“Ahmet Şerif İzgörən”

supermen_turk_olsaydi_pelerinini_annesi_baglardi_ahmet_serif_izgoren_kitap-306x410

Ahmet Şerif İzgören kitab oxumağı mənə sevdirən insandır. Ahmet Şerif İzgören  çətinliklərdən zövq almağı öyrədən şəxsdir.  Qısası mən ondan çox şey öyrəndim. Bu gün onun haqqında yazacağım bloq mənim ən zövqlə, sevərək yazdığım yazılar silsiləsindən olacaqdır. Çalışacağam qısa olaraq İzgörən haqqında olan düşüncələrimi dostlarımla bölüşüm.

Bəzi insanlar var ki, tarixi kitablar oxumağı sevir, bəziləri var ki, detektiv janrından olan kitabları və s. siyahını artırmaq mümükündür. Mənim diqqətimi düzü tarixi kitablar həmişə çəkib. Özümdə tarix ilə çox maraqlanıram. Ancaq hər dəfə tarixi faktlarla bağlı kitab, məlumat oxuyanda elə bil nə isə çatmırdı. Bax o çatmayan  şeyi Ahmet Şerif İzgörən tamamladı.  Əvvəl ki, bloq yazılarımda mən uşaqlıqdan bəri özümdə bilmədən özümü motivasya etdiyimi qeyd etmişdim.  Ay Allah necə xoşbəxt oldum Ahmet Şerif İzgörən ilə tanış olanda. Sizə izah edəcəm necə tanış olduq.  Təlim keçməyə hazırlaşırdım. Təlim keçməmişdən əvvəl mütləq mövzuya aid olan və olmayan təlimçilərin videolarını izləyirəm. Təsadüfən Ahmet Şerif İzgörənin “Avucumuzdakı Kələbək” adlı videosu ilə rastlaşdım. O qədər maraqlı, mənalı, səlis danışıdırdı ki,  1 saat ona qulaq asdım. Hətda vaxtın belə necə keçdiyini bilmədim . Düşündüm ki,  mənə onun kitabı lazımdır. Və dostlarımın dəstəyi ilə onun  mənim üçün ilk kitabı olan “Avucunuzdakı Kələbək” adlı kitabını aldım. İnanın kitaba təzəcə oxumağa başladığımı düşünürdüm birdə gördüm ki, kitab bitdi. İlk dəfə idi belə bir hiss yaşayırdım. Yəni insan türk dili kimi çətin qrammatikası olan bir dildə o qədər aydın şəkildə fikirlərini oxucu ilə bölüşür ki, hər kəs onu anlayır, başa düşür.

Ahmet Şerif İzgörən əslində hərbiçi olub. Uzun müddət hərbidə olduqdan sonra öz özünə deyib ki, mənim burda nə işim  var ?-  Həqiqətən o sualı özünə verdiyi üçün bu gün o İzgörən Akademiyası qurub. Həmin o akademiya təşkilatlara “Liderlik”, “İdareçəlik” və s təlimlər verir. Eyni zamanda  həmin akademiyanın “Yaşam koçları” (təlimçiləri),  uşaq evlərində olan kimsəsiz uşaqlara “Dürüstlük”, “Həyatda uğur qazanmaq” və s bu tipli mövzularda təmannasız təlimlər keçirlər. Bəs siz heç eyni sualı özünüzə vermisiniz?– Məncə verin, uduzmazsınız.

Mən bu insanın tək qələminə deyil, ürəyinədə heyranam. Elə şeylər var ki, yazsam düz çıxmır. Lazımdır ki, onun kitablarını alıb oxuyasınız.  Əgər kitabı alsaz bəyənməsəniz geri qaytara bilərsiniz. Onu bircə dəfə dinləyən oxuyan əl çəkməz heç vaxt. Türkiyədə olduğum zaman gənclərin çoxu onu tanımırdı. Bu məni təəccübləndirdi. Ama həqiqətən belə insanlar həyata çox az-az gəlir. Mən təlim keçdiyim zaman ondan öyrəndiyim bilikləri  müəllifin adını  qeyd edərək istifadə edirəm.  Məndən dostlarım soruşandakı hansı məsləhətli kitab deyə bilərsən oxumağa ?- təbii ki, Şerif İzgörənin bütün kitabları deyirəm.  Onun ilk kitabını oxuduqdan sonra həyəcanlı olaraq bir neçə kitabını Türkiyədən sifariş elədim. Daha sonra özüm Türkiyə də olan zaman kitablarını aldım. Hər kitabı bir məktəbdir. İnsanda yaşama eşqini artırır. Bizim millətin bu motivasiyaya böyük ehtiyacı var.

Kitablarında çoxlu real həyatda baş vermiş hadisələrədn nümunələr  gətirir deyə , həm yadda qalır həm də insanı düşünməyə vadar edir. Mən burada heç bir nümunədən misal çəkməyəcəm. Çunki o zaman çooox uzun bir yazı olar. Məsləhət edirəm özünüz oxuyun. (Hər şeyi məndən gözləməyin)))

Ahmet Şerif İzgörən heç bir motivasya kitabı oxumayıb. Özü içindən gəldiyi kimi yazır. Onun bu səmimiliyi oxuyucalırının böyük  marağına səbəb olur. Bəzi motivasya kitablarında yazılır ki, “Uğurun 7 qanunu”, ”Həyatda məqsədinə çatmaq üçün 10 əsas addım” və s bu tipli pafoslu başlıqları olan kitablardan uzaq durun. Çünki boş şeylərdir. Hər insan fərddir və düşüncəsi fərqlidir.  Deməli eyni məsələyə bir neçə insan fərqli yanaşır. Sadəcə özünüz kimi olun, gerisi gələcəkdir.

Ahmet Şerif İzgörənin kitablarını oxuduqdan sonra qərar gəldim ki, ona e-mail yazım. Və uzun bir email yazdım. Sağ olsun ki, mənə cavab yazdı. Həqiqətən bu məni çoox sevindirdi. Dostlarım deyir bəlkə özü deyil. Əşi əsas odur ki, e-mail ünvanıma cavab yazıldı və mən hiss edirəm ki, özü e-maili cavablandırır. Axı o, çox səmimi insandır.

Ahmet Şerif İzgörəndən oxuduğum kitabların siyahısını sizə təqdim edirəm:

  1. “Avucumuzdakı Kələbək”
  2. “Dikkat Vücudunuz Konuşuyor”
  3. “Şu Hortumlu Dünyada Fil Yalnız Bir Hayvandır”
  4. “ Supermen və Uğur Böcəyi”
  5. “Supermen Türk Olsa Pelerini Annesi Bağlardı”
  6. “MOKS”
  7. “Geleceyin Organizasyonunu yaratmak”
  8. “Hıdır Kişisən Gelişiyor”
  9. “40-ınında Kulpu Kırık 40 Türk”
  10. “Eyvah İş Görüşməsi”

4 kitabınıda sifariş eləmişəm bu yaxınlarda gəlib çatacaqdır. Dostlar həqiqətən vaxtınız olanda bu kitablardan birini oxuyun. O zaman nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Ahmet Şerif İzgörən haqqında ilk dəfə bu yazıdan sonra məlumatı olan insanlara bu videonun izləməyi məsləhət bilirəm (https://www.youtube.com/watch?v=wYU9BfwHTbM) İnanıram ki, izlədikdən sonra  kitablarını sifariş etmək istəyəcəksiniz.  Əziz dostlarım hamınıza iş və şəxsi həyatında bol-bol uğurlar arzu edirəm.

 

 

“Mayıs Əliyev”

image

Salam əziz dostlarım,  bugün sizlər ilə mənim üçün çox əziz və hörmətli insan olan Mayıs Əliyev haqqında düşüncələrimi bölüşmək istəyirəm. Hansı ki, Mayıs Əliyevi məncə bir çox insan tanıyır. BDU universitetin də hüquq fakültəsinə mühazirə keçir.  Ən əsası tanıdığım 35 yaşında alimlik dərəcəsi almış gənc alimlərdəndir.
Mayıs Əliyev dedikdə ağlıma sadəcə təmiz ürəkli, xoş niyyətli, insanlara xüsusi hörmətlə yanaşan, çox diqqətli, işini bilən və sevən bir insan ağlıma gəlir.  İndi düşünün bir insan dedikdə ağıla bu qədər xoş sözlər gəlirsə bu nə deməkdir.
Mayıs Əliyev ilə ilk tanışlığımız xeyir məclisində olub. Biz onunla çox maraqlı müzakirələr apardıq. Hər ikimiz QHT sektorunda fəaliyyət göstərdiyimiz üçün bütün problemlərdən xəbərdar idik. Ona görə də bir birimizi gözəl başa düşürük.  Adətən bəzi alimlər, QHT sədrləri,  özlərini elə göynən aparırlar ki, elə bil qarşısındakılar insan deyil. Ancaq Mayıs Əliyev o qədər səmimi və sadə insandır ki, sadəcə elə bir söz yoxdur ki, onu izah edim.  Mayis Əliyev eyni zamanda “Sosial Hüquqların Araşdırılması” İçtimai Birliyinin sədridir. Gənc yaşında böyük uğurlar əldə edib. Mənə şəxsən onunla ünsiyyət qurmaq böyük motivasiya verir. Çünki məndə bu sahədə çox inkişaf eləmək, onun kimi cəmiyyətə, milllətə, xeyirli insan olmaq istəyirəm.  Mayıs müəllimlə bir sıra kiçik də olsa layihələrdə əməkdaşlıq eləmişik. Və məni sevindirən odur ki, hər dəfə mühüm məsələlər də mənim fikrimi mütləq nəzərə alır. Mənim həyatımda Mayis müəllimin xüsusi yeri var.
Biz tez-tez Mayis müəllimlə görüşür, müzakirələr aparır, yemək yeyirik. Hətda bir dəfə onun tələbələri ilə getdik balıq yeməyə. Yeriniz məlum. Üstündən illər keçməsinə baxmayaraq tələbələri ona o qədər hörmət və izzətlə yaxınlaşırdılar ki, düşünürəm bu bir müəllim üçün ola biləcək ən böyük qürur hissidir.
Onuda xüsusi qeyd eləmək istəyirəm ki, təkcə işlə bağlı deyil. Şəxsi həyatımda olan problemləri də rahatlıqla onunla bölüşə bilirəm. Mənə həqiqətən çox dəstək olub. Çox sağ olun hər şey üçün Mayis Əliyev.
Mayis Əliyevin ən çox sevdiyim bacarıqlarından biri isə gözəl nitqdir. Onun tədbirlərində olanlar bilir. Çox səviyəli, düşündürən, anlaşıqlı nitqi var. Çox az rast gəlinən haldır son dövrlərdə. Belə gözəl nitqi olması ona indiki qazandığından da çox uğur gətirəcəkdir.

Mayıs Əliyevin arzusu sosial sahədə böyük və davamlı layihələr həyata keçirtmək, vətənə millətə xeyirli iş görməkdir. Bu yolda ona çoxlu uğur arzu edirəm və bütün qüvvəm ilə ona dəstək olacağımı bildirirəm. 

Həqiqətən heç kimin heç kimdən asılacağı yoxdur.  Bu yazını yazmaqda məqsədim Mayis Əliyəv haqqında olan fikirlərimi sizlərlə bölüşmək idi.  Axı həqiqətən belə insanlardan cəmiyyət də çox azdır. Ona görədə qiytmətləndirmək lazımdır.  Hörmətli, Mayis Əliyev sizə şəxsi və iş həyatınız da çoxlu uğur arzulayıram. Çünki siz bu uğurlara layiqsiniz. Özünüzə yaxşı baxın.

“Fuad Dərgahlı”

Blog yazmağa başlayanda düşünürdüm ki, ancaq sosial problemlərdən  və bəzi öz düşüncələrimdən yazmalıyam.   Bu yaxınlarda Fuad müəllim maraqlı bir söz dedi niyə görə biz həmişə başqa insanlardan, onların uğurlarından,  kədərlərindən və s. yazırıq, danışırıq.  Bu gündən mən öz ətrafımda olan insanlardan yazacam və yazdıda. Bu mənim çox xoşuma gəldi düşündüm mən niyə ətrafımda olan mənim üçün önəmli olan insanlar haqqında bir neçə söz yazmayım?  – Beləcə blogumda “Humans of ..” kateqoriyası altında yazmağa başlayıram.  

image

Fuad Dərgahlı mənim üçün çox dəyərli bir insandır.  Bəzən olur  kiməsə deyirsən nəyəsə görə sənin xətrini çox istəyirəm onlardan deyil. TAM SƏMİMİ olaraq deyirəm mənim üçün bu adam dəyərlidir ona görə ki, səmimidir, ürəyiaçıqdır. Ona görə ki, maddi şeylərdən çox mənəvi şeylərə diqqət edir. Ona görə ki o, bizə şəxsən mənə nümünə, stimul oldu həyatda.
Ona görə ki, mən ondan çox şey öyrəndim. Arada düşünürüm Fuad Dərgahlını tanımasam nə itirərdim ? ama düşünürəmki çooooox qazanmışam. Sabah milyonçuda ola bilərəm ama belə insan ilə söhbət etmək , nəsə öyrənməkdən heç vaxt bezmərəm. İnsanın formalaşmasında bir çox təsirlər olur təbii ki, mənim iş və şəxsi həyatımda uğurlu addımlar atmağıma çox kömək olan bir şəxsi heç vaxt unuda bilmərəm. Ən azı bu ədalətsizlik olar.

İnsanı yolda tanıyarlar deyirlər, düz deyiblərmiş. Biz Fuad Dərgahlı ilə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Gürcüstan da bir yerdə olmuşuq.  Bəzən olur özündən böyük adamların yanında sıxılırsan, gözün saatda qalır ki, vaxt tez keçsəydi. Ancaq Fuad müəllim böyüklə böyük,  uşaqla uşaq kimi davranır. Insanı sıxılmağa, darıxmağa qoymur. Fuad müəllim ilə əla günlərimiz olub, olacaqda. Çox şən, optimist biridir.  Nə qədər kefsiz olsaq da bir anın içində hamının əhvalını dəyişə bilir.  Elə bu müsbət keyfiyyətlərinə görə gənclər onu çox sevir.  Bəlkədə çox adam onun yerində olmaq istəyər. Çünki həqiqətən ətrafında keyfiyyətli gənc dostları çoxdur.  Təsəvvür edin ayda bir dəfə öz sosial kruqumuzla görüş təyin edir. Bu görüşə bəhanə kimi gah “Qurudlu Xəngəl”, gah ” Bowling”, gah da “Film” izləmə altında bizi bir araya toplamağı bacarır. 

Onu xüsusi ilə qeyd edim ki, ailəsini tanıdıqdan sonra hörmətim daha da artdı. Ümid edirəm ki, Natavan xanım blogumu oxuyacaq.  Natavan xanımı Şamaxıda tanıdım və çox xoş təsir bağışladı. Bütün oğlanlara ən azı Natavan xanım kimi səmimi gözəl həyat yoldaşı qismət olar inşallah. Eyni zamanda gözəl tərbiyəli uşaqları var. ALLAH saxlsın. Bir kişinin sahib olacağa hər şeyə sahibdi.
Fuad müəllim tək arzum həmişə bir birimizin gözünün içinə tam baxaq. Hec vaxt utanmayaq nəyəsə görə. Həyatınızda uğurlar.

Vacib bir məqam hər adam ilə belə rahat yeyib içə, zarafat eliyə bilmirəm. O şərati yaratdığınız üçün sağ olun

P.s Danış danış bitməz hələ çox sözlərim qaldı növbəti səfəri gözləyin)

“Tamerlan Rəcəbov”

Hər bir insanın həyatında  bir neçə  insanlar olur ki, hansı ki o insanlar  ilə heç bir qohumluq  əlaqəsi  yoxdur ancaq sənə inanılmaz yaxın insana  çevrilirlər . Tamerlan  Rəcəbov da mənim dünyamda  məhz o insanlar qrupuna aiddir
image

Sosial iş  491 ci qrupa dərs dediyi ilk gündən bu günə qədər həyatımdadı. Tamerlan  müəllim ilk dərs günündən artıq  öz səmimiyəti ilə  tələbələrin ürəyinə yol tapmağı bacardı. Bizə ilk sualı “”Sosial iş dedikdə ağlınıza birinci nə gəlir ?- Zəhmət olmasa onun şəklini çəkin. Bizim 2 kurs  tələbəsi olaraq ilk dəfə eşitdiyimiz maraqlı və təccüblü sual idi.  Qrupda  7 nəfərik oğlan idi və hamımız sosial işlə bağlı maraqlı, məntiqli şəkillər çəkdik.  Mən isə İcma xəritəsi çəkmişdim necəsə )). İndidə icmalar ilə işləyirəm, maraqlı faktdı. Çəkdiyimiz şəkillər onun çox  xoşuna gəldi və təəcüblənərək güldü : “”Açığı belə düşünmürdüm” yəni gözlədiyinin üstündə cavab vermişdik. Həmin gündən münasibətmiz başladı .

Bizə keçdiyi “Tədqiqat Metodları” fənni çox çətin fənn idi. Ancaq bizə asan yolla elə öyrədirdiki, heç ruhumuz belə incimirdi. İnanın, şişirtmirəm hər tələbə eyni sualı bəlkədə 4-5 dəfə verirdi. Ancaq hamıya səbrlə hər şeyi izah edirdi. Adətən tələbələr çətin fənn olanda  dərsdən qaçırlar yada arzulayırlar ki, müəllimin nə isə işi çıxsın gəlməsin.  Tamerlan müəllim üçün məncə xoşbəxtlik olmalıdır ki, bizim qrup səbrsizliklə onun dərsini gözləyirdi. Çünki dərs boş-boş nəzəriyə yazmaq ilə  keçmirdi. Bizə daha yaxşı izah etmək üçün real keyslər ilə başa salırdı. Deyə bilərəm ki , nəticəsi var çünki hələdə yadımda qalıb çox şey.  Qrup yoldaşlarımın ailəsində, evində problemi olanda heç kim ilə bölüşə bilməyəndə belə  məhz  dərsdən sora Tamerlan müəllim vaxtının ayırıb bizi sözün əsl mənasında  motivasya edirdi. Əminəm ki, qrup yoldaşlarımın Tamerlan müəllim ilə bağlı o qədər maraqlı xatirələri var ki…  Məndə mənimlə bağlı olan  maraqlı, təsirli xatirələrdən birinin misal çəkəcəm :

Səhf eləmirmsə 2 ci kurs idi. Bizim qrup böyük bir “Sosial İş konfransı” təşkil eləmişdi . Həmin konfransa bütün sosial iş tədris olunan universitetlərdən nümayəndələri dəvət etmişdik. Orada məndə nə isə nümayiş etdirəcək idim. Ancaq səsim ilə bağlı bir az kompleksim var idi o vaxtlar (indi səsim düzəlib )) Adutoriya qarşısına çıxmaq istəmədim və Tamerlan müəllimə dedim ki, başqa tələbə çıxsın . O, bir söz dedi “indiyə kimi qulağımda sırğa eləmişəm”. – Əgər bu gün geri çəkilsən həmişə bir addım arxada olacaqsan və səsində çox yaxşıdı narahat olma. (Bəlkədə yadına gəlməz Tamerlan müəllimin) Mənim üçün o böyük motivasya idi o vaxt. Adutoriya qarşısına çıxıb tədbiri uğurla apardım. İndi İcra Hakimiyyəti, Bələdiyyə, QHT işçiləri, tələbələr üçün  təlim keçirəm. Bəlkədə o vaxt ora çıxmasaydım bu gün təlim keçə bilməzdim.

Bizə dərs keçənə qədər bir çox yaxşı və pis müəllimləri sınaqdan keçirtmişdik . Tələbə üçün yaxşı müəlim “qiymət yazan”, pis müəllim isə “qiymət yazmayan” müəllim hesab olunurdu. Ancaq Tamerlan müəllimdən “0” qiyməti  almaqda  bir başqa idi. O qədər pis olurduq ki, növbəti dərsə hazırlıqlı gəlməyə çalışırdıq. Həmin fəndən 8- 10 almaq böyük uğur sayılırdı bizə. Bizə deyirdi ki, kiminsə onun yazdığı qiymətə etirazı varsa öz fikrinin əsaslandırıb müraciət eliyə bilər.Tamerlan müəllim çox Ədalətli insandır. Bizə o Universitetdə ədalətin təkcə sözdən ibarət olmadığını öyrətdi.  Bir dəfə ESSE tapşırığı verib. Uşaqlar nə isə tam düzgün hazırlamayıblar ancaq mən  tapşırığı digərlərindən  fərqli hazırlasamda hamıya eyni  10 ballıq sistem ilə “6” yazdı. Ancaq qiymət ürəyimcə deyildi. Ən azı mən tam şəkildə hazırlamışdım. Gəldim müəllimə email yazdım ki, düşünürəmki, mən digərlərindən daha yaxşı yazmışdım yadımda deyil ama fikrimi uzun email ilə əsaslandırb çatdıra bilmişdim. Onu yazmaqda məqsədim paxıllıq deyildi sadəcə onun öyrətdiyi o ədalət elə bil boğdu məni ))) . Sağ olsun baxdı həqiqətən fərqli olduğunu dedi və qiymətimi düzəltdi üstəlik növbəti verdiyi tapşırığı yerinə yetirməsəm belə qiymət yazmayacağını söylədi. İndi siz deyin belə bir münasibətdən sonra kiməsə qarşı ədalətsizlik edə bilərəm ?

Tamerlan Rəcəbov həqiqətən  işimlə həyatımla bağlı vacib  məsələləri müzakirə edə biləciyim az insanlardandı. Həm universitet zamanı həm indiki vaxtda desəm ki problemim var görüşək müzakirə edək. Yaxud da dilemma arasında qalmışam mənə yol tapmaqda  istiqamət verə bilərsiniz ? İşi nə qədər çoxda olsa  həmişə vaxt ayırıb.

Bu blogu yazmaqda məqsədim  içimdəki bəzi hissləri bölüşmək və  müəllimlərə hardasa  işarə verməkdir. Tələbəni sıxmaq,  kəsmək şəxsiyyətinin alçaltmaq  siz müəllimlər üçün çox asandı. Çünki tələbələr  sizdən asılı olduğu üçün çox söz deyə bilmir. Ancaq ürəyində müəllimə qarşı nifrət hiss yaranır. Əgər siz həqiqətən işinizi sevirsinizsə, tələbələrə hörmət edin.  Tələbə onunla maraqlanan ,  halını-əhvalını soruşan, diqqqət göstərən müəllimin fənnini sevməsə bilə ürəknən oxuyacaqdır.

Tamerlan müəllim bilirəm bu yazını oxuyacaq bəlkədə kövrələcək )) (zarafat edirəm). Diqqət etsəniz təhsillə bağlı konkret heçnə yazmamışam. Ancaq onun verdiyi biliklərlərin köməkliyi bu gün çox uğur əldə etmişəm. Həmişədə istfadə edirəm. Sadəcə mənə motivasiya baxımdan o qədər dəstək olub ki,  ona görə daha çox o yönümlü düşüncələrə fokuslaşmışam. Bizə öyrətdiyi  Azərbaycanda çox az adamın bildiyi “SPSS”, “STATA” kimi tədqiqat proqramların köməyindən hələdə bəhrələnirəm. Onuda qeyd edim ki , həmin proqramları inanmıram sosial iş  ixtisasında hansısa başqa universitetdə keçsinlər.

Bu gün sosial təşkilatda çalışıram. Qarşıma qoyduğum məqsədlər var. Mən Allahın köməkliyi ilə istədiyim hər şeyi edəcəm buna inanıram. Harda olursam olum mənim üzərimdə əziyyət çəkən , düzgün yol göstərən insanları xüsusi ilə də Tamerlan Rəcəbovu heç vaxt unutmayacam. Hər yerdə nümünə kimi səsləndirəcəm ki, digər insanlarda örnək alsın.

Tamerlan müəllim demişkən, elə gün gələcək ki deməyəcəklərki Tamerlanın tələbəsidi, deyəcəklər ki, Elmirin Müəllimi Tamerlan Rəcəbov. Bu məncə müəllim və tələbə  üçün çox böyük uğurdu. Ürəyim doludu deyə geniş geniş yazdım

Əziz Tamerlan müəllim çox xoşbəxtəm ki, sizin kimi gözəl insanı tanımışam.