Niyə bloq yazıram?

Sözün düzü bu sualı tez-tez eşidirəm. Kimsə bloq yazımı görəndə, oxuyanda   və yazılara mövzulara baxanda deyir ki, axı sənin nəyinə lazımdır. Bloq yazmaq sənə nə verir? Sən bundan pul qazana bilirsənmi? və s bu tipli suallar ilə qarşılaşıram.

Onu dəqiq bilirəm ki, həyatda hər şeyə pul kimi baxanlar ömür boyu kiminsə əsiri olaraq qalacaqlar. Bizim gözəl millətimizdə var elə şeylər. Yeni ideyan olanda, təzə bir işə qəbul olanda  deyirlər ki, “nəsə var?” Yalnız orta statistik azərbaycanlı  onun mənasını anlaya bilər.

Səmimi olaraq qeyd edimki, mən məktəbdə imla, inşa universitetdə esse yazmağı sevmirdim. Arada özümə də maraqlıdır ki, nəsə yazıram . Ama onu bilirəm ki, bloq yazmaq mənə müsbət təsir edir.

Niyə bloq yazıram ? Ona görə ki: 

  1. Bloq yazmaq məni ilk öncə mənəvi olaraq  rahatlaşdırır.  Həmin an keçirdiyim hissləri, duyğuları olduğu kimi yazıram. 
  2. Özümü inkişaf etdirirəm. Bəli, bəli düz eşitdiniz, özümü inkişaf etdirirəm. Hər dəfə bloq yazanda özümü daha məsluliyyətli hiss edirəm. İşimlə və yaxud sosial məsələlər ilə bağlı yazanda çox araşdırmalar aparır yeni biliklər əldə edirəm.
  3. İşim üçün yazıram – İş  həyatıma müsbət təsir edir.  Sosial iş və keçdiyim təlim mövzularına görə daha çox tanınıram və sifarişlər əldə edirəm. Sosial işə aid yazılı mənbələr bizim dilimizdə çox azdır. Rəsmi olaraq bir çox material ola bilər. Ancaq problemlərə sosial işçi olaraq yanaşıb, təhlil edib, nəticə çıxardıb yazan çox az adam var.
  4. Beyin fırtınası üçün- Bəzən çox düşünürük, müzakirə eliyirik ancaq bir nəticəyə gələ bilmirik. Bloq vasitəsi ilə tanımadığım adamlar ilə  ortaq mövzularda  sırf peşəkarcasına müzakirələr aparırıq.
  5. Facebook, twitter və s. digər sosial şəbəkələrdən daha keyfiyyətli və daha rahat fikirlərimi izah eliyə bildiyim üçün.

Bəli, bir sözlə bloq yazmaq boşa vaxt itirmək deyil. Mən bloq yazarkən 1 saata yaxın və bəzən daha az vaxt itirirəm. Ancaq  buna vaxt itkisi olaraq baxmıram. Mənə çox rahatdır.

Həmişə sonda olduğu kimi hər birinizin iş və şəxsi həyatında  uğurlar arzu edirəm!!!!

Advertisements

“Yalançı Kimliyimiz”

Salam səmimi olaraq yazmaq istəyirəm ki, içi mən daxil olmaqla demək olar ki, çoxumuz yalançı həyat  yaşayırıq.  Bəlkə də biz özümüzü bu yalana uyğunlaşdırdıq və elə bilirik belə də olmalıdır. Gəlin birlikdə müqayisədə edək. Ailə üzvlərimizin bizi çox istəməyi nədən asılıdır? – Məktəbdə əla qiymət alanda, uğurlu nəticəsi olan bir şey elədikdə, yaxşı bir işə girəndə bizi ailəmiz, sevdiklərimiz çoox sevir, fəxr edir və qürur ilə bu mənim oğlum(qızım) deyib işarə edirlər ki, hamı tanısın və bu möhtəşəm şah əsərinin kimin olduğunu bilsin. Düzdür? Yəqin mənimlə razılaşarsınız.  Burada uşağın nə istədiyinin, nə arzuladığının önəmi yoxdur. Önəmli olan valideynlər qərarını verib və onlar artıq xoşbəxtdirlər.

İkinci nümunəyə nəzər salaq. İndi biz məktəbdə  zəif qiymət alan, tez-tez dostları ilə dalaşan, işsiz, həyatında heç bir uğur qazana bilməyən biri olaq. O zaman valideynlərimiz bizi çox istəyəcəkmi?? Təbii ki, çox istəyəcəklər çünki onlar bizim valideynlərimizdir. Ancaq münasibət fərqli olacaq. Çünki biz onların istədiyi kimi ola bilmirik. Axı onları qınamaq lazım deyil çünki, onlarda öz ata-analarından elə  görüblər. Düşünürlər ki, belədə olmalıdır. Biz yuxarıda sadaladığımız şeyləri edəndə hamı bizə bir təhər baxacaq, bu yenə gəldi yenə nə isə aləmi bir birinə qatacaq deyə düşünəcək. Nəticə həqiqətən insan özünü təzyiq altında hiss edir və daha da fərqli şeylər etməyə çalışır. Əgər dərin səhv hərəkət olarsa valideyn uşaqla danışmalıdır. Tək çıxış yolu danışıqlar aparmaq bir-birini eşitmək yolu ilə müsbət nəticə əldə oluna bilər.

Valideynlər uşağı, gənci sıxır, nənə-baba azadlıq verir, bibi şirnikləndirir, əmi qorxma deyir, qonşular ağıllı ol deyir və s. və ilaxır. Sizcə həddindən artıq çox şey istəmirik uşaqlardan, gənclərdən? Axı bu qədər təzyiq altında necə yaşamaqbeden-göz olar ? . Ona görədir ki, son dövrlər  intihar hallarının sayı durmadan atır. Bu gedişlə intihar inqilabı yaşayacağıq. Hər kəs tək çıxış yolunu intiharda görür. Niyə bilirsiniz ? – Çünki heç kim özünə inanmır. İnanmır ki, o yaxşı usta ola bilər, inanmır ki, o yaxşı alpinisit, sosial işçi, və s. ola bilər. Ailənin inamsızılığı uşağa birbaşa təsir edir. Nəticədə kiçik uğursuzluqda onlar məyus olurlar. Növbəti uğursuzluqda isə … siz düşünün.

Uşaqlıqda belə təzyiq ilə böyüyən uşaq cəmiyyətdə özünə necə yer tapa bilər? Çox çətinliklə… OSHO demişkən bizə uşaqlıqdan sevməyi düzgün öyrətməyiblər. Uşaq anadan olan gündən əmini sev, dayını sev, ananı-atanı sev, bu qonşunun qızıdır onu sev, məktəbdə müəllimini sev, vətənini sev, dostunu, yoldaşını sev. Axı bu qədər sevgi istəmək düzgündürmü? Sonra isə uşaq böyüyüb yetişkin gənc olanda  bir yerdə olduğu qadını sevib sevmədiyini anlaya bilmir.

Həqiqətən özümüz kimi yaşamalıyıq. Qərar verərkən, ünsiyyət qurarkən, yemək yeyərkən, belə özümüz kimi olaq Qoy bizi ağzımızı marçıldadırıq deyə bəyənməsinlər, mədəniyyətsiz desinlər. Ancaq səni həqiqətən sevən adam səni olduğun kimi qəbul edəcəkdir.

Birdə ən böyük problemimiz bir-birimizə hisslərimizi deməkdə çətinlik çəkirik. Bəzən dostumuz uğur qazananda yaxud sevdiyimiz biri düzgün hərəkət eləməyəndə susuruq ki, xətrinə dəyməsin. Bu anda biz yalançı oluruq. Çünki özümüz içimizdən gələn başqa şeydir. Səmimi olmaq o qədər gözəldir ki…..

Mən həyatda çox yalan danışmışam. Bəzən şirin bəzən acı yalanlar. Ama çalışacağam  maksimum azaldım və yalan ümumiyyətlə danışmayım. Çünki həqiqətən insan özüdə rahat olmur və narahatlıq keçirdir. Stresdən uzaq olmaq istəyiriksə yalandan və bizi yalan danışmağa vadar edənlərdən da uzaq olmalıyıq.

Mən həyatda mənə yaxın olan dostlarımı, ailəmi çox sevirəm.  Bəzən etiraf eləməsəmdə ancaq mən sizləri çox sevirem. Sizdə ətrafınızda olan insanlara deyin ki, onları sevirsiniz. İnsanlarda özünə inam hissini öldürüblər. Hamı cəmiyyətdə başı aşağı , hamı qəmgin, borc içində yaşayır. Heç kim artıq bir-biri ilə maraqlanmır. Hamısı ayın axır alacağı maaşı gözləyir ki, kredit borclarını bağlasın sonrada barmağını yalasın….. Maraqlı deyilki həyətdə biri yıxılıb, ürəyi gedib, acdır, suzudur, və s.

Əziz dostlarım bir birimizdən ayrılsaq, küssək belə doğruları deyək. Onsuz bir müddət sonra hər şeyin üstü açılacaq. O zaman bir-birimizi birdəfəlik itirə bilərik.

Əgər cəmiyyətə sağlam psixologiyası olan insan yetişdirmək istəyiriksə gənclərmizin seçimində sərbəstlik verməliyik. Demirəm ki, təmiz qarışmayın. Sadəcə görürsünüz axırı yaxşı deyil, yol göstərin. Qaranlıq yolda mayak olun. Onlar sizi öz arxalarında bilib, onlara inandığınızı düşünərsə inanın ki, dağı dağ üstündə qoymazlar, hər bir işin öhdəsindən gələrlər.

Belə dostlar öz səmimi içimdən gələn hisslərimi sizinlə bölüşdüm. Onsuzda burda bizdən başqa heç kim yoxdur. Ona görədə rahat olaraq yazıram. Sizdə rahat olun içinizdən gələn fikirləri bölüşün. Düz deyiblər sevinc paylaşıldıqca artır, kədər isə paylaşdıqca azalır.  Sonda həmişəki kimi, hər bir şəxsə öz şəxsi və iş həyatın da uğurlar arzulayıram və bu dəfəki yazımı şəhərin dəcəl uşaqlarını həsr edirəm)).

“Bu insanlara diqqət edin”

Bugün sizinlə başıma gələn bir maraqlı hadisə haqqında danşmaq istəyirəm. Xırdalanda yaşayanlar bilər ki, parkın aşağısında bir nənə var semiçka satır. İşdən evə gələrkən tələsirdim və ona fikir vermədən keçdim. O isə həmin günü çox az semiçka sata bilmişdi. Dediki “Ay oğul gəl semiçka al”. Mən isə tələsik yanından ötüb keçmişdim. İnanın elə bil kimsə mənə möhkəm şillə vurdu və elə bil yuxudan oyandım. Tez Qayıdıb semiçka aldım. O üzündən nur yağan nənə mənə bir xeyir dualar elədi. İnanın ki, həmin gunu insan ən azı bir az mənəvi rahat olur. Deməli insanın həqiqətən ehtiyacı var. O bunun üçün əlini açıb digərləri kimi dilənmir, ən azı nə isə edir.

Bütün bunları nəzərə alaraq əziz dostlarım sizdən çox xahiş edirəm əgər ətrafınızda, yaşadığınız yerdə rastınıza semiçka satan nənələr,babalar və s. çıxarsa mütləq alın. Çiko,patron, beloçka və s. şirkətlərə onsuzda hamı artıqlaması ilə xeyir verir. Həmin insanların sizin o 20 qəpiyinizə ehtiyacı var. Bunu tək semiçka almaq üçün yox mənəvi borc kimi bilin. Sizin verdiyiniz az miqdarda pul ilə o ailələr çox xoşbəxt olursa niyə əsirgəyək ki? O insanların biz semiçka alarkən bizə verdiyi xeyir duanı hansı firma verir?

Onsuzda biz gündəlik iş, universitet həyatından heç öz ailəmizə, dostlarmıza düzgün vaxt ayıra bilmirik. Sizdə imkan daxilində heç olmazsa  yolunuzun üstündə qarşılaşdığınız insanlara xeyir verin. Bu Semiçka satan, tərəzidə çəkinizi ölçməyiniz xahiş edən,  tütək çalan və s ola bilər.  Əslində sizə də xoş olacaq. Bəlkədə ondan sonra biz sevdiklərmizə vaxt ayırmağın önəmli oldğunu və işimiz hər şeydən önə çəkib ancaq işimiz haqqında düşünmərik. İşində şəxsi həyatında öz yeri və vaxtı var. İnanın hər şey yerində və vaxtında gözəldir

Bizlər onları qiymətləndirərək onlara həm maddi həm mənəvi dəstək olarıq. Son dövrlər mətbuatda nənənin fırıldaqçılığı hamıya məlumdur. Sadəcə belə halları görüb həvəsdən düşməyin. Hər yerdə yaxşı və pis insanlar qarşımıza çıxa bilər.  “Qurunun oduna yaşıda yandırmayaq”

Hər kəsə həmişə olduğu kimi iş və şəxsi həyatında  bol-bol uğurlar arzu edirəm. Əslində biz birimizə xoş münasibət göstərərək tam bir insan kimi formalaşa bilərik bunu bir-birmizidən əsirgəməyək. !!!!

“Ölkədən getmək istəyirəm”

Gənc dostlarımla söhbət edərkən adam ölkədən getmək istəyir. Kimi görsən çıxış yolunu  ölkədən getməkdə görür. İş tapa bilmir, iş qura bilmir, sevgilisi aldadır, valideynləri başa düşmür və s hərənin özünə görə mütləq bir səbəbi var ki, ölkəni tərk eləsin.  Yəni həqiqətən bu qədər asandır görəsən ölkəni tərk eləmək. Bir ara məndə düşünürdüm ki, gedəcəm buralardan. Xaricdə şanslar daha çoxdur. Ancaq son vaxtlar tez-tez xarici işguzar səfərlərdə oldum.  Nə qədər gözəl maraqlı olsada MƏNƏ GÖRƏ ölkəmin yerini vermir.  Ruminyada olanda  1 həftə ancaq ingilis dilində danışırdıq çünki tək ortaq dilimiz odur. Ancaq  geri dönərkən hava limanında  türk dilində danışan insan gördüm və sözün əsl mənasında ürəyim kövrəldi.  Çünki həqiqətən dilimiz torpağımız üçün darıxmışdıq. Bəziləri bunu deməydən utanır vallah mən darıxdım.

Mən burada yalnız öz fikirlərimi yazıram. Ola bilər ki, sizə görə fərqlidir.  Ancaq dostlar 5 barmağın 5-i də bir deyil. Xaricə getmək, gəzmək, yeni insanlar və yeni yerlər görmək dünya görüşünü artırmaq bunlar ən yadda qalan günlərimiz olacaqdır. Hamıya məsləhət edirəm ki, gəzəməyə oxumağa getsin mütləq. Bir dəfəlik ölkədən getmək bunu ancaq çox güclü  yaxud da həqiqətən ətrafından sıxılan  adamlar bacarar. Yuxarıda qeyd elədim hərənin özünə görə səbəbi var. Ən çox insanlar işsizlikdən şikayət edir. Və mən onlar ilə tam razıyam. Ancaq bu o demək deyil ki,  iş yoxdur. Sizi inandırım çox çalışsaq özümüzə uyğun iş tapa bilərik. Buna sadəcə zaman, enerji və hərəkət lazımdı. Yerimizdə oturub iş yoxdur demək düzgün deyil. Özümüzə uyğun kitablar oxuyub, yerli və beynəlxalq təlimlərdə iştirak edib, təhsilimizi artırmaq və paralel olaraq işləmək lazımdır. HOST demişkən təhsil bərbad gündə olsada satışda yaxşı kitablar var, özünüzü inkişaf etdirin.  Bir az da mühitə uyğun hərəkət etmək lazımdır. Bu o demək deyil ki, rüşvət alın və s. Sadəcə düzgün siyasət, yanaşma ilə insanlara təsir etmək mümkündür.

Kamplarda, təlimlərdə kimdən soruşsan ölkədən getmək istəyir. Tutaq ki hamı çıxdı getdi ölkədən. Gedəcəyimiz yerdə hər şeyin ürəyinizcə olacağına əminsiniz? Uşaqlıq xatirələrini uşaqlıq dostlarının yanında başqasına danışmağın ayrı ləzzəti var mənim üçün.

Deməyin ki, oxuyub qayıdıb ölkə üçün nəsə edəcəyik. Çox az insanlar bunu edir. Xaricdə təhsil alıb gələnlər maaşda və s şeylərdə razı olmurlar, mühitə uyğunlaşa bilmiyib qayıdırlar oxuduqları yerə. Başa düşürəm maaş yüksək olmalıdı. Ancaq hər şey pul deyil axı. Bəzi şeylər var ki, könüllü və yaxud qismən az maaşla etmək lazımdır.

Rayonlarda, ucqar kənd məktəblərində və universitetlərdə təhsil alan şagird və tələbələri kim stimullaşdıracaq ? Kim onların qoca ancaq boş-boş yazılar yazdıran müəllimlərin əlindən qurtaracaq ? Kim onlara düzgün ünsiyyət qurmağı, insanlara kömək etməyi, yalnız öz cibini düşünməməyi, ətrafımızdakı insanların əslində bizim həyatımız üçün yararlı insanlar olduqlarını izah edəcək? Xeyir bu təkcə müəllimlərin işi deyil. Hər birimizin işidir. Bügun cəmiyyətdə sözünü deyə bilən hər kəsin borcudur. 

Türkiyədə İzgörən Akademiyası (Ahmet Şerif İzgörənin) inanılmaz layihələr edirlər. Könüllü olaraq internat evlərinə, həbsxanalara gedib insanlara dürüstlük, düzgün ünsiyyət qurmaq və s mövzularda təlimlər verirlər.

Hə siz deyirsiniz nə olsun guya mənim onu etməyim heç nəyi dəyişməyəcək. Ancaq elə deyil  “Sərçə məsələni” yada salın. Hamı öz üzərinə düşəni eləsə 1, 2 dənə də olsa gəncimiz məhv olmaqdan bəlkə də xilas edə bilər.

Mənim ölkədə qalmaq üçün səbəbim getmək üçün olan səbəblərdən  çoxdur. Əminəm sizində səbəbiniz çoxdur. Getmək istəyənləri başa düşürəm. Mən sadəcə öz fikirlərimi mənə aid olan hissləri paylaşdım. Hər kəsə öz həyatında işində harda olmasından asılıolmayaraq uğurlar arzu edirəm .

BDU, Hüquq fakültəsinin tələbələrinə “İcma və Liderlik” təlimi

Təlimçi karyeramda müxtəlif qruplara (dövlət və qeyri dövlət orqanlarının işçilərinə, yeniyetmələrə, kənd icmalarına və s) təlimlər keçmişəm. Hər adutoriyada yIMG_1364eni və fərqli yanaşmalara şahid olmuşam. Hər ixtisas sahibinin özünə xas yanaşması və ixtisasa uyğun terminləri vardır. Ancaq mən hüquqşunaslar olan adutoriyaya hələ təlim keçməmişdim. Həqiqətən çox həyəcanlı və maraqli idi mənim üçün. “Sosial Hüquqların Araşdırılması” İctmai Birliyinin sədri professor, Mayıs Əliyev  hüquq fakültəsinin tələbələrinə “Liderlik” təlimi keçməyimi sifariş elədi.  Mən isə Mayıs Əliyevə “İcma və Liderlik” təlimi keçməyimi təklif elədim. Çünki,  liderliyə aid o qədər təlimlər keçiblər ki, artıq insanlar o addan sıxılırlar. İcmada liderin rolunu göstərərək biz liderlik bacarıqlarının və liderin xüsusiyyətlərini daha yaxşı adutoriyaya çatdıracağımı bildirdim.

Və həqiqətən də gözlədiyimiz kimi oldu. Tələbələr ilə çox maraqlı və interaktiv təlim alındı. Hər təlimdəIMG_1373 təkcə təlimçi nəsə öytərmir, təlimçi adutoriyadan da nəsə öyrənir. Hüquqi cəhətdən məsələyə yaxınlaşmaları və təklifləri , öz başlarına gələn maraqlı   liderliyə aid hadisələri danışdıq və analiz elədik. Vaxt az olduğu üçün daha dərin təlimi keçə bilmədim. Ancaq həqiqətən adutoriyada hər şey ürəyimcə idi. Və ən əsası iştirakçıların ürəyincə idi.

Standart təlim formatından çıxmaq lazımdı. Adutoriyaya uyğun rol oyunları, enerjayzerlər(buzqıranlar) eləmək, mövzuya uyğun video-çarxlar göstərmək, və olmuş hadisələrdən misal gətirərək təlimin effektivliyini artıra bilərik.

Yeni tanıdığım hüquqşunaslardan liderlik xüsusiyyəti olan bir necə iştirakçı var idi. İnanıram ki,  bu insanlar gələcək
IMG_1425də bu potensiallarını ortaya çıxara biləcək və bu xüsusiyyətlərindən istifadə edə biləcəklər.

Mən təlimin təşkil olunmasında əziyyəti çəkən hər bir insana xüsusilə Mayıs Əliyev və Ülvi Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Sonda həmişəki kimi ,  hər kəsə iş və şəxsi həyatında uğurlar arzu edirəm !!!!!!!!

İdarəetmənin Sektora aidiyyatı yoxdur!!!

Əslində uzun zamandır bu mövzu haqqında düşünürəm, dostlarla müzakirələr aparırıq. Həqiqətən idarəetmənin sektora aidiyyatı varmı? İlk öncə sualın məzmununu açmenecmentmaq istəyirəm. Yəniki tutaq ki, siz həkim deyilsiniz ancaq hər hansı bir xəstəxananın direktoru yəni idarəetməsində işləyə bilərsinizmi? və yaxud siz uzun müddət bankda idarə etmə işlərində işləyib sonra mebel sektorunda bu sahə üzrə işləyə bilərsinizmi?

Mənim fikrimcə çox gözəl işləyə bilərsiniz. Ola bilər ki, iş haqqında o qədər də məlumatınız yoxdur. Siz qısa vaxt içərisində, özünüzə lazım olan məlumatları, bilikləri öyrənə bilərsiniz. Sonra daha rahat şəkildə bunu idarə edə bilərsiniz.

Məsələyə bir az fərqli yanaşaq. Mən həkim deyiləm ancaq hər hansı bir xəstaxanda yaxud da tibb müəssisəsində işləməyim nə dərəcədə düzgünür ? – İlk öncə bunu bilməliyik ki, yaxşı menecer o deyilki hər işi bilsin, yaxşı menecer odur ki, bacarıqlı insana bildiyi işi versin və ona inansın.  Təbii ki, sən bilmədiyin sahədə işləyəndə ilk öncə o sahə haqqında ümumi biliklər və sənə lazım olan məlumatları bilməlisən. Daha sonra effektiv idarə eləmək mümkün olar.  

Və yaxud sən idarəetmədə uzun müddət Mebel sektorunda işləyib birdən birə Bank sektorunda fəaliyyət göstərə bilərsənmi?? –  Bəli çox gözəl işləyə bilərsən. Çünki sən mebel detalı hazırlamırsan və s sadəcə işi bilib idarəetmədə fəaliyyət göstərirsən.

Mən İctimai Səhiyyə və İslahatlar Mərkəzində menecer kimi fəaliyyətə başlamışam. Çox həvəslə işimi görürəm. Sosial sektor ilə bir başa əlaqəsi var. Ən əsası mən burda rahatam və böyük perspektiv hiss edirəm.

Bu yazını yazmaqda məqsədim, odur ki, əgər özünüzə inanırsınızsa əngəl, sərhəd tanımayın. Özünüzə uyğun və inandığınız işi görün. Hər kəsə uğurlar!!!

Disleksiya nədir?

Elmir Valehli

Disleksiya nədir? Disleksiyalı uşaqlar ilə necə davranmalı? 

10404861_824162567647137_1074938729001985658_n

Disleksiya sözü ilə ilk dəfə Azərbaycan Universitetində Aygün Musayevin dərsində tanış oldum. Heç eşitmədiyim termin olduğu üçün diqqətimi çəkdi. Bu dəfə ki, yazımın məqsədi sırf ətrafımda olan disleksiya haqqında məlumatı olmayan və yaxud az məlumatı olan insanlara bəzi bildiyim, öyrəndiyim bilikləri paylaşmaqdır. Disleksiya haqqında bütün bildiklərimi geniş şəkildə izah edə-edə sizlər ilə paylaşacam.

Motivasya təlimi keçən zaman insanlarda özünə inam hissini artırmaq, məqsədlərindən heç vaxt əl çəkməməyi söylədiyimdə çox vaxt  Albert Einstein, Steve Jobs və s başqalarını misal gətirirdim. Çünki bu insanlar dislektik olmalarına baxmayaraq həqiqətən böyük uğur əldə ediblər. Dislektik məhşurlar haqqında bu yazımda ayrıca yer ayıracam. Diqqətlə izləyin.

Bu yaxınlarda çox sevdiyim, hörmət etdiyim Fuad Dərgahlı mənə dedi ki, Türkiyədə “Disleksiya haqqında təlim”  olacaq getmək istəmirsən? İnanın o qədər sevindim. Çünki çoox az məlumatım var idi. Fuad müəllimə çox sağ ol deyib, lazımı sənədləri hazırlayıb getdim təlimə. Fuad müəllimə xüsusi minnətdarlığımı bildirirəm.

Türkiyədə bu…

View original post 424 more words

Dayanacaq öz qurbanını gözləyir…

M.Ə.Sabir adına Pedaqoji Kollec ilə üzbəüz yolda, üzü statistika komitəsinə gedən istiqamətdə tikinti işləri gedir. Bu şəkili 13.01.2015 ci il tarixində çəkmişəm. Hamı kimi məndə evə gedə bilmək üçün ma2015-01-14_11.13.35rşrut gözləmək niyyətində idim. Ancaq bu mənzərəni görəndə sözün əsl mənasında şoka düşdüm. Axır zamanlar tikinti işlərinin artıdığını müşahidə edirik. Ancaq təəssüf olsun ki, inkişaf etdikcə, təhlükəsizlik qaydalarını unudurlar. Məqsəd ancaq “3-5” manat pul qazansınlar. Mənə çox maraqlıdır ki, tikinti ilə məşğul olan təşkilatlar, fərdlər düşünmürlər ki, təhlükəsizlik qaydalarına əməl etməsələr insan həyatına ciddi ziyan vura bilərlər.

Xahiş edirəm şəkilə diqqət edin. Kollec uşaqları dərsdən çıxıb evə getmək istəyirlər. Dayancağın üstü ümumiyyətlə yoxdur. Fəhlələr heç bir təhlükəsizlik tədbirləri görmürlər. Məni dəhşətə gətirən əsas səbəbi yazıram. Deməli yuxarıda yerləşən mərtəbələrə “İri mişar daşlarını” (kubikləri) yuxarıdan sallanmış kəndirə möhkəm bağlayıb yuxarı dartırlar. Həmin günü həqiqətən hava çox küləkli idi. Birdən külək o daşı kiminsə başına salsa insan həyatına son qoyulsa kim olacaq günahkar?- Yazıq fəhlənin boynuna atıb işi elə bağlayacaqlar…. Baxın təhlükəsizlik tədbirlərini dayanacaqdakı vəziyəti qoyuram bir kənara. Hansı dövrdə yaşayırıq ki, kəndir ilə yüksək mərtəbələrə mişar daşı qaldırırlar?.  Mənə deməyin ki, onların yadından çıxıb və s. Yenidən şəkilə diqqət edək. Dayanacaq da yerləşən monitoru necə bağırlarına basaraq bağlayıblar ki, toz olmasın. Yəni insan həyatı monitor qədər vacib deyil?.  Bəs dərsdən, işdən çıxan insanlar evlərinə necə getsinlər?. Onsuzda cammat marşrut sürücülərinin, tixacın əlindən mənəvi olaraq hər gün ölürlər. Birdə real faktiki olaraq öldürmək istəyirlər?.  “Bu mənim başıma gələ bilməz” prinsipi axırımıza çıxacaq. Heç kim siğortlanamayıb ki, onun başına bu bədbəxt hadisə gələ biməz.  Əgər məsələyə statistika baxımından yaxınlaşsaq 90% ölüm riski var.

Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyamızın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyasının) ümdə prinsipləri ölkəmizin Əmək Məcəlləsində öz əksini tapmışdır.

Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi normalarını, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunmuşdur.

Əgər biz belə qanunsuzluqlara göz yumsaq, ən azı sosial şəbəkədə paylaşıb nəticə əldə edə bilməsək, inanın ki, növbəti qurban biz, sevdiklərimiz olacaqdır.  Burda toxunmalı incə məqamlar çoxdur. Ancaq mən adi bir vətəndaş, sosial işçi kimi öz mövqeyimi bildirdim. Bilmirəm inşaat işi kimindi, niyə belə edirlər. Bəlkə doğurdanda belə olmalıdır )) Ümid edirəm belə hallar getdikcə azalar. Ancaq düşünəndə ki, müasir dövrdə elm və texnikanın inkişaf etdiyi vaxtda kəndiri mişar daşına bağlayıb, küləkli havada insanların başının üstündən yuxarı dartırlar sadəcə  dəhşətdir.

Sosial “İŞ”-də, “İŞ” imkanları.

161
Sosial iş ixtisası haqqında az məlumatı olan və ümumiyyətlə məlumatı olmayan bəzi insanlar düşünürlər ki, sosial iş ixtisasında “İŞ” sözü varsa deməli “İŞ” tapmaq çox rahat olacaqdır. Kaş ki, sizin düşündüyünüz kimi olardı. Sosial işi bitirən hər bir kəs təyinat ilə işə göndərilərdi. Təəssüflər olsun ki, iş tapmaq çox çətindir. Nəzərə alsaq ki, Azərbaycanda ildən ilə profesional sosial işçilərin sayı artır. Görəsən niyə belədir?

İndi gəlin bir az dərin düşünək.  Sosial iş fənni Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Turizm Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetində tədris olunur. Tələbələr topladıqları bala görə həm pullu, həm də pulsuz da oxuyurlar. Tələbələrin sayını isə siz düşünün. 5 dövlət universiteti, 1 özəl universitetdə sosial iş fənni tədris olunur.  Əgər dövlət universitetlərində Sosial iş fənni tədris olunursa deməli dövlət yeni ixtisası qəbul edir. Hətda 2012 ci ildə “Sosial xidmət haqqında” qanun qəbul olundu. Bəs onda niyə tələbələr hələdə işsizdir? Mən sosial işi  ilk bitirənlərdənəm. Digər universitetlər ilə də əlaqəm var. Çox az qismi sosial işə aid olan yerlərdə işləyirlər. Tələbələrin demək olar ki,  80-90% aidiyatı olmayan yerlərdə çalışırlar. Təkcə Azərbyacan universitetində hal-hazırda 107 bakalavr, 4 magistr sosial iş təhsili alır. Digər universitetlərdə təhsil alan tələbələrin sayı daha çoxdur. Əgər tələbələr ixtisası üzrə işləyə bilməyəcəklərsə niyə dövlət onarın təhsilinə büdcədən maliyyə ayırır? və yaxud niyə valideyn ildə 2500 AZN təhsil haqqı ödəməlidir? Əgər dövlət bir belə büdcədən  maliyyə ayırıbsa deməli iş tapmaqda dəstək olmalıdır. Əslində iş tapılmağa qədər bir sıra mərhələlər var. Əgər universitetlər o mərhələləri sistemli şəkildə tələbəyə düzgün ötürərsə ən azı indiki zaman üçün tələbəyə motivasya olar. Mən öz təkliflərimi sizlər ilə bölüşürəm:

1. İxtisaslı müəllimləri cəlb etmək. Sosial iş təhsili olan müəllim sosial işə aid olan məlumatları tələbəyə çox rahat ötürür. Ən əsası tələbə ilə yaxşı münasibət qura bilir. Düşünürəm ki, tələbəyə ən böyük motivasyanı məhz müəllim verir. Düşünün fəlsəfəni, tətbiqi riyaziyatı və s qeyri ixtisası bitirən şəxslər sosial işdən “mühazirə” keçəndə necə olar.(Başıma gəlib ordan bilirəm). ixtisaslı müəllim kadrının az olmasını başa düşürəm. Ancaq məncə ilk öncə o qeyri-ixtisaslara sosial iş ilə bağlı ilkin bilikləri ötürmək lazımdır. Yadımda qalan bir hadisəni sizlərlə bölüşürəm. Çox tanınmış dövlət universitetlərinin birində müəllim tələbəyə deyib ki, “Sosial iş insanların ilkin fiziki təlabatını ödəyən bir peşədir”. Məncə Belə düşünən müəllimin yerinə 4-cü kurs sosial iş tələbələrinə icazə verin aşağı kurslara dərs keçsinlər)))

2.“Dərs vəsaitlərinin hazırlanması”.  Baxın əgər tələbə oxuyursa artıq universitet də vəsaitlər hazır olmalıdır. Pulluda oxuyan o qədər tələbə var niyə o pulları ödəyir? Tələbəyə maraqlı deyil dərs vəsaiti yoxdur, təzə ixtisasdır falan, filan olan bəhanələr. Əgər sosial iş fənn tədris olunacaqsa deməli materiallar əvvəlcədən hazır olunmalıdır. Ümid edirəm ki, gələcəkdə bu tip problemlər ilə daha az rastlaşacağıq.

3. Sistemli təcrübə proqramı hazırlamaq. Sosial işdə nəzəriyə nə qədər vacibdirsə təcrübədə bir o qədər önəmlidir. İndiki halda universitetlər tələbələri təcrübəyə göndərməyə maraqlı deyil. Məsələn BDU bizim təşkilata tələbələr təcrübəyə gəlirdi. Daha doğrusu gəlmirdi. Çünki universitet tələbələrin imtahanı ilə təcrübəsini eyni vaxta salıblar. Tələbələrdə həvəs, maraq yox idi. Hələ universitet isə ümumiyyətlə maraqlanmır ki, tələbə necə iştirak edir və s. Ancaq tələbənin özünü inkişaf etdirməsi üçün məhz təcrübə proqramı lazımdır. Necəki Azərbaycan Univeristeti bunu edir. Rəsmi müqavilə, tələbə siyahısı və tələbələrin gördükləri işlər.  Təcürbə zamanı tələbənin iş tapmaq şansıda artır. Çünki o, öz bacarıqlarını, nəzəriyyə də öyrəndiklərini təcrübə keçdiyi yerlərdə tətbiq edə bilir. Mən özümdən misal gətirmək istəyirəm. Oxuduqlarımı təcrübədə tətbiq etdikdə heçdə həyatda hər şeyin kitablarda yazılan nəzəriyələr kimi olmadığını anladım. Zaman keçdikcə yanaşmamı inkişaf etdirdim. Məsələyə kitabda “belə yazılıb belədə olacaqdır” kimi baxmıram. “Belə yazılıb ola bilər ki, belə olsun” kimi baxıram.

4. Dövlət qurumlarında ayrıca sosial iş bölməsinin yaradılması. Hal hazırda sosial işçilərin çoxusu QHT-lərdə işləyir. Qısası layihə varsa çörək var, layihə yoxdursa çörək yoxdur. Yəni ki, daimi deyil. Dövlət işi isə daimidir. ona görədə bir çox tələbələr universiteti bitirəndən sonra məhz dövlət qurumlarında çalışmaq istəyirlər. Ancaq  niyədə olmasın? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiə Mərkəzlərində ayrıca sosial iş ştatı açılsa sosial işçilərdə təyinat ilə ƏƏSMN və ƏSMM göndərilib fəaliyyət göstərsə nə gözəl olardı. Ancaq ümid edirəm belə bir gözəl hadisə olanda maaşıda nəzərə alarlar. Çünki motivasya çox önəmlidir.

Keçən il Azərbaycan Universitetində 1 ci kurs sosial işçilər ilə tanış oldum. Həqiqətən çox fəal, həvəsli və inamlı addımlar atırlar. Konfranslar təşkil edir, xeyriyə tədbirləri keçirir, könüllü fəaliyyətlər edirlər. Ona görə ki Azərbaycan Universiteti sözün əsl mənasında sosial işin inkişafı ilə məşğul olur. Azərbaycan da ilk dəfə olaraq sosial iş fakültəsidə Azərbaycan Universitetində yarandı. İsveçin Lund Universiteti ilə tələbə müəllim mübadiləsi gerçəkləşdirirlər. Və həqiqətən müəllimlərin çoxu ixtisaslı kadrlardır. Ona görədə tələbələrin motivasya ruhu digər universitetlər ilə müqayisədə yüksəkdir.

Məqsədim universitetlər arasında fərqi yazmaq deyil. Sadəcə sosial işə daha çox maraq göstərsinlər. Çünki buna çox böyük ehtiyac var. Təbii ki, Azərbaycan Universitetində də bəzi problemlər var. Ancaq inanın mənə o fəal tələbələri görüb düşünəndə ki, iş tapa bilməyib başqa yerə yönələ bilərlər çox pis oluram. İndi UAFA da dövlət ilə əlaqələr qurur. Digər təşkilatlarda  sosial işnən bağlı faəliyyətlər həyata keçirirlər. Universitetlər özləridə aidiyatı olan qurumlar ilə əlaqələr qurub iş problemini həll etməlidirlər. Sadəcə tələbələri itirməyək. Necəki digər sosial iş tələbələrinin itirdik. Nə isə. Ümid edirəm yaxşı olacaq. Çünki həqiqətən buna inanıram. Sosial problemləri, intiharları, zorakılıqları bol olan bir ölkədə yaşayırıq.

Sosial işçilərin köməyi ilə hər bir ehtiyacı olan insana dəstək ola bilərik. Çünki sosial işçilər səfər etdikləri ailələrdə qayğı planı hazırlayırlar. O qayğı planında ailənin problemi, ehtiyacı və s yazılır. Qayğı planının sonunda sosial işçi nə iş görəcəyini, nə vaxt görəcəyini ailənin və sosial işçinin üzrərinə düşən öhdəlikləri qeyd edir. Təyin olunan vaxta qədər problemlər həll olunmalıdır. Sizcə ailəni belə yaxşı tanıyan, ehtiyacını bilən insanlar bizə lazım deyil? Ailələr sosial işçilər ilə sirlərini belə paylaşırlar. Çünki onlardan istilik,səmimi münasibət görürlər ən əsası inanırlar. Sosial işçi isə sirləri təbii ki, paylaşmır.(situasiyadan asılı olaraq) Ailəni düzgün istiqamətləndirməyə və  dəstək olmağa çalışır. Sosial işçi qanunları bilir, xeyriyəçi insanlar, təşkilatlar ilə əlaqələr qurur. Bir var təşkilat, xeyriyyəçi insanlar  ehtiyacı bilmədən maliyyə xərcləyib dəstək olmağa çalışır. Birdə var ki, sosial işçi artıq bilir ki, bu ailəyə nə lazımdır və ehtiyac siyahısını lazımi insanlara təqdim edir. İnanın rayonlarda, kəndlərdə, hətda Bakıda elə ailələr var ki, kiçik bir qanunu, pensiya almaq üçün lazım olan sənədləri, ən adi hüquqlarını bilmir. Hələ mən sizə Sosial işçilərin gördüyü işlərin çoox az qismini yazmışam. Necə düşünürsünüz sizcə sosial iş hələ də bizə lazım deyil ?

 Dostlarım hamınıza hər bloq yazımda qeyd etdiyim kimi iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. 

“İnsan başı kəsmək toyuq başı kəsməkdir!?…”

2014 cü ildə yadda qalan hadisələrdən biri də “baş kəsmək” ilə bağlı olan xəbərlər oldu. Dünən Sahil metrosu yaxınlığında iki gənc arasında münaqişə yaranıb biri digərinin boğazını kəsib öldürüb. Mən bilirsiniz niyə bu hadisəyə reaksiya verdim. Çünki mən  bu baş kəsmə hadisəsinə Çox təəccüblənmədim. Niyə? Bilirsiniz? Çünki sosial şəbəkələrdə o qədər görüb eşitmişəm ki, təəccüblənə bilmədim. İnanıram ki, bir çox insanda eyni reaksiyalar olub.  Biz hara gedirik? İnsanlar təhsildən uzaqlaşdıqca mühiti də fərqli olur. Baxın 15-18 yaş arası uşaqların çoxunun söhbəti əvvəl “maşın”, “qız” “lotuluq” temaları idi. İndi çoxda dəyişməyib. Bu sadaladığım mövzulara “intihar” və “baş kəsmək” də əlavə olunub. Əvvəl zarafat edirdilər ki: “Durub başıvı kəsərəm aa. Amma indi tətbiq edirlər. Mən özümə inana bilmirəm ki,  baş kəsmək sözünü necə rahat yazıram. Nə isə.

İŞİD-in tez-tez baş kəsib videolarını youtube.com qoyması cəhənnəm fəal facebook, twitter və digər sosial şəbəkə istifadəçiləri də videoları paylaşdı, şərhlər gəldi və s. və ilaxır.  Heç düşünmədinizmi məsələyə tənqidi yanaşsaq belə əslində insanların şüur altına mənfi mesajlar göndərdik. Düşünün biz İşidin baş kəsməsindən çox onu kimin yaratdığını müzakirə edirik. Qurbanın ailəsi, həyat yoldaşı, dostları və s insanlar ilə kim söhbət aparıb dəstək olub?  Qadınların, qızların, uşaqların günahsız insanların başı kəsilir və biz sadəcə paylaşırıq. ……
Axı hamının psixologiyası eyni deyil. Hərə bir ailədə çətinliklə böyüyüb. İnanın mənə hamınında kifayət qədər problemi var. İnsanlar çıxış yolunu ya intihar etməkdə ya da kiməsə zərər verməkdə görür. Çünki o insanların canlarından başqa itircəyi bir şeyləri qalmayıb. Ailədə ancaq kredit problemləri, ailə üzvləri arasında ancaq münaqişə, qonşular ilə münaqişə, yıxılana balta vurmaqda adət halını alıb və s bu qəbildən olan problemlər təkcə yetkinlik yaşına çatmış insanlara deyil, 18 yaşa qədər olan uşaqlarada böyük təsiri var.

Axırıncı hadisələrə diqqət edin. Psixoloji problemi olan gənc qızın videosunun paylaşılmasını yada salaq. Xəbərdən məlumatı olanların reaksiyası necə oldu ? İndiyə qədər “Allah səni öldürsün” deyib bir-biri ilə zarafat edirlər. Öz aranızda nə edirsiniz edin, ancaq içtimailəşdirməyin.Qızın ailəsi də çox böyük təsir altında qaldı. 6 ay 1 il sonra bilinmir nə olacaq. Digər hadisələri yazmaq istəmirəm. Sadəcə biz dövlətdən, başqa yerdən heçnə gözləmədən hərəkət eləməliyik. Ətrafımızda baş verən hadisələrə düzgün qiymət və münasibəti vermək lazımdır. Baxın Sahil metrosu yaxınlığında olan cinayət haqqında bu günlərdə  xəbər portallarında gedən məlumatlara Qatil tapıldı?”, “Cinayətkar niyə hələ də tapılmır?”, “Onu hansı cəza gözləyir” və s. Niyə heç kim onun  ailəsi və özünün psixoloji yardım almasından danışmır. Ancaq cəza, cəza cəza!!! Axı bu cəzaları çox vermişik və nəticəsi nə oldu?- Cinayətlərin sayı daha da artdı.

Uzun-uzadı yazmağı xoşlamıram. Ümid edirəm ki, fikirlərimi düzgün izah eliyə bildim. Sadəcə diqqətli, təmkinli, səbrli olmağı arzulayıram. Yoxsa növbəti qurban biz ola bilərik. Hamınıza iş və şəxsi həyatında uğurlarlar!!!