“Texnoloji vasitələr uşaq susdurmaq alətidir.!?”


Bəli, yeni bloquma məhz bu adı seçdim.  Çünki həqiqətən realllıq budur. Ətrafımda olan gənc ailələrin uşaqlarının çoxusu  planşet, telefon, notebook və s bu tip texnoloji avadanlıqlardan elə istifadə edirlər ki, adam lap utanır ki, necə olur mən uşaq qədər ola bilmirəm yəni ? Hətda bəzi valideynlər də çox fəxr hissi keçirilər ki, “Zəmanə uşağıdır e gör necə Angry birds” oynayır. Təbii ki, insanın uşağının nəyisə mükəmməl bacarması qürurverici hissdir. Ancaq gəlin görək bu düzgündürmü?Baby and planshet3 Fərdi olaraq öz fikirlərimi bildirəcəyəm. Mənim fikrimcə bu çox yanlış bir addımdır. Hətda valideyn ilə uşaq arasına böyük bir uçurum yarada biləcək qədər ciddi məsələdir. Körpə evdə ilk olaraq anasını görür, sonra atasını və s digər ailə üzvləri ilə yavaş yavaş tanış olur. Körpə valideynləri ilə  ağlayaraq, qışqıraraq, yaxud da hər hansı bir jest dili ilə ehtiyacını  bildirmək istəyir. Ancaq çox vaxt valideyn uşağın ağlamağının əsas səbəbini bilmədən yaxud da bilərəkdən(tənbəllikdən) uşağın sadə dill ilə desək “Səsini kəsmək” üçün ilk öncə telefondan istifadə edir. Daha sonra ağlayan uşağı televizorun qarşısına qoyub əlinə pultu verib deyirlər ki, oyna ancaq qəti ağlama. Əslində körpə həmin an başqa bir şey istəyir. Sadəcə həyat onun üçün o qədər maraqlıdır ki,  ətarfında olan hər şeyi kəşf etmək istəyir deyə təzə bir şey görən kimi bir müddətlik  başqa ehtiyaclarını unudur. Valideyn isə uşağının əsas ehtiyacının elə bu olduğunu düşünür. Beləcə uşaq texnologiya aləmi ilə tanış olur. Bir müddət keçir 2,3,4 yaş artıq uşaq planşet, notebook, hətda stolüstü kompyuter ilə maraqlanır. Daha sonra bütün günü uşaq planşet ilə oyun oynayır. Nəticədə bu sahədə həqiqətən özlərinin çox inkişaf etdirirlər.  Amma təəssüf ki, uşaqların bədəninə şüa yayılır, təəssüf ki, gözləri zəifləyir, təəssüf ki, özünə qapalılıq yaranır, təəssüf ki uşaq az qala yeməyini planşetin üzərində yeyir, təəssüfki uşaq artıq yeni model texnologiya istəyəcək və s. və ilaxır. Bu qədər təəssüflənəməyə dəyərmi  ? – Məncə dəyməz. Uşaq məktəbə gedəndə , universitetə hazırlaşanda kompyuter, telefon ilə oynayanda niyə əsəbləşirik? Axı bunu o yazıq uşaqlara hələ körpə olanda özümüz öyrətmədikmi?, Ailə bir yerdə yemək yeyəndə həmişə uşaqlar gəlmək istəmir, çünki internetdə nə isə işləri olur. Narahat olmayın, onuda biz özümüz öyrətmişik. Artıq 5 yaşında olan uşaq youtube.com bütün cizgi filmlərinin yazıb izləyə bilir . Təəsüf k,i onların anlaya bilməyəcəyi porno sayt reklamları ilə istəməyərək tanış olacaqlar. Hətda gəlib sual verəndəki” Ay ata, aay ana bu nə olan şeydi? Biz isə “Ağzının üstündən bir şillə vurub deyəcəyik ki, ayıbdı bala”. Ancaq nəyi gizlədərsək o həmişə maraqlı olacaqdır onlar üçün. Beləcə uşaqlar 18 yaşına qədər və 18-yaşından sonra  nələr edə bilər bu gün cəmiyyətdə olan hadisələrə nəzər yetirmək kifayət edər. Valideynlərim, ümumiyətlə orta təbəqən olan insanlar həmişə öz uşaqlıqlarından elə  ağız dolusu danışırlar ki, atamız ilə filan yerə getdik, filan maraqlı qrup oyununu oynadıq, filankəsin atası və anası bizə gəlmişdi, filan hadisəni danışdı. Eləcədə bu gün deyirəm ki, uşaqlığımızda filan şey maraqlı idi, filan oyunu oynadlıq, və s. Bu sadaladıqlarımda  ildən ilə dəyişsədə, ancaq reallıq budur ki, həqiqətən bu gün uşaqlarımız kompyuter ilə çox vaxt keçirir deyə  öz dastları, ailə üzvləri ilə söhbət, müzakirə aparmaq istəmir. Axı nə sualı olarsa mütləq google-dan bir cavab tapa biləcək. Əziz Valideynlər uşağınıza məlumatı siz ötürün. Bunu şifahi söhbət elə, kiçik həcmli kitab oxumağa başlamaq ilə onlara izah edin. Mən demirəm ki, texnologiya internet pis bir şeydi. Sadəcə gəlin uşaqlarımızı  texnologiya, internet ilə  vaxtında tanış eliyək. Həm onlar tanış olana kimi, valideyn olaraq bizdə internetdən düzgün istifadə etməyi öyrənək. Həqiqətən hər şeyi bir kənara qoyaq, uşaqların biz böyüklərin qayğısına   çox ehtiyacı var. Qayğı deyəndə ağlınıza təkcə  onlara istədiyi hədiyyənin almaq gəlməsin, gündə çox yox 1 saat gəzmək, onlar ilə söhbət etmək ən gözəl hədiyyə olacaqdır uşağınız üçün. İndi bilirəm yazını oxuyan məni tanyanlar deyəcək ki, “Ay Elmir sən evlən, uşağın olsun onda biz sənə deyəcəyik”.  Həmin vəziyyətə düşməmişəm deyə bəlkədə mənim üçün mühakimə eləmək daha rahatdır. Sadəcə kənadan  müşahidə etdilərimi yazdım.. Təbii ki, dediyim sözlər hamıya aid deyil. Hamısının da axırı pis olmur. Sadəcə bu mənim fikrim dostlarım ilə paylaşdım. Axı hamının fikrinə hörmət eləmləyidə uşaq vaxtımızda öyrədiblər bizə )).

11 thoughts on ““Texnoloji vasitələr uşaq susdurmaq alətidir.!?”

  1. Bu mövzunu Yazmaqla elə bil mənim Ürəyimdən tikan çıxartdın Elmir. Açıqlamasını çox gözəl vermisən. Mənim yaxınlığımda, Qonşularda, Qohumlarda apardığım Müşahidələr onu göstərirki, Uşaqların texnoloji vasitələrdən ( planşet, telefon, notebook ) isdifadə etməsi onlarda ünsiyyətə girməmək problemi yaradır. “Apple”in baş meneceri və qurucusu olan Stiv Cobs həyatda olan zaman öz uşaqlarına iPhone-dan istifadə etməyi qadağan etmişdi. “The New York Times”ın məlumatına görə, o övladlarına texnologiyanın yeniliklərindən müəyyən zaman kəsiyində istifadəyə imkan verib.

    Maraqlıdır ki, valideynlər uşaqların gecə-gündüz komputer, planşet, telefondan istifadəyə icazə vermələri fonunda nəhəng şirkətin rəhbəri buna fərqli yanaşıb.

    Övladlarına yeniliklərdən istifadəsinə məhdudiyyət qoyan ancaq S.Cobs olmayıb . Belə ki, “3D Robotics”in direktoru Kris Anderson da öz ailəsinə məhdud çərçivədə texnoloji vasitələrdən istifadə etməyə icazə verib. Onun 5 yaşdan 17 yaşadək olan 5 uşağı var ki, onlar iki saatdan artıq texnologiyadan istifadə edə bilmirlər.
    “Buna görə, uşaqlarımız bizi faşist də adlandırılar”.

  2. Emin bəyəndiyinə sevindim. Məlumat üçündə çox sağ ol həqiqətən özləri bilir ki , çox ziyanlıdır uşaq üçün təəssüf ki, biz hələ tam anlamırıq . Ümid edək ki, zamanla azalacaq belə hallar

  3. Men de bele düşünürem,uşaqlara televizora baxmaq 7 yaşdan sonra olar ve hefte erzinde 2-3 saat.İndiki uşaqlar neyinki televizora baxmaq,onları kompüterin qabağından durquzmaq mümkün olmur.”Angry Birds” oyunu uşaqların psixologiyasına çox ziyandır,o oyunda quşlara daş atmaq yerine,quşu daş olaraq atırlar.Balaca uşaq bu oyundan vehşilikden başqa ne öyrene biler?

    • Fikrinizi bildirdiyiniz üçün çox sağ olun. Tamamilə sizinlə razıyam. Ancaq günah Valideynlərdədir o oyunun əvəzinə uşaqlara puzzle versələr, inkişaf etdirici oyuncaqlar alsalar, uşaqlar üçün şəkilli kitablar sifariş eləsələr belə olmaz.

  4. Tamamilə haqlısınız, günah valideynlərdədir. Hərdən çox çeynənilmiş bir ifadə işlədirlər: “zəmanə dəyişib” – deyirlər. Zəmanə dəyişməyib, onu da dəyişdirməyə can atanlar elə insanlardır. Bir müasir telefon ananın əlində (az qalırlar xörəyi də telefonla bişirsinlər), bir planşet də uşaqda “başların qatırlar”. Daha demirlər ki, bu gün başlarını qatdıqları bu texnologiya, sabah sözün əsl mənasında başlarını “qatacaq” bir-birinə… təşəkkür edirəm mövzu üçün.

  5. Sevinc xanım yazıya münasibət bildirdiyiniz üçün çox sağ olun. Məndə sizinlə razıyam. Düzgün qeyd elədiniz az qala yeməyidə telefon ilə bişirələr. Nə bilim ümid edək ki, zaman keçdikcə hər şey daha yaxşı olacaq.

  6. Siz sağ olun ki, belə mövzuya toxunmusunuz.
    Ümid etməkdən daha çox gərək çalışaq. Qızlarımızı doğru yaşda ərə verək, ailə üçün tam yetkin hala gətirək. Söz dinləməyi, böyük-kiçik yeri bilməyi, ailəni yola verməyi və ən əsası qədrini bilməyi, səbr etməyi öyrədək. Yoxsa bu gün qaynana, yaxud yoldaşı üzün bir balaca turşutdusa, qapını çırpıb ata evinə qaçmasın. Eləcə də uşaq tərbiyə etməkdə hövsələli olsun. Yuxusuna, istirahətinə haram qatmağı bilsin və s.

Leave a reply to Elmir Valehli Cancel reply