Daxili Motivasiya

Wilhem Vincent van Gogh demişkən; “Əgər içinizdən  “Sən rəsm çəkə bilmərsən” deyən bir səs eşitsəniz, heçnəyə fikir vermədən çəkin. O səs susacaqdır.”

foto 2

İnsanın özü özünü motivasiya etməsi gələcəkdə uğur qazanmasının əsas təminatıdır. Hər hansı bir işə başlayanda,  ağlımıza maraqlı ideyalar gələndə bəzən heç kimlə bölüşmək istəmirik.  Niyə? Çünki qorxuruq ki, o, məndən qabaq bu işi görər,   çünki qorxuruq ki, o,  məndən öncə  uğur qazanar çünki qorxuruq ki, birdən işimizə göz dəyər və işlərimiz alınmaz.
Əslində problem elə özümüzdədir. Ən əsas ona görə qorxuruq ki, deyəcəklər ki, “Sən bu işi bacarmarsan”, “Səndə alınmaz”. Əgər işi düzgün qurmuruqsa təbii ki, olacağa çarə yoxdur. Ancaq hər  şeydən önəmli olan bizim nəyə inanmağımız və nəyi istəməyimizdir.  Bəzi insanlar deyirlər ki,  “Hara gedirik, hansı işə müraciət edirik alınmırki, alınmır bu işimdə onsuz alınmayacaq”. Bəli belə düşündükcə bu işinizdə alınmayacaq. Məsələ ətrafımızdakların yox məhz bizim nə düşündüyümüzdü. Sənin gördüyün və inandığın şeyləri səndən yaxşı heç kimi başa düşə bilməz. Çünki ətrafımızdakılar sənin nəyə inandığını bilmir. Məsələ görünməyənə inanmaqdır. Əgər biz istəsək hər şeyi edə bilərik. Bilirsiniz niyə? Gəlin nümunəyə baxaq: Şəhərin mərkəzi küçələrində gəzəndə ətratımızdakı insanlara diqqət etsək onların  dəbdəbəli geyimi, saç düzümü, bahalı telefonları və s. diqqət çəkməyə çalışırlar. İnanın çoxusu heç bir yerdə işləmir. Sadəcə onlar bunu istəyirlər deyə edirlər. Deməli elə bir sistem qurulur ki, o tip adamların istəyi öz cibinə yox başqa ciblərlərin doldurulmasına xidmət edir. Bir az dayanıb düşünsək bu həyatda istədiyimiz hər bir uğuru əldə edə bilərik. Sadəcə daxili səsimizi eşidib və düzgün mövqe seçib istədiklərimizi etməliyik. Alınmadı?? Birdə cəhd et…. Yenə alınmadı?? Bir daha cəhd elə düz alınana qədər. Hər yeni cəhd zamanı ətrafınızda olan insanları dinlə, eşit ancaq öz bildiyiniz, inandığınız şeyi eləyin. Tısbağa məsəlini bilirsiniz? ? İcazə verin sizinlə paylaşım.  “Bir gün tısbağalar arasında  kim hündür qalaya birinci qalxa bilər deyə yarış təşkil edirlər. 8-10 tısbağa zirvəyə qalxmağa çalışır. Kənarda yarışı izləyən digər tısbağalar isə “Onsuzda alınmayacaq”, “Bu sürətlə ora qalxmaq mümkün deyil” tipli sözlər ilə onlara qışqırırdılar. Qısa zamanda tısbağalar  sürüşüb yerə düşürlər. Ancaq bir tısbağa  hec nəyə baxmayaraq zirvəyə qalxa bilir. Çünki onun eşitmə məhdudiyyəti var imiş. Yəni deyilən heç bir mənfi sözü eşitməyib, Öz daxili səsinə qulaq asıb, inanıb zirvəyə qalxa bildi”

Bu misal əslində hamıya aiddir. Bugün ki, yazının məqsədi məhz budur. Daxili səsə qulaq asın və inanın kənardakılar adı üstündə kənarda qalsalar yaxşıdır. Ancaq bu o demək deyil ki, heç kimə qulaq asmaq olmaz. Atalarımızın yaxşı sözü var “Məsləhətli don gen olar”. Sadəcə bu iki şeyi bir birindən ayırmaq lazımdır.

Mən motivasya ustası deyiləm. Nə də geydirmə motivasya kitablarını oxumuram. Sadəcə həqiqətən insan bacara biləcəyi bir şeyi arzulayirsa onu əldə edə biləcəyini düşünürəm. Önəmli olan özünə inam və daim hərəkətdə olmaqdır. Hərəkət çox vacibdir. Yerimizdə oturub nəyisə istəsək təbii ki, heç nəyi dəyişə bilmərik.
Sonda qısa qeyd edim ki, bütün arzularımıza çatmaq şərt deyil. O zaman həyat məqsədimiz olmaz. Yekunda  Henry Fordun oğlunun intihar məktubunu qeyd etmək istəyirəm “Ata xəyal edib də, əldə etmədiyim heç bir şey olmadı. Nə varsa əvvəlcədən sən mənim üçün hazır etmisən və mənim əməyim yoxdur. Bədbəxtlikdən məhv oldum gedirəm”. İnsanın bütün arzularına çatması şərt deyil. Əsas odur ki, həmişə onu istəyin arzulayın. Düşünün ki, bütün arzularınız reallaşdı o zaman nə olar?

Mənim yaşda birisinin  sizə özünüzə inanın, onu edin bunu edin deməyi düzgün deyil. Sadəcə onu dəqiq  bilirəm ki, insan hər bir qüdrətə malikdir  əlillik və digər problemlər buna bəhanə deyil.Hamı hər şeyi edə bilər.
Özünüzə qiymət verin ki, hamı sizə qiymət versin. Hamıya həyatında uğurlar arzu edirəm.!!!!

Advertisements

ƏSAS İSTƏKDİR. GERİSİNİ HƏLL ETMƏK ASANDIR

Nə üçün təlimçi olmaq qərarına gəldim

 Ətrafımda  olan dostlarımın, tanışlarımın demək olar ki, hamısının özünə məxsus xüsusiyyətləri, maraqları və hobbiləri var. Onlardan bəziləri balıq tutmaqdan sonra tutduğu balığı yenidən dənizə atmaqdan zövq alır)), biri var boş vaxtlarında ancaq maraqlı hadisələr danışır və s və ilaxır. Təbii ki, insanların işindən kənar olduğu müddətdə əlavə  hobbiləri olması və hətta  bu hobbilərindən  pul qazanmağı çox gözəldir.

Mənim üçün təlim keçmək sözün əsl mənasında zövqverici bir hissdir. İlk öncə düşünürdüm ki, alınmaz. Ancaq auditoriya qarşısına çıxandan sonra özümü çox rahat hiss edirəm. İnsanların gözlərinə baxanda az da olsa məmnunluq hissini və diqqətlə qulaq asdıqlarını görəndə həqiqətən bu işdən zövq alıram. Təlim keçməyə əvvəllər hobbi kimi baxırdım, ancaq indi çox professional və ciddi  yanaşıram. Başıma gələn maraqlı bir hadisəni sizinlə bölüşmək istəyirəm.

Mingəçevirdə Sosial işdən təlim keçməyə gedərkən kiçik anlaşımazlıq oldu. Düşünürdüm ki, təlim sabah yox birisigün olacaq. Ancaq nə isə oldusa dedilər ki, təlim səhər saat 09:00-da başlamalıdı. Mənim isə təlimə hazırlaşmaq üçün cəmi 7-8 saatım qalırdı. Nə isə, bir təhər gecəni yatmadan getdik və nəhayət  səhər saatlarında artıq orada idik. Təsəvvür edin ki, gecə yatmadım, ac, susuz ))) birbaşa daxil oldum auditoriyaya. Çox sevimli, ağıllı, və müxtəlif yaş kateqoriylarından olan (minimum 25, maksimum 55 yaş) insanlar məni gözləyirdi.  Auditoriya düşünürdü ki, təlimçi ortayaşlı biri olar. Mənim kimi 23 yaşında gənc görəndə bir qədər təəcübləndilər. Təbii ki, sonra mənimlə fikir mübadiləsi aparmaq onlar üçün maraqlı oldu.

Həqiqətən mən də çox həyəcanlı idim. Həm yorğunluq, həm də bilmədiyin auditoriyaya təlim keçmək asan iş deyil. Auditoriyanin qarşısına çıxanda elə bil bütün yorğunluğum keçdi və əsəblərim sakitləşdi. Sözə başladım və həqiqətən təlimi  uğurla başa vura bildim.  Həmin gündən sonra bir daha anladım ki, təlim keçmək  mənim üçün çox dəyərli bir hissdir. Özümü sırf bu sahəyə hazırlayıram. Bunun üçün də əlimdən gələni edirəm. Sual versəniz ki, “nə edirsən?”. Cavabımı aşağıdakı abzası diqqətlə oxuyanda görə bilərsiniz.

1) Təlim keçəçəyim haqqında sifarişi alan kimi  başlayıram uyğun təlim materiallarını oxumağa. Köhnə materiallara göz gəzdirib, yeni məlumatları əlavə edirəm.

2) Təlim mövzusuna uyğun videoçarx hazırlayıram. 

3) Youtube.com-da müxtəlif mövzularda verilən təlimlərə baxıram 

4) Hazırladığım materialları iş yoldaşlarım və  bu sahədə biliyi olan insanlara təqdim edirəm ki, “alıcı” gözüynən nəzər yetirsinlər. Çünki onların fikirləri mənim üçün çox önəmlidir.

Ümumiyyətlə, həyatda  uşaqlıqdan bəri özümü motivasiya etmişəm. Həm də, motivasiyanın nə olduğunu bilməyə bilməyə. Ona görə də motivasiya ilə bağlı məlumatları həmişə toplamışam. Və həqiqətən də köməyimə çatıb. Motivasiya  haqqında təlim materialı hazırlamışdım. Ancaq heç kimə  göstərmirdim. Düşünürdüm ki, hələ tam hazır deyil (Ancaq sırf 2 saatlıq motivasya və bədən dili  təlimi üçün 5 kitab oxumuşam.) Elə şərait yarandı ki, təlim  üçün sifariş aldım. Təlim gözlədiyimdən də maraqlı oldu. (İndi deyirsiniz ki, bu özünü tərfləyir; xeyr, təlimdə iştirak edənlərdən soruşsanız məncə kifayət edər).

Keçdiyim təlim mövzuları:

  1. Sosial iş nədir?– Bu təlimi  5-6 gün keçiriəm -Auditoriyaya uyğun. Elə auditoriya var ki, sırf maariflənmək üçün istəyir. Yəni ümumi məlumat üçün belə olan təqdirdə 1-2 gün bəs edir.
  2. Motivasya təlimi– 3-4 saat bəs edir. Ancaq bir daha xüsusi ilə vurğulayım ki, auditoriyadan asılıdır.

   3.Bədən dili təlimi – 1,5-2 saat.

  4 İcma və Liderlik – 6-7 saat, bu təlimi adətən motivasiya ilə bir yerdə sifariş edirlər. Ancaq ilkin məlumat, sadəcə            maarifləndirmək üçün sifariş olunanda 1-2 saat da bəs edir.

  1. İnsan Alverinə qarşı mübarizə üzrə təlim –2-3 saat (auditoriyaya uyğun olarsa  2-3 gün).

Sual ola bilər ki, necə olur eyni təlimi  2 saatda olur, 5-6 gündə. Təbii ki, gözəl sualdır. Qısa bir misal gətirəcəyəm. Bu yaxınlarda Cəlilabad rayonunda Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) xidmət sektorunun işçilərinə sosial işlə bağlı təlim keçmək lazım idi.  Bildiyiniz kimi həmin sektorun işçiləri ahıllar ilə işləyirlər. Onlara sırf ilkin məlumat və bəzi sosial iş avadanlıqlarından istifadə lazim idi. Mən də təlimi sırf onların ehtiyaclarına uyğun şəkildə 3 saatlıq elədim. Və bu 3 saat  ərzində benefisiarla necə işləmək, çətin vəziyyətə düşərkən nə etməli  və s. haqqında danışdım. Sonda  hamının üzü yaxşı mənada gülürdü. Çalışırdım bacardıqca sadə dil ilə anlaşıqlı şəkildə keçim.

Ancaq sırf sosial işçi kimi fəaliyyət göstərəcək şəxslərə isə  5-6 günlük təlim planı hazırlayıram. Vaxt aşırı isə  bəzi mövzuları təkrar edirik. Təbii ki, bu işçilər peşəkar sosial işçilər olmurlar. Həmin işçilər təlimləndirildikən sonra  yarıpeşəkar sosial işçi statsuna malik olurlar.  Xüsusi ilə vurğulamaq istəyirəm ki, yalnız  Bakalavr və Magistr təhsili olanlar sosial işçi statusuna malik olurlar.

Bu bloqu yazmaqda məqsədim həqiqətən içimdəki olan  hissləri bölüşmək idi. Və bir də yadımda ikən sizin üçün qeyd edim ki, Ahmet Şerif İz Görənin kitablarını oxuyun (Bu adam haqqında ayrıca bloq yazacağam).

Hamıya işlərində uğurlar arzu edirəm. Növbəti bloq yazısında görüşənədək.

Bloqda şair demişkən könlümdən keçənləri yazdım. Ancaq nə isə əlavə sualınız, iradınız olarsa mütləq  elmirvalehli@gmail.com ünvanına yaza bilərsiniz.

Xoşbəxtlik ….. yoxsa “Xoşbəxtlik”?

Müasir günümüzdə bir çox insanlara sual versək ki, xoşbəxtliyi nədə görürsən ?

Ev, vəzifə, pul, maşın və s bu qəbildən maddiyatın üstünlük təşkil etdiyi istəklərin daha çox olduğunu görərik. Mən bunu necə əsaslandıra bilərəm??? sualına isə – İnanın sizdə öz ətrafınızda olan insanlar ilə söhbət etsəniz çox yox 15 -20 dəqiqə onlardan istədiklərini soruşsanız hər şey daha yaxşı aydın olacaqdır. Hardasa insan özü özünə sual versə görər ki, özü istəmədən belə sırf cəmiyyətdə “dəyər” kimi göstərilir deyə yuxarıda sadaladığım şeyləri icra etməyə məcbur edilir. Əsasda bu məcburiyyət valideynlər, qohum, qonşu, nəslin ağsaqqalları tərəfindən edilirsə şansımız azdır deməkdir. Əslində xoşbəxtliyi bu cür görən insanları hardasa anlamaq olar. Cünki cəmiyyət onlardan sadaladığım şeyləri israrla tələb edir. Əgər cəmiyyət də yaxşı universitetə girmək, yaxşı qız ilə ailə həyatı qurmaq, ancaq pul qazanmaq üçün işləyibdə banklara pul yedirtib asılı hala salmaq, ancaq yüksək bal toplayan abituriyentlərə savadlı kimi baxmaq, maddi imkanları və vəzifəli olmaq kimi şeylər “dəyər” olaraq göstərilirsə, insanların beyninə yeridilirsə ki, bu dəyərlər olmazsa “səndən adam olmaz” kimi yanaşıldığı təqdirdə vəziyətimiz hal-hazırki günümüzdən daha yaxşı olmayacaqdır.

Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır. Ölkədə fikir versək metroda, avtobusda, taxidə, parkda bütün içtimai yerlərdə insanların çoxu məyus, başı aşağı, hey nə isə düşünür, nə isə axtarır. Çünnki insanlar cəmiyyət tərəfindən qoyulan , insanların özündən soruşulmadan hörmət etməyə məcbur edilən “dəyərlər” ilə doludur. Bəzi lazımsız dəyərlərə hətda adət-ənənə donu geyindirəndə isə qardaş salamatı get özünü öldür.

Yaxşı gəlin bir az dərindən fikirləşək. Görəsən 9.5 milyonluq ölkəmizdə , yaşayış minumumu 125 manat, əmək qabiliyyətli insanlar üçün 136 manat, pensiyaçılar və uşaqlar üçün 103 manat olan ölkəmizdə neçə il işləmək lazımdır ki, sənin evin , maşının, əla şəraitin olsun. Həqiqətən çox çətindir. Hətda qeyri-mümkündür.

Bu tip şeylərdən çoox danışa bilərik. Ancaq ətrafımda bəzi insanlar varki , hansı ki mənə yaxın olan insanlardı arada onların kiçik şeylərdən necə xoşbəxt olmağını görəndə məndə xoşbəxt oluram. Bu həqiqətən mənim üçün vacibdir.

Mən özümdə kişik şeylərdən xoşbəxt oluram. Məsələn telefonuma sevdiyim axtardığım ama çətin tapdığım mahnını yükləyəndə düz iki, üç gün özümü xoşbəxt hiss edirəm. Daha sonra dostlarımın xeyir işi olanda, uğurları olanda, ən az onlar qədər fərəh hiss keçirdirəm. Yolda gələn zaman ehtiyaclı insana kömək edərkən keçirdiyim hissi, heç bir Aqua-Parkda, əyləncə Mərkəzlərində və s yerlərdə keçirdə bilmərəm .

Ahmet Şerif İzgörənin sevdiyim kitabların biri olan “Moks- Başarıya gedən yol” (Uğura gedən yol) kitabını Türkiyədən dostum mənə gətirəndə keçirdiyim xoşbəxtçilik hislərini ilk dəfə maaş alanda belə keçirməmişəm .

İnanın hər ailədə, hər insanda ara da problemlər olur sadəcə çətin zamanda bir birimizin yanında durub səninləyəm deməsi kifayətdir ki dünyaları dağıdaq, bütün problemlər həll edək. Sadəcə onu xüsusi vurğulamaq istəyirəm ki, maddi şeylərə görə bir birimizin qəlbini qırmayaq. Çünki lap milyonçu olsaq belə satın ala bilməyəcəyimiz şeylər vardır ha bax o əslində insanın mayasında olmalıdır.

Bilmirəm nə vaxt bu yazını kimsə oxuyanda nə düşünəcək mən bu gün çox xoşbəxtəm. Ona görə ki, sevdiyim insan, ailəm sağ salamatdır və mənimlədir. Heç bir milyon manata heç kim bizə ata, ana yaxuda sevdiyimiz şəxsi verə bilməz buda bizim mənə görə olan həqiqətlərimizdir. Çox beyninizi yormayın. Sadəcə bir- birimizi sevək və bir-birimizə hörmət edək. Özünüzdən muğayat olun hər şey zamanla daha da yaxşıya doğru gedir . Əsas buna inanın. İnam hər şeyin başlanğıcıdır.