“Yalançı Kimliyimiz”

Salam səmimi olaraq yazmaq istəyirəm ki, içi mən daxil olmaqla demək olar ki, çoxumuz yalançı həyat  yaşayırıq.  Bəlkə də biz özümüzü bu yalana uyğunlaşdırdıq və elə bilirik belə də olmalıdır. Gəlin birlikdə müqayisədə edək. Ailə üzvlərimizin bizi çox istəməyi nədən asılıdır? – Məktəbdə əla qiymət alanda, uğurlu nəticəsi olan bir şey elədikdə, yaxşı bir işə girəndə bizi ailəmiz, sevdiklərimiz çoox sevir, fəxr edir və qürur ilə bu mənim oğlum(qızım) deyib işarə edirlər ki, hamı tanısın və bu möhtəşəm şah əsərinin kimin olduğunu bilsin. Düzdür? Yəqin mənimlə razılaşarsınız.  Burada uşağın nə istədiyinin, nə arzuladığının önəmi yoxdur. Önəmli olan valideynlər qərarını verib və onlar artıq xoşbəxtdirlər.

İkinci nümunəyə nəzər salaq. İndi biz məktəbdə  zəif qiymət alan, tez-tez dostları ilə dalaşan, işsiz, həyatında heç bir uğur qazana bilməyən biri olaq. O zaman valideynlərimiz bizi çox istəyəcəkmi?? Təbii ki, çox istəyəcəklər çünki onlar bizim valideynlərimizdir. Ancaq münasibət fərqli olacaq. Çünki biz onların istədiyi kimi ola bilmirik. Axı onları qınamaq lazım deyil çünki, onlarda öz ata-analarından elə  görüblər. Düşünürlər ki, belədə olmalıdır. Biz yuxarıda sadaladığımız şeyləri edəndə hamı bizə bir təhər baxacaq, bu yenə gəldi yenə nə isə aləmi bir birinə qatacaq deyə düşünəcək. Nəticə həqiqətən insan özünü təzyiq altında hiss edir və daha da fərqli şeylər etməyə çalışır. Əgər dərin səhv hərəkət olarsa valideyn uşaqla danışmalıdır. Tək çıxış yolu danışıqlar aparmaq bir-birini eşitmək yolu ilə müsbət nəticə əldə oluna bilər.

Valideynlər uşağı, gənci sıxır, nənə-baba azadlıq verir, bibi şirnikləndirir, əmi qorxma deyir, qonşular ağıllı ol deyir və s. və ilaxır. Sizcə həddindən artıq çox şey istəmirik uşaqlardan, gənclərdən? Axı bu qədər təzyiq altında necə yaşamaqbeden-göz olar ? . Ona görədir ki, son dövrlər  intihar hallarının sayı durmadan atır. Bu gedişlə intihar inqilabı yaşayacağıq. Hər kəs tək çıxış yolunu intiharda görür. Niyə bilirsiniz ? – Çünki heç kim özünə inanmır. İnanmır ki, o yaxşı usta ola bilər, inanmır ki, o yaxşı alpinisit, sosial işçi, və s. ola bilər. Ailənin inamsızılığı uşağa birbaşa təsir edir. Nəticədə kiçik uğursuzluqda onlar məyus olurlar. Növbəti uğursuzluqda isə … siz düşünün.

Uşaqlıqda belə təzyiq ilə böyüyən uşaq cəmiyyətdə özünə necə yer tapa bilər? Çox çətinliklə… OSHO demişkən bizə uşaqlıqdan sevməyi düzgün öyrətməyiblər. Uşaq anadan olan gündən əmini sev, dayını sev, ananı-atanı sev, bu qonşunun qızıdır onu sev, məktəbdə müəllimini sev, vətənini sev, dostunu, yoldaşını sev. Axı bu qədər sevgi istəmək düzgündürmü? Sonra isə uşaq böyüyüb yetişkin gənc olanda  bir yerdə olduğu qadını sevib sevmədiyini anlaya bilmir.

Həqiqətən özümüz kimi yaşamalıyıq. Qərar verərkən, ünsiyyət qurarkən, yemək yeyərkən, belə özümüz kimi olaq Qoy bizi ağzımızı marçıldadırıq deyə bəyənməsinlər, mədəniyyətsiz desinlər. Ancaq səni həqiqətən sevən adam səni olduğun kimi qəbul edəcəkdir.

Birdə ən böyük problemimiz bir-birimizə hisslərimizi deməkdə çətinlik çəkirik. Bəzən dostumuz uğur qazananda yaxud sevdiyimiz biri düzgün hərəkət eləməyəndə susuruq ki, xətrinə dəyməsin. Bu anda biz yalançı oluruq. Çünki özümüz içimizdən gələn başqa şeydir. Səmimi olmaq o qədər gözəldir ki…..

Mən həyatda çox yalan danışmışam. Bəzən şirin bəzən acı yalanlar. Ama çalışacağam  maksimum azaldım və yalan ümumiyyətlə danışmayım. Çünki həqiqətən insan özüdə rahat olmur və narahatlıq keçirdir. Stresdən uzaq olmaq istəyiriksə yalandan və bizi yalan danışmağa vadar edənlərdən da uzaq olmalıyıq.

Mən həyatda mənə yaxın olan dostlarımı, ailəmi çox sevirəm.  Bəzən etiraf eləməsəmdə ancaq mən sizləri çox sevirem. Sizdə ətrafınızda olan insanlara deyin ki, onları sevirsiniz. İnsanlarda özünə inam hissini öldürüblər. Hamı cəmiyyətdə başı aşağı , hamı qəmgin, borc içində yaşayır. Heç kim artıq bir-biri ilə maraqlanmır. Hamısı ayın axır alacağı maaşı gözləyir ki, kredit borclarını bağlasın sonrada barmağını yalasın….. Maraqlı deyilki həyətdə biri yıxılıb, ürəyi gedib, acdır, suzudur, və s.

Əziz dostlarım bir birimizdən ayrılsaq, küssək belə doğruları deyək. Onsuz bir müddət sonra hər şeyin üstü açılacaq. O zaman bir-birimizi birdəfəlik itirə bilərik.

Əgər cəmiyyətə sağlam psixologiyası olan insan yetişdirmək istəyiriksə gənclərmizin seçimində sərbəstlik verməliyik. Demirəm ki, təmiz qarışmayın. Sadəcə görürsünüz axırı yaxşı deyil, yol göstərin. Qaranlıq yolda mayak olun. Onlar sizi öz arxalarında bilib, onlara inandığınızı düşünərsə inanın ki, dağı dağ üstündə qoymazlar, hər bir işin öhdəsindən gələrlər.

Belə dostlar öz səmimi içimdən gələn hisslərimi sizinlə bölüşdüm. Onsuzda burda bizdən başqa heç kim yoxdur. Ona görədə rahat olaraq yazıram. Sizdə rahat olun içinizdən gələn fikirləri bölüşün. Düz deyiblər sevinc paylaşıldıqca artır, kədər isə paylaşdıqca azalır.  Sonda həmişəki kimi, hər bir şəxsə öz şəxsi və iş həyatın da uğurlar arzulayıram və bu dəfəki yazımı şəhərin dəcəl uşaqlarını həsr edirəm)).