Daxili Motivasiya

Wilhem Vincent van Gogh demişkən; “Əgər içinizdən  “Sən rəsm çəkə bilmərsən” deyən bir səs eşitsəniz, heçnəyə fikir vermədən çəkin. O səs susacaqdır.”

foto 2

İnsanın özü özünü motivasiya etməsi gələcəkdə uğur qazanmasının əsas təminatıdır. Hər hansı bir işə başlayanda,  ağlımıza maraqlı ideyalar gələndə bəzən heç kimlə bölüşmək istəmirik.  Niyə? Çünki qorxuruq ki, o, məndən qabaq bu işi görər,   çünki qorxuruq ki, o,  məndən öncə  uğur qazanar çünki qorxuruq ki, birdən işimizə göz dəyər və işlərimiz alınmaz.
Əslində problem elə özümüzdədir. Ən əsas ona görə qorxuruq ki, deyəcəklər ki, “Sən bu işi bacarmarsan”, “Səndə alınmaz”. Əgər işi düzgün qurmuruqsa təbii ki, olacağa çarə yoxdur. Ancaq hər  şeydən önəmli olan bizim nəyə inanmağımız və nəyi istəməyimizdir.  Bəzi insanlar deyirlər ki,  “Hara gedirik, hansı işə müraciət edirik alınmırki, alınmır bu işimdə onsuz alınmayacaq”. Bəli belə düşündükcə bu işinizdə alınmayacaq. Məsələ ətrafımızdakların yox məhz bizim nə düşündüyümüzdü. Sənin gördüyün və inandığın şeyləri səndən yaxşı heç kimi başa düşə bilməz. Çünki ətrafımızdakılar sənin nəyə inandığını bilmir. Məsələ görünməyənə inanmaqdır. Əgər biz istəsək hər şeyi edə bilərik. Bilirsiniz niyə? Gəlin nümunəyə baxaq: Şəhərin mərkəzi küçələrində gəzəndə ətratımızdakı insanlara diqqət etsək onların  dəbdəbəli geyimi, saç düzümü, bahalı telefonları və s. diqqət çəkməyə çalışırlar. İnanın çoxusu heç bir yerdə işləmir. Sadəcə onlar bunu istəyirlər deyə edirlər. Deməli elə bir sistem qurulur ki, o tip adamların istəyi öz cibinə yox başqa ciblərlərin doldurulmasına xidmət edir. Bir az dayanıb düşünsək bu həyatda istədiyimiz hər bir uğuru əldə edə bilərik. Sadəcə daxili səsimizi eşidib və düzgün mövqe seçib istədiklərimizi etməliyik. Alınmadı?? Birdə cəhd et…. Yenə alınmadı?? Bir daha cəhd elə düz alınana qədər. Hər yeni cəhd zamanı ətrafınızda olan insanları dinlə, eşit ancaq öz bildiyiniz, inandığınız şeyi eləyin. Tısbağa məsəlini bilirsiniz? ? İcazə verin sizinlə paylaşım.  “Bir gün tısbağalar arasında  kim hündür qalaya birinci qalxa bilər deyə yarış təşkil edirlər. 8-10 tısbağa zirvəyə qalxmağa çalışır. Kənarda yarışı izləyən digər tısbağalar isə “Onsuzda alınmayacaq”, “Bu sürətlə ora qalxmaq mümkün deyil” tipli sözlər ilə onlara qışqırırdılar. Qısa zamanda tısbağalar  sürüşüb yerə düşürlər. Ancaq bir tısbağa  hec nəyə baxmayaraq zirvəyə qalxa bilir. Çünki onun eşitmə məhdudiyyəti var imiş. Yəni deyilən heç bir mənfi sözü eşitməyib, Öz daxili səsinə qulaq asıb, inanıb zirvəyə qalxa bildi”

Bu misal əslində hamıya aiddir. Bugün ki, yazının məqsədi məhz budur. Daxili səsə qulaq asın və inanın kənardakılar adı üstündə kənarda qalsalar yaxşıdır. Ancaq bu o demək deyil ki, heç kimə qulaq asmaq olmaz. Atalarımızın yaxşı sözü var “Məsləhətli don gen olar”. Sadəcə bu iki şeyi bir birindən ayırmaq lazımdır.

Mən motivasya ustası deyiləm. Nə də geydirmə motivasya kitablarını oxumuram. Sadəcə həqiqətən insan bacara biləcəyi bir şeyi arzulayirsa onu əldə edə biləcəyini düşünürəm. Önəmli olan özünə inam və daim hərəkətdə olmaqdır. Hərəkət çox vacibdir. Yerimizdə oturub nəyisə istəsək təbii ki, heç nəyi dəyişə bilmərik.
Sonda qısa qeyd edim ki, bütün arzularımıza çatmaq şərt deyil. O zaman həyat məqsədimiz olmaz. Yekunda  Henry Fordun oğlunun intihar məktubunu qeyd etmək istəyirəm “Ata xəyal edib də, əldə etmədiyim heç bir şey olmadı. Nə varsa əvvəlcədən sən mənim üçün hazır etmisən və mənim əməyim yoxdur. Bədbəxtlikdən məhv oldum gedirəm”. İnsanın bütün arzularına çatması şərt deyil. Əsas odur ki, həmişə onu istəyin arzulayın. Düşünün ki, bütün arzularınız reallaşdı o zaman nə olar?

Mənim yaşda birisinin  sizə özünüzə inanın, onu edin bunu edin deməyi düzgün deyil. Sadəcə onu dəqiq  bilirəm ki, insan hər bir qüdrətə malikdir  əlillik və digər problemlər buna bəhanə deyil.Hamı hər şeyi edə bilər.
Özünüzə qiymət verin ki, hamı sizə qiymət versin. Hamıya həyatında uğurlar arzu edirəm.!!!!