Əlillik Terminologiyası


Evdə, ictimai nəqliyyatda, işdə, yolda, istirahətdə istər istəməz müxtəlif insanlar ilə rastlaşır və az da olsa ünsiyyət qururuq. Biz ünsiyyət qurduğumuz və tanımadığmız  insanlara adətən “Siz”,  “Müəllim””  yeniyetmələr isə  “Qaqaş”, “Brat” “xala oğlu” və bu tip bir çox sözlərdən istifadə edirlər.  Bir çox hallarda  normal  istədiyimiz cavabı ala bilirik. Ümümiyyətlə “Qarşımızdakı insanların cavabı sizin sualınızdan  və xitab formasından asılıdır”. Əgər biz kobud olaraq başqa sözlərdən istifadə etsək yaxud da  səs tonunuzu qaldıraraq və əlinizi ona tərəf  tutub yuxarıda sadaladığım sözləri desəniz mütləq münaqişə yaranacaqdır.

Eləcə də əlilliyi olan insanlar ilə ünsiyyətə girən zaman biz çox diqqətli olmalıyıq. Əlilliyi olduğu üçün həmin insana yuxarıdan aşağı baxmaq, alçaltmaq, dilənçi kimi görmək  sadəcə düşüncəsizlikdir. Əlilliyi olan insana bir şəxsiyyət kimi yanaşmaq lazımdır. Çünki onların bizdən heç bir fərqi yoxdur. Əlillik onun gunahı, seçimi deyil. Dövlətimizn, cəmiyyətimizn borcudur ki, necəki tipik insanlara  münbit şərait yaradıb eləcədə əlilliyi olan insanlara həmin şəraiti yaratsın. Azərbaycan Resbublikasının  Konstitusiyasında olan qanunlar  bütün vətəndaşlara şamil olunub. Yəniki, orada  əlilliyi olan insanların hüquqları  məhdudlaşdırılmayıb.

Tarixən əlilliyi olan insanlara yanaşma çox qəddar olub. Əlil olaraq doğulan uşaqları Allahın lənəti kimi qəbul edib öldürürdülər. Yaxud qəbiləyə heç bir kömək etmədiklərini düşünüb qəbilədən kənara atırdılar. Qəbilədən kənarlaşdırılma ölümə bərabərdir.  Bizim cəmiyyətdə də əlilliyi olan insanlara münasibət stereotiplər üzərində qurulub, bu o stereotiplərdir ki, kökləri mövhumat və yazıqlıq hissinə əsaslanır: əlilliyi olan insanlar xəstə, yazıq, daima himayəyə , yardıma ehtiyacı olan  məxluq  hesab olunurdu. əlilliyi olan şəxslər cəmiyyət arasına çıxa bilmirdi. Ətrafdakıların qınayaraq yuxarıdan aşağı baxması mənəvi olaraq  onlara təsir edirdi.

Mən Ölkəmizdə əlilliyi olan insanlara qarşı münasibətdən danışmaq istəyirəm. 5 il bundan əvvəl ailələr əlilliyi olan uşaqlarını internataa atıb canlarını qurtarırdılar. İnternat evlərinə atmayanlar isə   evdə “otaq məhkumu ” edirdilər. Bəli düz deyirəm öz əlilliyi olan uşağını  gizlədirdilər ki,  heç kim bilməsin axı onlara “camaat” nə deyər sonra. İnanın ki,  bu tək az təminatlı ailələrə aid deyil. Sizində bizimdə gözəl tanıdğımız bəzi nüfuzlu şəxslər belə  uşaqlarını gizlədirdilər. Onları  “qızıl qəfəsdə” böyüdürdülər. Heç kim bilməsin onların “zəif” nöqtələrini.

Lakin zaman keçdikcə əlilliyi olan insanlara qarşı münasibət daha tolerant olmağa başladı. 2014 cü ilə qədər artıq  əlilliyi olan insanlara qarşı olan yanaşmada müsbət yönümlü   dəyişiklər baş verir. Çünki ətrafımıza diqqət etsək artıq  əlilliyi olan insanların cəmiyyət arasında daha tez tez olması,  öz fikirlərini azad şəkildə bəyat etməsi, qanunverciliyiə dəyişkiliklərdə iştirak etməsi sevindirci haldır. Son dövrlər  parklarda, binların girişində pandusların qoyulmağı buna sübütdur. Düzdür  pandus dərəcəsi düzgün deyil razıyam. Ancaq bir həqiqət əvvəl bu da yox idi. Zamanla hər şey qaydasına düşəcək. Mən bunu  ilk olaraq əlilliyi olan insanların öz uğuru kimi qiymətləndirirəm.

Biir dəfə Əlilliyi olan dostum  Sülhanə mənə gülərək başına gələn bir əhvalatı danışdı.

Deyir şəhərə gedibmiş gəlinləri ilə. Gəlinləri gedib su almağa Sülhanə isə tək üzü dənizə tərəf oturub, dənizi, quşları seyr edirmiş.  Onu da qeyd edim ki Sülhanənin diaqnozu serebral iflicdir. Hava gözəl qız oturub dənizdən zövq aldığı vaxt qucağına qəpiklər, manatlar tökülüb. Sülhanə deyir elə bildim  göydən pul yağır. Sən demə bizim  bəzi ürəyi öz aləmlərində yumşaq  insanlarımız  gəlib pul atırlar qucağına. Bəzi adamlar var qulağını çəkib “iraq” olsun deyir.   Öz fitrə sədəqələrini verirlər. Sülhanə bu tip insanlara əlilliyi olan insanların dilənçi yox ən az tipik insanlar qədər bərabərhüquqlu olduqlarını izah edir və bunu çox gözəl bacarır. Mən həqiqətən Sülhanə ilə sadəcə fəxr edirəm O, öz üzərində çox işlədi. Bu gün onu fəal görəndə sadəcə zövq alıram. Uğurlar gözəl dostum.

İnanıram ki, bunlarda düzələcək. Sadəcə  ciddi maarifləndirmə işləri aparmaq lazımdır. Bunun üçün TV proqramlarında həftə 1 dəfədə olsa  əlilliyi olan insanlara aid  proqram hazırlasalar əla olardı. Sosial çarxların hazırlanması reklamlarda göstərilməsi cəmiyyətdə Əliliyi olan insanların problemirini qabardıb, həlli yollarını tapmasında kömək olardı . Mən bu işdə könüllü olaraq  yardım eləyərəm nə lazmdısa.

Baxın şükür bir çox dəyişiklər oldu. Əlilliyi olan insanlar rahat cəmiyyət arasına  çıxırlar, sosial həyat bacarıqlarını inkişaf etdirirər. Bu çox gözəl addımdır.

Gəlin bizdə əlilliyi olan insanlaraqarşı yanaşmamızı dəyişək.  İnsan həyatda nəyisə dəyişmək istəyirsə  ilk öncə özünü dəyişdirməlidir.  Əgər Soruşursansız necə ? –  baxın  qayıdın ilk abzasa diqqətlə oxuyun. insanlara xitab edərkən diqqətli olmaq və düzgün sözlərdən istifadə etmək lazımdır.  Bunun üçün aşağıdakı terminlərə baxmağınızı və əliliyi olan insan 29372_428814393845702_1452856094_nilə danışarkən istifadə etməyinizi  xahiş və  məsləhət edirəm .

  • əlilliyi olan insan
  • sağlamlıq imkanları məhdud insan
  • görmə qabiliyyəti zəif və ya olmayan insan
  • eşitmə qabiliyyəti zəif və ya olmayan insan
  • Daun sindromlu uşaq/insan
  • USİ-li uşaq
  • əlil arabasından istifadə edən insan
  • inkişaf xüsusiyyətləri olan uşaq

Biz  yuxardıkı sözlərdən istifadə edərək əlilliyi olan insanlara yanaşma tərzimizi dəyişə bilərik. Əlilliyi olan insanı başa düşmək üçün özümüzü onların yerinə qoymalıyıq buna sosial işdə  Empatiya  deyirlər. O zaman biz onu daha yaxşı başa düşə bilər və dərdinə şərik ola bilərik.

Əziz insanlar sadəcə bir şeyi unutmayaq ki, hamımız potensial əlilliyi olan insanlarıq. Heç kim siğortalanmayıb ki, sabah onun başına heç bir hadisə gəlməyəcək.

Digər əlilliyi olan səmimi dostum Zaur Hacılının sözü ilə bloqumu bitirmək istəyirəm: “Onsuzda insanlar hamısı fərqlidi, bizdə birinci insanıq, sonra fərqliyik.”

6 thoughts on “Əlillik Terminologiyası

Leave a comment