Haqqımda


İlk öncə bir az rəsmiyyət.  14014_935279723167760_6294325780609200153_n Mən Elmir Valehli 1992 ci il Bakı şəhərində anadan olmuşam.  Azərbaycan Universitetinin  Sosial iş ixtisasını bitirmişəm. İndiyə kimi  ümumilikdə 20 dən çox yerli və beynəlxalaq təlimlərdə və bir çox  konfranslarda iştirak eləmişəm. SSİ, SOS, UNİCEF kimi beynəlxalq, Azərbaycan Uşaqlar Birliyi, Yasamal Rayon Əlillər Təşkilatı kimi  yerli təşkilatlarda  həm könüllü həm də ştat işçisi kimi fəaliyyət göstərmişəm

2012 ci ildən bəri Azərbaycan Birgə Yardım(UAFA) təşkilatında  fəaliyyət göstərirəm.  Eyni zamanda müstəqil təlimçi kimi müxtəlif mövzularda təlim keçirəm (Blog yazımda siyahılar var). Azərbaycan Sosial İş İçtimai birliyində (AZSWPU) boardın üzvüyəm.

Rəsmiyyəti kənara qoysaq deyə bilərəm ki, həqiqətən insanlar ilə ünsiyyət qurmaqdan çox zövq alıram. Yeni tanış olduğum insanlar mənim üçün həmişə maraqlı olub. Çünki, hər yeni tanışlıqda daha da enerjim, həyat eşqim artır. İşimi çox sevirəm, həzz alaraq işlərimi  görürəm.  Yeni bir işə başlayanda mütləq ürəyimin səsinə qulaq asıram. Nəyə çox inanıram onuda edirəm. Başqa insanlar üçün nə qədər  cazibəli görünsədə əgər içimdə inam hissi yoxdursa qəti o işə vaxt itirmirəm.  Həyatda  əsas  məqsədim  sosial sahənin ən yaxşı mütəxəssizlərindən biri olub ehtiyacı olan insanlara dəstək göstərərək  cəmiyyətimiz üçün  yararlı insan olmaqdır.

 

 

9 thoughts on “Haqqımda

  1. Bəlkə də mənasız olacaq, narahat etdiyimçün üzr istəyirəm…
    Bloqda son şərhlərin görünməsi mövzu seçimindən asılıdır, yoxsa bunu özüm nizamlamalıyım? Yəqin ki, ürək dolusu güldünüz))))

Leave a reply to sevinclidunya Cancel reply