“Texnoloji vasitələr uşaq susdurmaq alətidir.!?”

Elmir Valehli

Bəli, yeni bloquma məhz bu adı seçdim.  Çünki həqiqətən realllıq budur. Ətrafımda olan gənc ailələrin uşaqlarının çoxusu  planşet, telefon, notebook və s bu tip texnoloji avadanlıqlardan elə istifadə edirlər ki, adam lap utanır ki, necə olur mən uşaq qədər ola bilmirəm yəni ? Hətda bəzi valideynlər də çox fəxr hissi keçirilər ki, “Zəmanə uşağıdır e gör necə Angry birds” oynayır. Təbii ki, insanın uşağının nəyisə mükəmməl bacarması qürurverici hissdir. Ancaq gəlin görək bu düzgündürmü?Baby and planshet3 Fərdi olaraq öz fikirlərimi bildirəcəyəm. Mənim fikrimcə bu çox yanlış bir addımdır. Hətda valideyn ilə uşaq arasına böyük bir uçurum yarada biləcək qədər ciddi məsələdir. Körpə evdə ilk olaraq anasını görür, sonra atasını və s digər ailə üzvləri ilə yavaş yavaş tanış olur. Körpə valideynləri ilə  ağlayaraq, qışqıraraq, yaxud da hər hansı bir jest dili ilə ehtiyacını  bildirmək istəyir. Ancaq çox vaxt valideyn uşağın ağlamağının əsas səbəbini bilmədən yaxud da bilərəkdən(tənbəllikdən) uşağın sadə dill ilə desək “Səsini kəsmək” üçün ilk…

View original post 496 more words

Advertisements

Dayanacaq öz qurbanını gözləyir…

M.Ə.Sabir adına Pedaqoji Kollec ilə üzbəüz yolda, üzü statistika komitəsinə gedən istiqamətdə tikinti işləri gedir. Bu şəkili 13.01.2015 ci il tarixində çəkmişəm. Hamı kimi məndə evə gedə bilmək üçün ma2015-01-14_11.13.35rşrut gözləmək niyyətində idim. Ancaq bu mənzərəni görəndə sözün əsl mənasında şoka düşdüm. Axır zamanlar tikinti işlərinin artıdığını müşahidə edirik. Ancaq təəssüf olsun ki, inkişaf etdikcə, təhlükəsizlik qaydalarını unudurlar. Məqsəd ancaq “3-5” manat pul qazansınlar. Mənə çox maraqlıdır ki, tikinti ilə məşğul olan təşkilatlar, fərdlər düşünmürlər ki, təhlükəsizlik qaydalarına əməl etməsələr insan həyatına ciddi ziyan vura bilərlər.

Xahiş edirəm şəkilə diqqət edin. Kollec uşaqları dərsdən çıxıb evə getmək istəyirlər. Dayancağın üstü ümumiyyətlə yoxdur. Fəhlələr heç bir təhlükəsizlik tədbirləri görmürlər. Məni dəhşətə gətirən əsas səbəbi yazıram. Deməli yuxarıda yerləşən mərtəbələrə “İri mişar daşlarını” (kubikləri) yuxarıdan sallanmış kəndirə möhkəm bağlayıb yuxarı dartırlar. Həmin günü həqiqətən hava çox küləkli idi. Birdən külək o daşı kiminsə başına salsa insan həyatına son qoyulsa kim olacaq günahkar?- Yazıq fəhlənin boynuna atıb işi elə bağlayacaqlar…. Baxın təhlükəsizlik tədbirlərini dayanacaqdakı vəziyəti qoyuram bir kənara. Hansı dövrdə yaşayırıq ki, kəndir ilə yüksək mərtəbələrə mişar daşı qaldırırlar?.  Mənə deməyin ki, onların yadından çıxıb və s. Yenidən şəkilə diqqət edək. Dayanacaq da yerləşən monitoru necə bağırlarına basaraq bağlayıblar ki, toz olmasın. Yəni insan həyatı monitor qədər vacib deyil?.  Bəs dərsdən, işdən çıxan insanlar evlərinə necə getsinlər?. Onsuzda cammat marşrut sürücülərinin, tixacın əlindən mənəvi olaraq hər gün ölürlər. Birdə real faktiki olaraq öldürmək istəyirlər?.  “Bu mənim başıma gələ bilməz” prinsipi axırımıza çıxacaq. Heç kim siğortlanamayıb ki, onun başına bu bədbəxt hadisə gələ biməz.  Əgər məsələyə statistika baxımından yaxınlaşsaq 90% ölüm riski var.

Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyamızın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyasının) ümdə prinsipləri ölkəmizin Əmək Məcəlləsində öz əksini tapmışdır.

Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi normalarını, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunmuşdur.

Əgər biz belə qanunsuzluqlara göz yumsaq, ən azı sosial şəbəkədə paylaşıb nəticə əldə edə bilməsək, inanın ki, növbəti qurban biz, sevdiklərimiz olacaqdır.  Burda toxunmalı incə məqamlar çoxdur. Ancaq mən adi bir vətəndaş, sosial işçi kimi öz mövqeyimi bildirdim. Bilmirəm inşaat işi kimindi, niyə belə edirlər. Bəlkə doğurdanda belə olmalıdır )) Ümid edirəm belə hallar getdikcə azalar. Ancaq düşünəndə ki, müasir dövrdə elm və texnikanın inkişaf etdiyi vaxtda kəndiri mişar daşına bağlayıb, küləkli havada insanların başının üstündən yuxarı dartırlar sadəcə  dəhşətdir.

Sosial “İŞ”-də, “İŞ” imkanları.

161
Sosial iş ixtisası haqqında az məlumatı olan və ümumiyyətlə məlumatı olmayan bəzi insanlar düşünürlər ki, sosial iş ixtisasında “İŞ” sözü varsa deməli “İŞ” tapmaq çox rahat olacaqdır. Kaş ki, sizin düşündüyünüz kimi olardı. Sosial işi bitirən hər bir kəs təyinat ilə işə göndərilərdi. Təəssüflər olsun ki, iş tapmaq çox çətindir. Nəzərə alsaq ki, Azərbaycanda ildən ilə profesional sosial işçilərin sayı artır. Görəsən niyə belədir?

İndi gəlin bir az dərin düşünək.  Sosial iş fənni Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Turizm Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetində tədris olunur. Tələbələr topladıqları bala görə həm pullu, həm də pulsuz da oxuyurlar. Tələbələrin sayını isə siz düşünün. 5 dövlət universiteti, 1 özəl universitetdə sosial iş fənni tədris olunur.  Əgər dövlət universitetlərində Sosial iş fənni tədris olunursa deməli dövlət yeni ixtisası qəbul edir. Hətda 2012 ci ildə “Sosial xidmət haqqında” qanun qəbul olundu. Bəs onda niyə tələbələr hələdə işsizdir? Mən sosial işi  ilk bitirənlərdənəm. Digər universitetlər ilə də əlaqəm var. Çox az qismi sosial işə aid olan yerlərdə işləyirlər. Tələbələrin demək olar ki,  80-90% aidiyatı olmayan yerlərdə çalışırlar. Təkcə Azərbyacan universitetində hal-hazırda 107 bakalavr, 4 magistr sosial iş təhsili alır. Digər universitetlərdə təhsil alan tələbələrin sayı daha çoxdur. Əgər tələbələr ixtisası üzrə işləyə bilməyəcəklərsə niyə dövlət onarın təhsilinə büdcədən maliyyə ayırır? və yaxud niyə valideyn ildə 2500 AZN təhsil haqqı ödəməlidir? Əgər dövlət bir belə büdcədən  maliyyə ayırıbsa deməli iş tapmaqda dəstək olmalıdır. Əslində iş tapılmağa qədər bir sıra mərhələlər var. Əgər universitetlər o mərhələləri sistemli şəkildə tələbəyə düzgün ötürərsə ən azı indiki zaman üçün tələbəyə motivasya olar. Mən öz təkliflərimi sizlər ilə bölüşürəm:

1. İxtisaslı müəllimləri cəlb etmək. Sosial iş təhsili olan müəllim sosial işə aid olan məlumatları tələbəyə çox rahat ötürür. Ən əsası tələbə ilə yaxşı münasibət qura bilir. Düşünürəm ki, tələbəyə ən böyük motivasyanı məhz müəllim verir. Düşünün fəlsəfəni, tətbiqi riyaziyatı və s qeyri ixtisası bitirən şəxslər sosial işdən “mühazirə” keçəndə necə olar.(Başıma gəlib ordan bilirəm). ixtisaslı müəllim kadrının az olmasını başa düşürəm. Ancaq məncə ilk öncə o qeyri-ixtisaslara sosial iş ilə bağlı ilkin bilikləri ötürmək lazımdır. Yadımda qalan bir hadisəni sizlərlə bölüşürəm. Çox tanınmış dövlət universitetlərinin birində müəllim tələbəyə deyib ki, “Sosial iş insanların ilkin fiziki təlabatını ödəyən bir peşədir”. Məncə Belə düşünən müəllimin yerinə 4-cü kurs sosial iş tələbələrinə icazə verin aşağı kurslara dərs keçsinlər)))

2.“Dərs vəsaitlərinin hazırlanması”.  Baxın əgər tələbə oxuyursa artıq universitet də vəsaitlər hazır olmalıdır. Pulluda oxuyan o qədər tələbə var niyə o pulları ödəyir? Tələbəyə maraqlı deyil dərs vəsaiti yoxdur, təzə ixtisasdır falan, filan olan bəhanələr. Əgər sosial iş fənn tədris olunacaqsa deməli materiallar əvvəlcədən hazır olunmalıdır. Ümid edirəm ki, gələcəkdə bu tip problemlər ilə daha az rastlaşacağıq.

3. Sistemli təcrübə proqramı hazırlamaq. Sosial işdə nəzəriyə nə qədər vacibdirsə təcrübədə bir o qədər önəmlidir. İndiki halda universitetlər tələbələri təcrübəyə göndərməyə maraqlı deyil. Məsələn BDU bizim təşkilata tələbələr təcrübəyə gəlirdi. Daha doğrusu gəlmirdi. Çünki universitet tələbələrin imtahanı ilə təcrübəsini eyni vaxta salıblar. Tələbələrdə həvəs, maraq yox idi. Hələ universitet isə ümumiyyətlə maraqlanmır ki, tələbə necə iştirak edir və s. Ancaq tələbənin özünü inkişaf etdirməsi üçün məhz təcrübə proqramı lazımdır. Necəki Azərbaycan Univeristeti bunu edir. Rəsmi müqavilə, tələbə siyahısı və tələbələrin gördükləri işlər.  Təcürbə zamanı tələbənin iş tapmaq şansıda artır. Çünki o, öz bacarıqlarını, nəzəriyyə də öyrəndiklərini təcrübə keçdiyi yerlərdə tətbiq edə bilir. Mən özümdən misal gətirmək istəyirəm. Oxuduqlarımı təcrübədə tətbiq etdikdə heçdə həyatda hər şeyin kitablarda yazılan nəzəriyələr kimi olmadığını anladım. Zaman keçdikcə yanaşmamı inkişaf etdirdim. Məsələyə kitabda “belə yazılıb belədə olacaqdır” kimi baxmıram. “Belə yazılıb ola bilər ki, belə olsun” kimi baxıram.

4. Dövlət qurumlarında ayrıca sosial iş bölməsinin yaradılması. Hal hazırda sosial işçilərin çoxusu QHT-lərdə işləyir. Qısası layihə varsa çörək var, layihə yoxdursa çörək yoxdur. Yəni ki, daimi deyil. Dövlət işi isə daimidir. ona görədə bir çox tələbələr universiteti bitirəndən sonra məhz dövlət qurumlarında çalışmaq istəyirlər. Ancaq  niyədə olmasın? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiə Mərkəzlərində ayrıca sosial iş ştatı açılsa sosial işçilərdə təyinat ilə ƏƏSMN və ƏSMM göndərilib fəaliyyət göstərsə nə gözəl olardı. Ancaq ümid edirəm belə bir gözəl hadisə olanda maaşıda nəzərə alarlar. Çünki motivasya çox önəmlidir.

Keçən il Azərbaycan Universitetində 1 ci kurs sosial işçilər ilə tanış oldum. Həqiqətən çox fəal, həvəsli və inamlı addımlar atırlar. Konfranslar təşkil edir, xeyriyə tədbirləri keçirir, könüllü fəaliyyətlər edirlər. Ona görə ki Azərbaycan Universiteti sözün əsl mənasında sosial işin inkişafı ilə məşğul olur. Azərbaycan da ilk dəfə olaraq sosial iş fakültəsidə Azərbaycan Universitetində yarandı. İsveçin Lund Universiteti ilə tələbə müəllim mübadiləsi gerçəkləşdirirlər. Və həqiqətən müəllimlərin çoxu ixtisaslı kadrlardır. Ona görədə tələbələrin motivasya ruhu digər universitetlər ilə müqayisədə yüksəkdir.

Məqsədim universitetlər arasında fərqi yazmaq deyil. Sadəcə sosial işə daha çox maraq göstərsinlər. Çünki buna çox böyük ehtiyac var. Təbii ki, Azərbaycan Universitetində də bəzi problemlər var. Ancaq inanın mənə o fəal tələbələri görüb düşünəndə ki, iş tapa bilməyib başqa yerə yönələ bilərlər çox pis oluram. İndi UAFA da dövlət ilə əlaqələr qurur. Digər təşkilatlarda  sosial işnən bağlı faəliyyətlər həyata keçirirlər. Universitetlər özləridə aidiyatı olan qurumlar ilə əlaqələr qurub iş problemini həll etməlidirlər. Sadəcə tələbələri itirməyək. Necəki digər sosial iş tələbələrinin itirdik. Nə isə. Ümid edirəm yaxşı olacaq. Çünki həqiqətən buna inanıram. Sosial problemləri, intiharları, zorakılıqları bol olan bir ölkədə yaşayırıq.

Sosial işçilərin köməyi ilə hər bir ehtiyacı olan insana dəstək ola bilərik. Çünki sosial işçilər səfər etdikləri ailələrdə qayğı planı hazırlayırlar. O qayğı planında ailənin problemi, ehtiyacı və s yazılır. Qayğı planının sonunda sosial işçi nə iş görəcəyini, nə vaxt görəcəyini ailənin və sosial işçinin üzrərinə düşən öhdəlikləri qeyd edir. Təyin olunan vaxta qədər problemlər həll olunmalıdır. Sizcə ailəni belə yaxşı tanıyan, ehtiyacını bilən insanlar bizə lazım deyil? Ailələr sosial işçilər ilə sirlərini belə paylaşırlar. Çünki onlardan istilik,səmimi münasibət görürlər ən əsası inanırlar. Sosial işçi isə sirləri təbii ki, paylaşmır.(situasiyadan asılı olaraq) Ailəni düzgün istiqamətləndirməyə və  dəstək olmağa çalışır. Sosial işçi qanunları bilir, xeyriyəçi insanlar, təşkilatlar ilə əlaqələr qurur. Bir var təşkilat, xeyriyyəçi insanlar  ehtiyacı bilmədən maliyyə xərcləyib dəstək olmağa çalışır. Birdə var ki, sosial işçi artıq bilir ki, bu ailəyə nə lazımdır və ehtiyac siyahısını lazımi insanlara təqdim edir. İnanın rayonlarda, kəndlərdə, hətda Bakıda elə ailələr var ki, kiçik bir qanunu, pensiya almaq üçün lazım olan sənədləri, ən adi hüquqlarını bilmir. Hələ mən sizə Sosial işçilərin gördüyü işlərin çoox az qismini yazmışam. Necə düşünürsünüz sizcə sosial iş hələ də bizə lazım deyil ?

 Dostlarım hamınıza hər bloq yazımda qeyd etdiyim kimi iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. 

“İnsan başı kəsmək toyuq başı kəsməkdir!?…”

2014 cü ildə yadda qalan hadisələrdən biri də “baş kəsmək” ilə bağlı olan xəbərlər oldu. Dünən Sahil metrosu yaxınlığında iki gənc arasında münaqişə yaranıb biri digərinin boğazını kəsib öldürüb. Mən bilirsiniz niyə bu hadisəyə reaksiya verdim. Çünki mən  bu baş kəsmə hadisəsinə Çox təəccüblənmədim. Niyə? Bilirsiniz? Çünki sosial şəbəkələrdə o qədər görüb eşitmişəm ki, təəccüblənə bilmədim. İnanıram ki, bir çox insanda eyni reaksiyalar olub.  Biz hara gedirik? İnsanlar təhsildən uzaqlaşdıqca mühiti də fərqli olur. Baxın 15-18 yaş arası uşaqların çoxunun söhbəti əvvəl “maşın”, “qız” “lotuluq” temaları idi. İndi çoxda dəyişməyib. Bu sadaladığım mövzulara “intihar” və “baş kəsmək” də əlavə olunub. Əvvəl zarafat edirdilər ki: “Durub başıvı kəsərəm aa. Amma indi tətbiq edirlər. Mən özümə inana bilmirəm ki,  baş kəsmək sözünü necə rahat yazıram. Nə isə.

İŞİD-in tez-tez baş kəsib videolarını youtube.com qoyması cəhənnəm fəal facebook, twitter və digər sosial şəbəkə istifadəçiləri də videoları paylaşdı, şərhlər gəldi və s. və ilaxır.  Heç düşünmədinizmi məsələyə tənqidi yanaşsaq belə əslində insanların şüur altına mənfi mesajlar göndərdik. Düşünün biz İşidin baş kəsməsindən çox onu kimin yaratdığını müzakirə edirik. Qurbanın ailəsi, həyat yoldaşı, dostları və s insanlar ilə kim söhbət aparıb dəstək olub?  Qadınların, qızların, uşaqların günahsız insanların başı kəsilir və biz sadəcə paylaşırıq. ……
Axı hamının psixologiyası eyni deyil. Hərə bir ailədə çətinliklə böyüyüb. İnanın mənə hamınında kifayət qədər problemi var. İnsanlar çıxış yolunu ya intihar etməkdə ya da kiməsə zərər verməkdə görür. Çünki o insanların canlarından başqa itircəyi bir şeyləri qalmayıb. Ailədə ancaq kredit problemləri, ailə üzvləri arasında ancaq münaqişə, qonşular ilə münaqişə, yıxılana balta vurmaqda adət halını alıb və s bu qəbildən olan problemlər təkcə yetkinlik yaşına çatmış insanlara deyil, 18 yaşa qədər olan uşaqlarada böyük təsiri var.

Axırıncı hadisələrə diqqət edin. Psixoloji problemi olan gənc qızın videosunun paylaşılmasını yada salaq. Xəbərdən məlumatı olanların reaksiyası necə oldu ? İndiyə qədər “Allah səni öldürsün” deyib bir-biri ilə zarafat edirlər. Öz aranızda nə edirsiniz edin, ancaq içtimailəşdirməyin.Qızın ailəsi də çox böyük təsir altında qaldı. 6 ay 1 il sonra bilinmir nə olacaq. Digər hadisələri yazmaq istəmirəm. Sadəcə biz dövlətdən, başqa yerdən heçnə gözləmədən hərəkət eləməliyik. Ətrafımızda baş verən hadisələrə düzgün qiymət və münasibəti vermək lazımdır. Baxın Sahil metrosu yaxınlığında olan cinayət haqqında bu günlərdə  xəbər portallarında gedən məlumatlara Qatil tapıldı?”, “Cinayətkar niyə hələ də tapılmır?”, “Onu hansı cəza gözləyir” və s. Niyə heç kim onun  ailəsi və özünün psixoloji yardım almasından danışmır. Ancaq cəza, cəza cəza!!! Axı bu cəzaları çox vermişik və nəticəsi nə oldu?- Cinayətlərin sayı daha da artdı.

Uzun-uzadı yazmağı xoşlamıram. Ümid edirəm ki, fikirlərimi düzgün izah eliyə bildim. Sadəcə diqqətli, təmkinli, səbrli olmağı arzulayıram. Yoxsa növbəti qurban biz ola bilərik. Hamınıza iş və şəxsi həyatında uğurlarlar!!!

“Ahmet Şerif İzgörən”

supermen_turk_olsaydi_pelerinini_annesi_baglardi_ahmet_serif_izgoren_kitap-306x410

Ahmet Şerif İzgören kitab oxumağı mənə sevdirən insandır. Ahmet Şerif İzgören  çətinliklərdən zövq almağı öyrədən şəxsdir.  Qısası mən ondan çox şey öyrəndim. Bu gün onun haqqında yazacağım bloq mənim ən zövqlə, sevərək yazdığım yazılar silsiləsindən olacaqdır. Çalışacağam qısa olaraq İzgörən haqqında olan düşüncələrimi dostlarımla bölüşüm.

Bəzi insanlar var ki, tarixi kitablar oxumağı sevir, bəziləri var ki, detektiv janrından olan kitabları və s. siyahını artırmaq mümükündür. Mənim diqqətimi düzü tarixi kitablar həmişə çəkib. Özümdə tarix ilə çox maraqlanıram. Ancaq hər dəfə tarixi faktlarla bağlı kitab, məlumat oxuyanda elə bil nə isə çatmırdı. Bax o çatmayan  şeyi Ahmet Şerif İzgörən tamamladı.  Əvvəl ki, bloq yazılarımda mən uşaqlıqdan bəri özümdə bilmədən özümü motivasya etdiyimi qeyd etmişdim.  Ay Allah necə xoşbəxt oldum Ahmet Şerif İzgörən ilə tanış olanda. Sizə izah edəcəm necə tanış olduq.  Təlim keçməyə hazırlaşırdım. Təlim keçməmişdən əvvəl mütləq mövzuya aid olan və olmayan təlimçilərin videolarını izləyirəm. Təsadüfən Ahmet Şerif İzgörənin “Avucumuzdakı Kələbək” adlı videosu ilə rastlaşdım. O qədər maraqlı, mənalı, səlis danışıdırdı ki,  1 saat ona qulaq asdım. Hətda vaxtın belə necə keçdiyini bilmədim . Düşündüm ki,  mənə onun kitabı lazımdır. Və dostlarımın dəstəyi ilə onun  mənim üçün ilk kitabı olan “Avucunuzdakı Kələbək” adlı kitabını aldım. İnanın kitaba təzəcə oxumağa başladığımı düşünürdüm birdə gördüm ki, kitab bitdi. İlk dəfə idi belə bir hiss yaşayırdım. Yəni insan türk dili kimi çətin qrammatikası olan bir dildə o qədər aydın şəkildə fikirlərini oxucu ilə bölüşür ki, hər kəs onu anlayır, başa düşür.

Ahmet Şerif İzgörən əslində hərbiçi olub. Uzun müddət hərbidə olduqdan sonra öz özünə deyib ki, mənim burda nə işim  var ?-  Həqiqətən o sualı özünə verdiyi üçün bu gün o İzgörən Akademiyası qurub. Həmin o akademiya təşkilatlara “Liderlik”, “İdareçəlik” və s təlimlər verir. Eyni zamanda  həmin akademiyanın “Yaşam koçları” (təlimçiləri),  uşaq evlərində olan kimsəsiz uşaqlara “Dürüstlük”, “Həyatda uğur qazanmaq” və s bu tipli mövzularda təmannasız təlimlər keçirlər. Bəs siz heç eyni sualı özünüzə vermisiniz?– Məncə verin, uduzmazsınız.

Mən bu insanın tək qələminə deyil, ürəyinədə heyranam. Elə şeylər var ki, yazsam düz çıxmır. Lazımdır ki, onun kitablarını alıb oxuyasınız.  Əgər kitabı alsaz bəyənməsəniz geri qaytara bilərsiniz. Onu bircə dəfə dinləyən oxuyan əl çəkməz heç vaxt. Türkiyədə olduğum zaman gənclərin çoxu onu tanımırdı. Bu məni təəccübləndirdi. Ama həqiqətən belə insanlar həyata çox az-az gəlir. Mən təlim keçdiyim zaman ondan öyrəndiyim bilikləri  müəllifin adını  qeyd edərək istifadə edirəm.  Məndən dostlarım soruşandakı hansı məsləhətli kitab deyə bilərsən oxumağa ?- təbii ki, Şerif İzgörənin bütün kitabları deyirəm.  Onun ilk kitabını oxuduqdan sonra həyəcanlı olaraq bir neçə kitabını Türkiyədən sifariş elədim. Daha sonra özüm Türkiyə də olan zaman kitablarını aldım. Hər kitabı bir məktəbdir. İnsanda yaşama eşqini artırır. Bizim millətin bu motivasiyaya böyük ehtiyacı var.

Kitablarında çoxlu real həyatda baş vermiş hadisələrədn nümunələr  gətirir deyə , həm yadda qalır həm də insanı düşünməyə vadar edir. Mən burada heç bir nümunədən misal çəkməyəcəm. Çunki o zaman çooox uzun bir yazı olar. Məsləhət edirəm özünüz oxuyun. (Hər şeyi məndən gözləməyin)))

Ahmet Şerif İzgörən heç bir motivasya kitabı oxumayıb. Özü içindən gəldiyi kimi yazır. Onun bu səmimiliyi oxuyucalırının böyük  marağına səbəb olur. Bəzi motivasya kitablarında yazılır ki, “Uğurun 7 qanunu”, ”Həyatda məqsədinə çatmaq üçün 10 əsas addım” və s bu tipli pafoslu başlıqları olan kitablardan uzaq durun. Çünki boş şeylərdir. Hər insan fərddir və düşüncəsi fərqlidir.  Deməli eyni məsələyə bir neçə insan fərqli yanaşır. Sadəcə özünüz kimi olun, gerisi gələcəkdir.

Ahmet Şerif İzgörənin kitablarını oxuduqdan sonra qərar gəldim ki, ona e-mail yazım. Və uzun bir email yazdım. Sağ olsun ki, mənə cavab yazdı. Həqiqətən bu məni çoox sevindirdi. Dostlarım deyir bəlkə özü deyil. Əşi əsas odur ki, e-mail ünvanıma cavab yazıldı və mən hiss edirəm ki, özü e-maili cavablandırır. Axı o, çox səmimi insandır.

Ahmet Şerif İzgörəndən oxuduğum kitabların siyahısını sizə təqdim edirəm:

  1. “Avucumuzdakı Kələbək”
  2. “Dikkat Vücudunuz Konuşuyor”
  3. “Şu Hortumlu Dünyada Fil Yalnız Bir Hayvandır”
  4. “ Supermen və Uğur Böcəyi”
  5. “Supermen Türk Olsa Pelerini Annesi Bağlardı”
  6. “MOKS”
  7. “Geleceyin Organizasyonunu yaratmak”
  8. “Hıdır Kişisən Gelişiyor”
  9. “40-ınında Kulpu Kırık 40 Türk”
  10. “Eyvah İş Görüşməsi”

4 kitabınıda sifariş eləmişəm bu yaxınlarda gəlib çatacaqdır. Dostlar həqiqətən vaxtınız olanda bu kitablardan birini oxuyun. O zaman nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Ahmet Şerif İzgörən haqqında ilk dəfə bu yazıdan sonra məlumatı olan insanlara bu videonun izləməyi məsləhət bilirəm (https://www.youtube.com/watch?v=wYU9BfwHTbM) İnanıram ki, izlədikdən sonra  kitablarını sifariş etmək istəyəcəksiniz.  Əziz dostlarım hamınıza iş və şəxsi həyatında bol-bol uğurlar arzu edirəm.

 

 

“Mayıs Əliyev”

image

Salam əziz dostlarım,  bugün sizlər ilə mənim üçün çox əziz və hörmətli insan olan Mayıs Əliyev haqqında düşüncələrimi bölüşmək istəyirəm. Hansı ki, Mayıs Əliyevi məncə bir çox insan tanıyır. BDU universitetin də hüquq fakültəsinə mühazirə keçir.  Ən əsası tanıdığım 35 yaşında alimlik dərəcəsi almış gənc alimlərdəndir.
Mayıs Əliyev dedikdə ağlıma sadəcə təmiz ürəkli, xoş niyyətli, insanlara xüsusi hörmətlə yanaşan, çox diqqətli, işini bilən və sevən bir insan ağlıma gəlir.  İndi düşünün bir insan dedikdə ağıla bu qədər xoş sözlər gəlirsə bu nə deməkdir.
Mayıs Əliyev ilə ilk tanışlığımız xeyir məclisində olub. Biz onunla çox maraqlı müzakirələr apardıq. Hər ikimiz QHT sektorunda fəaliyyət göstərdiyimiz üçün bütün problemlərdən xəbərdar idik. Ona görə də bir birimizi gözəl başa düşürük.  Adətən bəzi alimlər, QHT sədrləri,  özlərini elə göynən aparırlar ki, elə bil qarşısındakılar insan deyil. Ancaq Mayıs Əliyev o qədər səmimi və sadə insandır ki, sadəcə elə bir söz yoxdur ki, onu izah edim.  Mayis Əliyev eyni zamanda “Sosial Hüquqların Araşdırılması” İçtimai Birliyinin sədridir. Gənc yaşında böyük uğurlar əldə edib. Mənə şəxsən onunla ünsiyyət qurmaq böyük motivasiya verir. Çünki məndə bu sahədə çox inkişaf eləmək, onun kimi cəmiyyətə, milllətə, xeyirli insan olmaq istəyirəm.  Mayıs müəllimlə bir sıra kiçik də olsa layihələrdə əməkdaşlıq eləmişik. Və məni sevindirən odur ki, hər dəfə mühüm məsələlər də mənim fikrimi mütləq nəzərə alır. Mənim həyatımda Mayis müəllimin xüsusi yeri var.
Biz tez-tez Mayis müəllimlə görüşür, müzakirələr aparır, yemək yeyirik. Hətda bir dəfə onun tələbələri ilə getdik balıq yeməyə. Yeriniz məlum. Üstündən illər keçməsinə baxmayaraq tələbələri ona o qədər hörmət və izzətlə yaxınlaşırdılar ki, düşünürəm bu bir müəllim üçün ola biləcək ən böyük qürur hissidir.
Onuda xüsusi qeyd eləmək istəyirəm ki, təkcə işlə bağlı deyil. Şəxsi həyatımda olan problemləri də rahatlıqla onunla bölüşə bilirəm. Mənə həqiqətən çox dəstək olub. Çox sağ olun hər şey üçün Mayis Əliyev.
Mayis Əliyevin ən çox sevdiyim bacarıqlarından biri isə gözəl nitqdir. Onun tədbirlərində olanlar bilir. Çox səviyəli, düşündürən, anlaşıqlı nitqi var. Çox az rast gəlinən haldır son dövrlərdə. Belə gözəl nitqi olması ona indiki qazandığından da çox uğur gətirəcəkdir.

Mayıs Əliyevin arzusu sosial sahədə böyük və davamlı layihələr həyata keçirtmək, vətənə millətə xeyirli iş görməkdir. Bu yolda ona çoxlu uğur arzu edirəm və bütün qüvvəm ilə ona dəstək olacağımı bildirirəm. 

Həqiqətən heç kimin heç kimdən asılacağı yoxdur.  Bu yazını yazmaqda məqsədim Mayis Əliyəv haqqında olan fikirlərimi sizlərlə bölüşmək idi.  Axı həqiqətən belə insanlardan cəmiyyət də çox azdır. Ona görədə qiytmətləndirmək lazımdır.  Hörmətli, Mayis Əliyev sizə şəxsi və iş həyatınız da çoxlu uğur arzulayıram. Çünki siz bu uğurlara layiqsiniz. Özünüzə yaxşı baxın.

“Düzgün Xeyriyyəçilik”

Universitetdə təsil aldığım vaxtlardan indiyə qədər  təşkilatçı fəal tələbələr, müəllimlər, iş yerlərində pul toplayıb xeyriyyə işləri görmək istəyən insanlar görmüşəm və tanımışam. Həmin insanların çoxu reklam xatirinə nə isə edib. Ancaq insafla danışsam deyə bilərəm ki, həqiqətən kömək etmək istəyən insanların sayı azda olsa olublar. Ancaq mən bu gün yazdığım mövzuda məqsədim insanlara reklam xatirinə iş görürsən və s. demək deyil. Mənimçün əsas uşaqlara, ehtiyacı olan insanlara xeyirli olsun. Sadəcə bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan ərazisində yerləşən bütün internat və uşaq evlərinə dövlət tərəfdən əla maliyyə vəsaiti ayrılıb. Yəni ki, həm infrastruktur baxımından həm, qidalanma, geyim və s baxımından. Sual versəniz ki, bəs həqiqətən o pullar uşaqlara çatırmı? yaxud da nə dərəcə çatır bax onu dəqiq deyə bilmərəm.

Xeyriyyə işi görmək istəyirsiniz? Ancaq bilmirsiniz hara necə müraciət edəsiniz ? Mütləq əlaqə saxlayın sizə bu  mövzuda yardım eliyə bilərəm. Universitetdə, işdə, dostlar ilə aranızda öz cibinizə, ətrafınıza uyğun maliyyə toplamısınız və həqiqətən bu yardımı ehtiyacı olan qurumlara, şəxslərə çatdırmağı istəyirsiniz. O zaman mütləq mənə yazın. UAFA təşkilatı real olaraq 2 internat evi iə əməkdaşlıq edir, orada UAFA mütəxəssisləri üçün lazımi şərait yaradıblar. Bunlardan  biri Saray qəsəbəsində yerləşən 7 saylı internat evi, digəri isə Şağan qəsəbəsində yerləşən 3 saylı internat evidir. Burada UAFA mütəxəssisləri həm əlilliyi olan həm də tipik uşaqlar ilə məşğul olurlar. Nə isə sözümün canı odur ki, sizin üçün ehtiyac siyahısı hazırlayacağıq. Siz özünüz siyahıda olanları alıb oraya səfər edə bilərsiniz. Bizim isə orada olmağımıza ehtiyac yoxdur. Əsas uşaqlar bəhrələnsin. Biri var ki, plansız şəkildə  ürəyiniz nəyi istəyir pul xərcləyib alırsınız ancaq çox az işə yarayır. Çünki siz uşaqların, mərkəzin nəyə ehtiyacı olduğunu bilmirsiniz. Biridə var ki, biz sizə siyahı verəcəyik və sizdə daha yararlı və savab iş görmüş olacaqsınız.

Bir az əvvəl yuxarıda qeyd etdiyim kimi  dövlət tərəfindən internat və uşaq evlərinə gözəl dəstək olduğu üçün oradakı vəziyəti qənaətbəxş hesab edirəm. Ona görə də mən sizə başqa bir təklif edəcəyəm. Bizdə ehtiyacı olan insanların siyahısı var. Hansı ki, həqiqətən sizin üçün kiçik olan bağışlar onlar üçün böyük hədiyədir. Əgər ehtiyacı olan insanlara kömək etsəniz daha çox  yararlı bir iş etmiş olarsınız. Bəzi ehtiyacları burada sizinlə paylaşıram : Onurğa  sütununu düz saxlaması üçün karset, hər iki valideyni əlil olan ailə üçün paltaryuyan maşın, Bir çox ailələrin evinin təmiri və işlə təmin etmək, Rayondan həkimə gəlmək üçün yol pulu, dərman almağa imkani olmayan ailələr üçün dərman pulu və s və ilaxır. Mən sadəcə bəzi problemləri qeyd elədim. Əgər kiminsə ciddi kömək eləmək niyyəti olarsa,  o   zaman siyahını verə bilərəm özü bir başa ailə ilə əlaqə saxlaya bilər.

Sosial işdə xüsusi məqam var ki, ailələrə dəstək olmaq üçün maddiyat bir o qədər önəmli deyildir. Əsas diqqət onların özlərini maarifləndirmək və işlə təmin etməkdir. Əlbətə mən Amerikada, İsveçdə yaşasam bu fikirlə razılaşardım. Azərbaycanda sosial iş inkişaf eləsə də iş yerləri yoxdur. Profesional sosial işçilər bu sahədən başqa sahəyə yönəlirlər. Onları başa düşürəm. Ancaq Azərbaycanın indiki vəziyyəti üçün düşünürəm ki, az da olsa maliyyə dəstəyi göstərmək lazımdır. Çünki Sosial iş yeni sənət olduğu üçün az adam bu haqda məlumatlıdır. Ancaq bunu elə formada eləmək lazımdır ki, ailədə asılılıq yaranmasın. Bunun üçündə Sosial İşçilər lazımdır. Çünki onlar hansı ailəyə nəyin lazım olduğunu daha yaxşı bilirlər. Onu qeyd edim ki, ailəyə ən kiçik bir avadanlıq veriləndə belə müqavilə hazırlanır və hər şey hüquqi qaydada həyata  keçirilir.

Yeni il, Novruz bayramı, Əlillər günü, Qurban bayramı və s bu tipli günlərdə hamı çalışır ki, kiməsə yardım eləsin. Xaiş edirəm çalışın həqiqətən ehtiyacı olan insanlara kömək   edin. Çünki bəzən bizim üçün adı görünən şeylər başqa ailələr, insanlar üçün böyük ehtiyacıdır. Məsələn: Evimizdə olan köhnə televizor, kompyüter, kitablar, paltaryuyan maşın, yataq dəsti, yorğan-döşək, pal-paltar və s. düşünürsünz ki, sizə lazım deyil və atırsınız bir kənara. Qəti belə eləməyin. Çünki həqiqətən onlara çox adamın ehtiyacı var. Belə bir deyim var bunu həmişə yadda saxlayaq “Sən elədiyin yaxşlığı unut ancaq sənə olunan yaxşılıqları unutma” . Dostlar ümid edirəm ki, fikrimi sizə izah eliyə bildim. Sizin hər birinizə iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. (Əlavə sualı olanlar mütləq e-mail adresimə yaza bilərlər.)

Əlillik Terminologiyası

Elmir Valehli

Evdə, içtimai nəqliyyatda, işdə, yolda, istirahətdə istər istəməz müxtəlif insanlar ilə rastlaşır və az da olsa ünsiyyət qururuq. Biz ünsiyyət qurduğumuz və tanımadığmız  insanlara adətən “Siz”,  “Müəllim””  yeniyetmələr isə  “Qaqaş”, “Brat” “xala oğlu” və bu tip bir çox sözlərdən istifadə edirlər.  Bir çox hallarda  normal  istədiyimiz cavabı ala bilirik. Ümümiyyətlə “Qarşımızdakı insanların cavabı sizin sualınızdan  və xitab formasından asılıdır”. Əgər biz kobud olaraq başqa sözlərdən istifadə etsək yaxud da  səs tonunuzu qaldıraraq və əlinizi ona tərəf  tutub yuxarıda sadaladığım sözləri desəniz mütləq münaqişə yaranacaqdır.

Eləcə də Əlilliyi olan insanlar ilə ünsiyyətə girən zaman biz çox diqqətli olmalıyıq. Əlilliyi olduğu üçün həmin insana yuxarıdan aşağı baxmaq, alçaltmaq, dilənçi kimi görmək  sadəcə düşüncəsizlikdir. Əlilliyi olan insana bir şəxsiyyət kimi yanaşmaq lazımdır. Çünki onların bizdən heç bir fərqi yoxdur. Əlillik onun gunahı, seçimi deyil. Dövlətimizn, cəmiyyətimizn borcudur ki, necəki tipik insanlara  münbit şərait yaradıb eləcədə əlilliyi olan insanlara həmin şəraiti yaratsın. Azərbaycan Resbublikasının  Konstitusiyasında olan qanunlar  bütün vətəndaşlara şamil olunub…

View original post 631 more words

Disleksiya nədir?

Disleksiya nədir? Disleksiyalı uşaqlar ilə necə davranmalı? 

10404861_824162567647137_1074938729001985658_n

Disleksiya sözü ilə ilk dəfə Azərbaycan Universitetində Aygün Musayevin dərsində tanış oldum. Heç eşitmədiyim termin olduğu üçün diqqətimi çəkdi. Bu dəfə ki, yazımın məqsədi sırf ətrafımda olan disleksiya haqqında məlumatı olmayan və yaxud az məlumatı olan insanlara bəzi bildiyim, öyrəndiyim bilikləri paylaşmaqdır. Disleksiya haqqında bütün bildiklərimi geniş şəkildə izah edə-edə sizlər ilə paylaşacam.

Motivasya təlimi keçən zaman insanlarda özünə inam hissini artırmaq, məqsədlərindən heç vaxt əl çəkməməyi söylədiyimdə çox vaxt  Albert Einstein, Steve Jobs və s başqalarını misal gətirirdim. Çünki bu insanlar dislektik olmalarına baxmayaraq həqiqətən böyük uğur əldə ediblər. Dislektik məhşurlar haqqında bu yazımda ayrıca yer ayıracam. Diqqətlə izləyin.

Bu yaxınlarda çox sevdiyim, hörmət etdiyim Fuad Dərgahlı mənə dedi ki, Türkiyədə “Disleksiya haqqında təlim”  olacaq getmək istəmirsən? İnanın o qədər sevindim. Çünki çoox az məlumatım var idi. Fuad müəllimə çox sağ ol deyib, lazımı sənədləri hazırlayıb getdim təlimə. Fuad müəllimə xüsusi minnətdarlığımı bildirirəm.

Türkiyədə bu təlimi  Elif Ertürk bizə keçdi. Elif xanıma və bütün komandasına təşəkkürümü bildirirəm. İnanın çox maraqlı, interaktiv təlim oldu. Təlimi daha məlumatlı, maraqlı və intensiv edən isə dəvət olunan ölkələrdən birinin yəni Yunanıstan təmsilçilərinin 5 nəfərinin disleksiyalı olmağı idi.Disleksiya 1

Disleksiya yunan sözüdür və mənası ” sözlərlə çətinlik çəkmək” deməkdir. Disleksiya haqqında bir neçə tərif  mövcuddur. Daha çox öyrənmə, qavrama, eşitmə, görmə, sözləri düzgün anlamamaq və s əziyyət çəkirlər. Uşaq anadan olan zaman bunu müşahidə etmək çox çətindir. Ona görə ki, valideynlərin disleksiya haqqında məlumatı yoxdur. Həmdə xüsusi indikator yoxdur ki, onu müəyyən eləsin. Disleksiyalı insanları başa düşmək üçün empatiya qurmaq lazımdır. Yəni özümüzü onların yerinə qoymalıyıq. Məsələn düşünün ki, kitab oxumalısınız ancaq bütün hərflər bir-birinə qarışır. Yaxud da sizə söz deyirlər bütün hər şeyi  beyninizdə qarışdırırsınız və s. (Şəkillərə diqqət edin) 

Disleksiyalı insanların bəzi problemləri olduğunu bilirik. Ancaq bu o demək deyil ki,  onlarda zəka problemi var. Bəzi insanlar var ki, onlarda disleksiya olmasına baxmayaraq böyük uğurlar əldə ediblər. Dahi alim Albert Einstein, intibah dövrünün məhşur memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Camie Oliver disleksiyadan əziyyət çəkən məşhurlar sırasındadır. Təbii ki, bu insanlara uğur qazanmaq elə də asan olmayıb. Buna baxmayaraq istədiklərinə nail olublar. Sadəcə uşağınızda belə bir hal olarsa, onlara “bacarıqsız” kimi baxmayın. Deyəcəyiniz fikri bir neçə vasitə, yol ilə izah eləməyə çalışın.

Türkiyə də təlimdə olan zaman biz Disleksiya Mərkəzinə səfər etdik. Burada uşaqlara qavrama, eşitmə, nitqin iDyslexia-Smallkişaf etdirilməsi və s dəstək olurlar. Azərbaycan da mən bildiyim qədər ayrıca Disleksiya Mərkəzi yoxdur. Əgər varsa bilirsinizsə çox xahiş edirəm əlaqə nömrələrini elə burada paylaşın. Bildiyim qədəri ilə disleksiya diaqnozlu uşaqlar ilə müxtəlif “Uşaq İnkişafı Mərkəzlərin” də məşğul olurlar. Ümid edək ki, gələcəkdə daha da çox mərkəzlər açılacaq
. Təkcə Bakıda deyil,  Azərbaycanın bütün rayonlarında, şəhərlərində xidmətlər əlçatan olar.

Ancaq mən sizə təklif edirəm ki, əgər disleksiya haqqında daha dərin biliklər öyrənmək istəyirsinizsə  mütləq disleksiya haqqında olan bu filmi izləyin ( https://www.youtube.com/watch?v=rhqQUM6WYeM&index=3&list=PLyXHqtFS1CVby1JruqcyYO7o-eViZp8f7 ). Film haqqında qısa izahat verim. Film disleksiyalı bir oğlanın ailəsi, müəllimləri tərəfindən necə mənəvi və fiziki zorakılığa qalmasından, onun qarşılaşdıqları çətinliklərdən, daha sonra çox sevimli müəlliminin dəstəyi ilə potensialının üzə çıxmasından bəhs edir. Mən sizə çox qısa danışdım. Hind kinosu deyib keçməyin. Mütləq vaxtınız olanda izləyin.

Əslində əlimdə kifayət qədər material və məlumatlar var. Ancaq burada bütün fikirlərimi ümumiləşdirib sizlər ilə bölüşdüm. Ümid varam azda olsa nə isə töhfə verə bildim. Sizdə əgər azda olsa təzə məlumat əldə etdinizsə mütləq paylaşın dostlarımız ən azı ilkin təməl məlumatları bilsin. Hamıya hər bloqumda dediyim kimi iş və şəxsi həyatında uğurlar arzu edirəm.

“Bəzi Maraqsız QHT tədbirləri haqqında fikirlərim”

Salam əziz dostlarım. Bu gün sizlər ilə  uzun zamandır ağlımda olan, ancaq bu gün yazıya aldığım bir məsələ hətta hadisə haqqında fikirlərimi bölüşmək istəyirəm. Onuda qeyd edimki, yalnızda Qeyri Hökümət Təşkilatlarının təşkil elədikləri tədbirlərdən bəhs edəcəyəm. Qeyri Hökümət Təşkilatında (QHT) çalışdığım üçün tez-tez həm dövlət, həmdə özəl təşkilatların bir birindən dəb-dəbəli yerlərdə keçirtdikləri konfrans, seminar, hesabat xarakterli tədbirlərində iştirak edirəm. Bu yazı bəlkədə bəzilərinə xoş olmayacaq amma fikirlərimi qeyd edəcəm. İndiyə kimi çox az tədbir olub ki,  zövq alaraq axıra kimi oturmuşam. Axıra kimi oturmamağımın səbəbi isə aşağıdakılardır :

1. Tədbir sadəcə donor təşkilata göndərilməli olan hesabatda “Biz bunu elədik” tipli olduğundan. Belə tip tədbirlərdə insanların işlərini yola vermək xatirinə gördükləri otağa girən kimi hiss olunur. Adam kostyumunu geyinib yanındakı insanlar ilə qonaqları gözləyir. Tədbir başlayır çox təəssüf ki, danışıq nitqini ümumiyyətlə hazırlamayıb. Danışarkən dedikləri “ıııı”, “iiii” “şey, zad” ifadələrini eşitməkdən insanın ruhu sıxılır. O qədər qonaq dəvət edirlər, bahalı məkanlarda tədbir təşkil edirlər ancaq tədbirin açılış nitqi və davamı insanı darıxdırır. Uzun uzun əzbərlədikləri layihənin adını və bəzi fəaliyyət sahələrinə uyğun terminləri elə tələffüz edirlər ki, kənardan baxan, bu işlərdən çoxda başı çıxmayan insan deyər ki, “Vallah çox savadlı insandır”. Bundan çox şey yazmaq olar. Məncə hələlik kifayətdir.

2. Tədbir gözəl idarə olunur. Açılış nitqi çox yaxşıdır. İnsanlar həqiqətən iş görüblər. Ancaq digər səlahiyyətli bəzi dövlət qurumlarının və bəzi  QHT rəhbərlərinə, işçilərinə söz verilir. Deməli inanın ki, tədbiri təşkil edənin zəhmətini, tədbirin məqsəd və məramını nəinki qiymətləndirmilər, hətda heç etika xatirinə belə çox saq olun gözəl tədbirə, çıxışa görə sözlərini deməyi unudurlar yaxud da demək istəmirlər. Bilirsiniz niyə? – Hamısı özündən, öz təşkilatından, öz fəaliyyətindən danışmağı tədbirə gəlməmişdən qabaq planlaşdırıblar. Ola bilər ki, iş görürsünüz,(İnanan daşa dönsun)) ola bilər ki, əziyyət çəkirsiniz ancaq bura onun yeri deyil axı. Məsələn “Əlilliyi olan şəxslərin, problemlərindən bəhs edən tədbirdə”, bəziləri durub, işlədikləri icmaları, yaxud öz təşkilatlarının yaranmasından, çətinliklərindən, faydalananlarından, dövlət ilə qurduqları əlaqədən və s. və ilaxır danışırlar. Əgər onlara 2 dəqiqəlik vaxt ayırırlarsa, insanlar “Fürsətdən istifadə edib” ən azı 15-20 dəqiqə danışırlar. Beləcə gözəl, maraqlı tədbir unudulur. Nə deyirsiniz deyin mənə ancaq tədbirin finalı yaxşı olmalıdır. Çünki yadda qalan hissəsi məhz girişi və  finalıdır.

Sizcə bu bizə lazımdır?. Əgər belə çox öz təşkilatından danışmaq istəyirsənsə səndə tədbir təşkil elə gələk bəy tərifinə. Sizi bilmirəm mən bir insan öz təşkilatından yeri gəldi gəlmədi tez-tez danışmağından, şişirtmələr eləməsindən xoşum gəlmir. Əgər sən iş görürsənsə, əla uğurların varsa inanın ki, azda olsa lazımı insanlar bu sahədə işləyən ədalətli insanlar sizə qiymət verəcəklər. Əlbəttə ki, özlərini reklam eləməkləri çox normal bir hadisədir. Ancaq məncə hər şey qədərində yaxşıdır. Bu mənim fikrimdir.

Mənim üçün gülünc olan bir məqamıda xüsusi vurğulamaq istəyirəm. Bilmirəm bunun adını nə qoyum. Mən deyim “Ulduz xəstəliyi”, siz deyin “Stereotip”. Bəzi QHT tədbirlərin də, samballı qonaqlar düz başda oturmalıdır. Kim çıxış edəcəksə ən başda oturur. Digər insanlarda onun yanında oturmalıdır. Beləcə onlar arasında ki münasibətin nə yerdə olduğunu biləcəyik. Beləki, tədbiri aparanını düz yanında oturan insan ona yaxındır. Deməli növbəti çıxış onundur. Onun o biri tərəfində oturanda tədbiri təşkil eliyənlərdən biridir. Yavaş-yavaş ardıcıllıq davam edir. Kim lap uzaqdadırsa deməli hələ o qədərdə yaxın deyillər. Ən sonuncu nitq inciməsin deyə ona veriləcək ))(Hamıya Aid deyil) . Yenə deyirəm bunlar mənim fikrimdi.

Əziz dostlarım məqsədim kimisə tənqid etmək deyil. Mən sadəcə dostlarım ilə öz fikirlərimi bölüşdüm. Onsuz bu bloqu bizdən başqa heç kim oxumayacaq elə deyilmi? Əgər tədbir təşkil eləmək istəyirsinizsə mütləq təşkilatda işləyən hamının fikrini diqqətə alın. “Danışmaq qızıldırsa, susmaq gümüşdür” yaxud “Danışa bilirsən danış ilham alsınlar, danışa bilmirsənsə sus insan sansınlar..” “İnsanlara söz verərkən mütləq yalnız bu tədbirə aid olan fikirlərini (əgər varsa) söyləməyini xahiş edin. Hər bir çıxış etmək istəyən insana 2-3 dəqiqə verin. Bəlkə belə, bu tip qaydalar ilə uğur qazana bilərik bu sahədə. Xarici səfərlərdə olduğum müddətdə də, müxtəlif tədbirlər, konfranslarda oldum hec bir yerdə hələki konkret bir mövzuya həsr olunmuş tədbirdə heç kim durub təşkilatının uğurundan danışmır. Təbii ki, əlaqələndirmək olar ki, bizdə bu işləri görürük filan, filan, filan problemlər ilə rastlaşırıq bu qədər .

İnanıram ki, sizlərdə bu tip problemlər ilə rastlaşmısınız. Öz tədbirlərimizdə belə şeylərə yol verməyək. Hamınıza həmişə sonda qeyd etdiyim kimi iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. Bu iki şey bizim üçün çox önəmlidir. Uğurlar dostlar!!!!!