırsan və s sadəcə işi bilib idarəetmədə fəaliyyət göstərirsən.

Mən İctimai Səhiyyə və İslahatlar Mərkəzində menecer kimi fəaliyyətə başlamışam. Çox həvəslə işimi görürəm. Sosial sektor ilə bir başa əlaqəsi var. Ən əsası mən burda rahatam və böyük perspektiv hiss edirəm.

Bu yazını yazmaqda məqsədim, odur ki, əgər özünüzə inanırsınızsa əngəl, sərhəd tanımayın. Özünüzə uyğun və inandığınız işi görün. Hər kəsə uğurlar!!!

Disleksiya nədir?

Elmir Valehli

Disleksiya nədir? Disleksiyalı uşaqlar ilə necə davranmalı? 

10404861_824162567647137_1074938729001985658_n

Disleksiya sözü ilə ilk dəfə Azərbaycan Universitetində Aygün Musayevin dərsində tanış oldum. Heç eşitmədiyim termin olduğu üçün diqqətimi çəkdi. Bu dəfə ki, yazımın məqsədi sırf ətrafımda olan disleksiya haqqında məlumatı olmayan və yaxud az məlumatı olan insanlara bəzi bildiyim, öyrəndiyim bilikləri paylaşmaqdır. Disleksiya haqqında bütün bildiklərimi geniş şəkildə izah edə-edə sizlər ilə paylaşacam.

Motivasya təlimi keçən zaman insanlarda özünə inam hissini artırmaq, məqsədlərindən heç vaxt əl çəkməməyi söylədiyimdə çox vaxt  Albert Einstein, Steve Jobs və s başqalarını misal gətirirdim. Çünki bu insanlar dislektik olmalarına baxmayaraq həqiqətən böyük uğur əldə ediblər. Dislektik məhşurlar haqqında bu yazımda ayrıca yer ayıracam. Diqqətlə izləyin.

Bu yaxınlarda çox sevdiyim, hörmət etdiyim Fuad Dərgahlı mənə dedi ki, Türkiyədə “Disleksiya haqqında təlim”  olacaq getmək istəmirsən? İnanın o qədər sevindim. Çünki çoox az məlumatım var idi. Fuad müəllimə çox sağ ol deyib, lazımı sənədləri hazırlayıb getdim təlimə. Fuad müəllimə xüsusi minnətdarlığımı bildirirəm.

Türkiyədə bu…

View original post 424 more words

19.05.2015 “Kimdir Müqəssir?”

Bilmirəm hisslərimi necə ifadə edim. Həqiqətən çox çətindir. Günahkarların kim olması, cəzalandırılmasının və s. nə mənası var onuda bilmirəm. Biz artıq neçənci oxşar faciələr yaşayarıq? Axı niyə başımıza gələnlərdən nəticə çıxarda bilmirik. Nəticə çıxara bilmədiyimiz üçün təəssüf ki, bu tip hadisələr nə ilk nədə son olacaq. Ən çox təsir edən məqam isə günahsız insanaların qurban kimi yanmağı, ailə üzvlərini itirməsi, yaddaşlarında silinməyəcək dərin izlərin IMG-20150519-WA0021qalmasıdır. Gözünün önündə ata və anası yanaraq ölən, kül olan uşağa və yaxud əksinə uşaqlarının gözü önündə  valideynlərini, bacı-qardaşını itirməsi heç vaxt yaddaşlarından silinməyəcək. Axı bu günahsız insanlar kimlərinsə cibləri dolsun deyə niyə bu faicəni yaşamalıdır?!

Evləri yanan insanlara müəyyən məbləğdə kompensasiya verilir və müvəqqəti yaşayış yerlərinə köçürdürlər. Ancaq faciə qurbanlarına ilk öncə tibbi daha sonra sosial-psixoloji dəstək olunmalıdır. Əslində bəli bizdə də günah var. Heç bir psixoloq yada sosial işçi könüllü olaraq öz millətinə çətin anında dəstək olmadı. Ancaq hamısı sosial şəbəkələrdə dəstək oldular, günahkarları qınadılar bəs sonra ?

Helikopter pilotunun etdiyi biyabırçılıqdan heç danışmaq istəmirəm. Amma  yenədə bir neçə söz deyəcəm. Bu ölkədə əsas problem heç kim öz işini yaxşı görmək istəmir. Çünki can dərdi “5-10 manat çörək pulu qazanmaq” üçün edirlər. Demirəm işdən çıxartsınlar və s. Sadəcə FHN işçisi adından məlum olduğu kimi fövqaladə hallara hazır olmalıdır. Nə isə……

Təcili-tibbi yardım ilə “köməyə gələn” gələn tibbi bacısının hadisə yerində selfi çəkməsini anlaya bilmirəm.  İnsanlar canlarını qurtarmağa çalışırlar. Bunlar isə öz ürəyi istədikləri şeyi edirlər hətda selfi çəkdirirlər. Bizim üçün ölüm bu qədər ucuzlaşıb ? ƏtrafımızdakIMG-20150519-WA0013ı insanların həyatı bu qədər dəyərsizdir yəni….

Bir nəfər gənc özünü binadan aşağı atdı. Çünki ona heç kim təlim keçməyib, izah olunmayıb ki, fövqaladə hallar zamanı nə etmək lazımdır. Həqiqətən özümü qoyuram həmin oğlanın yerinə və görürəm ki, dilemma qarşısında qalır insan. Bəlkədə düşünüb ki, sağ qalmaq ehtimalı var.

Heç olmasa bu hadisədən sonra tikinti şirkətləri və FHN əməkdaşları binaları təhvil verəndən sonra MÜTLƏQ fövqaladə hallarda necə davranmaq lazımdır mövzusunda təlimlər keçsinlər.

Axı Bakı şəhər İcra Hakimiyyəti hələ də anlamır ki, tez alışan bu penoplastlar bizə 11303463_390523977803395_1581805093_nsadəcə ziyan verir. Binaların üzlərini normal qaydada təmir etmək daha məqsədə uyğun olardı. Bu qədər insanlarımızı itirməzdik və daha az xərcləri çıxardı. Keyfiyyətsiz işin sonunun necə olmasının yavaş yavaş hamımız şahidi oluruq.  Bəs görəsən bu penoplastlara uyğunluq sertifikatını kim, necə , hansı indikatorlar ilə müəyyən edir ? Şəkilə diqqət edin görəcəksiniz!!!!!

“Bu mənim başıma gələ bilməz prinsipi” ilə yaşamaq lazım deyil. Hamını başına hər bir hadisə gələ bilər. Axı kim özünü siğortalayıb? Ona görədə ev alanda, evinizin üzərinə penaplastlar tipli nə isə vurulanda etiraz edin. Bu sizin ən ülvi haqqınızdır. Sizin itirdiyiniz ailə üzvlərini, evinizi sizə kim verə bilər? 

ALLAH bu hadisədə həyatını itirənlərə rəhmət eləsin, ailələrinə səbr versin. Millət olaraq yaşadığımız sonuncu faciə olsun.

İndi siz deyin, “abadlıq işləri ” münasibətilə penoplast sifariş edən müəssisəmi, penoplasta uyğunluq sertifikatı verənlərmi, penoplastı vuran fəhlələrmi, bunlara nəzarət edən orqanmı yaxud faciə qurbanlarımı bəlkə elə özümüzük müqəssirik? Kimdir axı müqəssir?!!

Daxili Motivasiya

Wilhem Vincent van Gogh demişkən; “Əgər içinizdən  “Sən rəsm çəkə bilmərsən” deyən bir səs eşitsəniz, heçnəyə fikir vermədən çəkin. O səs susacaqdır.”

foto 2

İnsanın özü özünü motivasiya etməsi gələcəkdə uğur qazanmasının əsas təminatıdır. Hər hansı bir işə başlayanda,  ağlımıza maraqlı ideyalar gələndə bəzən heç kimlə bölüşmək istəmirik.  Niyə? Çünki qorxuruq ki, o, məndən qabaq bu işi görər,   çünki qorxuruq ki, o,  məndən öncə  uğur qazanar çünki qorxuruq ki, birdən işimizə göz dəyər və işlərimiz alınmaz.
Əslində problem elə özümüzdədir. Ən əsas ona görə qorxuruq ki, deyəcəklər ki, “Sən bu işi bacarmarsan”, “Səndə alınmaz”. Əgər işi düzgün qurmuruqsa təbii ki, olacağa çarə yoxdur. Ancaq hər  şeydən önəmli olan bizim nəyə inanmağımız və nəyi istəməyimizdir.  Bəzi insanlar deyirlər ki,  “Hara gedirik, hansı işə müraciət edirik alınmırki, alınmır bu işimdə onsuz alınmayacaq”. Bəli belə düşündükcə bu işinizdə alınmayacaq. Məsələ ətrafımızdakların yox məhz bizim nə düşündüyümüzdü. Sənin gördüyün və inandığın şeyləri səndən yaxşı heç kimi başa düşə bilməz. Çünki ətrafımızdakılar sənin nəyə inandığını bilmir. Məsələ görünməyənə inanmaqdır. Əgər biz istəsək hər şeyi edə bilərik. Bilirsiniz niyə? Gəlin nümunəyə baxaq: Şəhərin mərkəzi küçələrində gəzəndə ətratımızdakı insanlara diqqət etsək onların  dəbdəbəli geyimi, saç düzümü, bahalı telefonları və s. diqqət çəkməyə çalışırlar. İnanın çoxusu heç bir yerdə işləmir. Sadəcə onlar bunu istəyirlər deyə edirlər. Deməli elə bir sistem qurulur ki, o tip adamların istəyi öz cibinə yox başqa ciblərlərin doldurulmasına xidmət edir. Bir az dayanıb düşünsək bu həyatda istədiyimiz hər bir uğuru əldə edə bilərik. Sadəcə daxili səsimizi eşidib və düzgün mövqe seçib istədiklərimizi etməliyik. Alınmadı?? Birdə cəhd et…. Yenə alınmadı?? Bir daha cəhd elə düz alınana qədər. Hər yeni cəhd zamanı ətrafınızda olan insanları dinlə, eşit ancaq öz bildiyiniz, inandığınız şeyi eləyin. Tısbağa məsəlini bilirsiniz? ? İcazə verin sizinlə paylaşım.  “Bir gün tısbağalar arasında  kim hündür qalaya birinci qalxa bilər deyə yarış təşkil edirlər. 8-10 tısbağa zirvəyə qalxmağa çalışır. Kənarda yarışı izləyən digər tısbağalar isə “Onsuzda alınmayacaq”, “Bu sürətlə ora qalxmaq mümkün deyil” tipli sözlər ilə onlara qışqırırdılar. Qısa zamanda tısbağalar  sürüşüb yerə düşürlər. Ancaq bir tısbağa  hec nəyə baxmayaraq zirvəyə qalxa bilir. Çünki onun eşitmə məhdudiyyəti var imiş. Yəni deyilən heç bir mənfi sözü eşitməyib, Öz daxili səsinə qulaq asıb, inanıb zirvəyə qalxa bildi”

Bu misal əslində hamıya aiddir. Bugün ki, yazının məqsədi məhz budur. Daxili səsə qulaq asın və inanın kənardakılar adı üstündə kənarda qalsalar yaxşıdır. Ancaq bu o demək deyil ki, heç kimə qulaq asmaq olmaz. Atalarımızın yaxşı sözü var “Məsləhətli don gen olar”. Sadəcə bu iki şeyi bir birindən ayırmaq lazımdır.

Mən motivasya ustası deyiləm. Nə də geydirmə motivasya kitablarını oxumuram. Sadəcə həqiqətən insan bacara biləcəyi bir şeyi arzulayirsa onu əldə edə biləcəyini düşünürəm. Önəmli olan özünə inam və daim hərəkətdə olmaqdır. Hərəkət çox vacibdir. Yerimizdə oturub nəyisə istəsək təbii ki, heç nəyi dəyişə bilmərik.
Sonda qısa qeyd edim ki, bütün arzularımıza çatmaq şərt deyil. O zaman həyat məqsədimiz olmaz. Yekunda  Henry Fordun oğlunun intihar məktubunu qeyd etmək istəyirəm “Ata xəyal edib də, əldə etmədiyim heç bir şey olmadı. Nə varsa əvvəlcədən sən mənim üçün hazır etmisən və mənim əməyim yoxdur. Bədbəxtlikdən məhv oldum gedirəm”. İnsanın bütün arzularına çatması şərt deyil. Əsas odur ki, həmişə onu istəyin arzulayın. Düşünün ki, bütün arzularınız reallaşdı o zaman nə olar?

Mənim yaşda birisinin  sizə özünüzə inanın, onu edin bunu edin deməyi düzgün deyil. Sadəcə onu dəqiq  bilirəm ki, insan hər bir qüdrətə malikdir  əlillik və digər problemlər buna bəhanə deyil.Hamı hər şeyi edə bilər.
Özünüzə qiymət verin ki, hamı sizə qiymət versin. Hamıya həyatında uğurlar arzu edirəm.!!!!

ƏSAS İSTƏKDİR. GERİSİNİ HƏLL ETMƏK ASANDIR

Təlim sifariş vermək istəyənlərin nəzərinə

Elmir Valehli

Nə üçün təlimçi olmaq qərarına gəldim

 Ətrafımda  olan dostlarımın, tanışlarımın demək olar ki, hamısının özünə məxsus xüsusiyyətləri, maraqları və hobbiləri var. Onlardan bəziləri balıq tutmaqdan sonra tutduğu balığı yenidən dənizə atmaqdan zövq alır)), biri var boş vaxtlarında ancaq maraqlı hadisələr danışır və s və ilaxır. Təbii ki, insanların işindən kənar olduğu müddətdə əlavə  hobbiləri olması və hətta  bu hobbilərindən  pul qazanmağı çox gözəldir.

Mənim üçün təlim keçmək sözün əsl mənasında zövqverici bir hissdir. İlk öncə düşünürdüm ki, alınmaz. Ancaq auditoriya qarşısına çıxandan sonra özümü çox rahat hiss edirəm. İnsanların gözlərinə baxanda az da olsa məmnunluq hissini və diqqətlə qulaq asdıqlarını görəndə həqiqətən bu işdən zövq alıram. Təlim keçməyə əvvəllər hobbi kimi baxırdım, ancaq indi çox professional və ciddi  yanaşıram. Başıma gələn maraqlı bir hadisəni sizinlə bölüşmək istəyirəm.

Mingəçevirdə Sosial işdən təlim keçməyə gedərkən kiçik anlaşımazlıq oldu. Düşünürdüm ki, təlim sabah yox birisigün olacaq. Ancaq nə isə oldusa dedilər ki, təlim səhər saat 09:00-da başlamalıdı. Mənim isə təlimə hazırlaşmaq üçün cəmi…

View original post 595 more words