“Kirvəlik Qanunları”

Elimizin gözəl adət -ənənələrindən biridə  Kirvəlikdir. Kirvəliyin tarixi qədimdir. Bir sözlə Kirvəlik – Uşaq sünnət olarkən dəlləyin işini rahatlaşdırmaq üçün uşağın əlini qolunu saxlayıb, qucağında saxlayan şəxsdir. Uşağın qanı kirvənin üzərinə tökülür beləcə çox ali və möhkəm qohumluq  başlayır.  Ancaq gəlin görək bu Kirvəliyin başqa hansı şərtləri var. Azərbaycan da demək olarki hər rayonun özünə xas kirvəlik  şərtləri vardır.  Bu gün yaxından şahidi olduğum Gədəbəy və ətraf ərazilərdə olan çox önəmli harda yazıldığı məlum olmayan “Kirvəlik Qanunları”  haqqında yazacağam. Həqiqətən qohum olmaq,  yeni insanlarla əlaqələri yaratmaq və möhkəmləndirmək çox gözəldir.

Ancaq belə bir maraqlı məqamda var əgər kirvə tuimageturlarsa səni bu həm yaxşıdır həm pisdir. Yaxşıdır ona görə ki , sənə ailə çox etibar və hörmət edir məhz ona görə də  kirvə seçirlər . Pisdir ona görə ki qardaş əməlli – başdı xərcə düşürsən. Adətə görə  ailə kirvə tutmaq istədiyi insanın evinə əla alış veriş edir, qonaq gedir və bu məsuliyyətli vəzifəni ona tapşırdığını bildirir. Belə məqamda kirvənin imtina etmək şansı çox azdır çünki el – oba  nə deyər sonra nə isə.  Uzun sözün qısası kirvə uşaq sünnət olunan gün bazarlıq edər gələr uşağa “şirinlik” verər . (Əslində rüşvətə o vaxtdan alışdırırlar insanı 🙂 Bu hadisədən bir müddət sonra ( imkana görə tez yada gec  ola bilər ) toy tədarükü etməyə başlayırlar. Kirvə öz ailəsini götürüb gedir alış – verilə.  Özüdə elə belə yox ha əməlli başdı alış veriş edirlər.
Belə ki ilk öncə sünnət olunacaq uşağa sünnət paltarı, qızıl sep, oyuncaq və s. alırlar.  Daha sonra uşağın anasına qızıl sep, üzük , sırğa nə bahalı zinət əşyaları var alırlar. Uşağın atasına köynək, qalstuk, evdə kim varsa nənə – baba , bibi, bibi uşağı, xala, xala uşağı, dayı, dayı uşağı və s nəsə almalıdırlar. . Bu sadaladığım sizə zarafat gəlməsin. Sadəcə düşünün onları almaq, toyda iştirak etmək əgər rayona gedirsənsə hələ xırda detalları (xonça,  konfet, tort, meyvə və s) hesablamıram rahat 2000-2500 AZN pul lazım olacaq. Sizcə bu qədər israfçılığa dəyərmi? Məncə dəyməz qohum olursan , toyda ürəklə iştirak edirsən, təzə əlaqə yaranır bax əsas budu. Məgər qohum olmaq üçün bu qədər xərc lazımdırmı ? Səmimi münasibət bəs?? Hələ burda bir məqamda var kirvənin aldığı nə varsa ona uyğun ailə üzvü ona geri qaytarmalıdır. Belə bir deyim var “Səbəti boş qaytarmazlar” qarşılıqlı mübadilədən sonra qohum olurlar.  Inanın bankdan kredit götürüb kirvəlik edənlərin sayı kifayət qədərdir. Ona görə ki el – oba bizə nə deyəcək axı? “Filankəsin oğlu heçnə almadı” məhz bu sözü eşitməmək üçün hər şey edərlər.
Baxın düşünürsünüz ki  Kirvəliyin qarşıyam haşa yox. Sadəcə israfçılığa qarşıyam. Durub nəsildə kiməsə desəm ki, ehtiyacı olan ailələrə, əlilliyi olan insanlar kömək lazımdır  hamının kredit borcları yada düşəcəkdir inanın.
Kirvəlik həqiqətən maraqlı, şərəfli və məsuliyyətli bir işdir.  Kirvə uşağa ən az əmisi dayısı qədər yaxın olur.
son dövrlər isə dayı, əmi, xala oğlu və s. yaxın qohumları kirvə tuturlar . Onsuz da qohumsunuz nə ehtiyac var anlamıram.
Kirvəliyin qızıl qaydası isə “Kirvədən qız almazlar, qız verməzlər” belə bir deyim daha var ” Kirvə kirvənim damının üstünə çıxmır ki, başına torpaq tökülər”.
Araşdırdım islam dinində kirvəlik anlayışı yoxdur. Qur’anda da yaxın qohumlar ilə evlənməyi qadağan edirlər ancaq kirvəliknən bağlı bir şey yoxdu. Təbii ki bu zaman keçdikcə deformasiyaya uğrayıb  islamlaşdırıblar.
Bax belə dostlar elimizin gözəl adətləri vardır sadəcə zəmanəyə uyğun bəzi dəyişiklər etmək lazımdır. Elə adət ənənə varki dəyişməsək yaxşıdır eləsi də varki dəyişmək zəruridir.

Advertisements