“Ölkədən getmək istəyirəm”


Gənc dostlarımla söhbət edərkən adam ölkədən getmək istəyir. Kimi görsən çıxış yolunu  ölkədən getməkdə görür. İş tapa bilmir, iş qura bilmir, sevgilisi aldadır, valideynləri başa düşmür və s hərənin özünə görə mütləq bir səbəbi var ki, ölkəni tərk eləsin.  Yəni həqiqətən bu qədər asandır görəsən ölkəni tərk eləmək. Bir ara məndə düşünürdüm ki, gedəcəm buralardan. Xaricdə şanslar daha çoxdur. Ancaq son vaxtlar tez-tez xarici işguzar səfərlərdə oldum.  Nə qədər gözəl maraqlı olsada MƏNƏ GÖRƏ ölkəmin yerini vermir.  Ruminyada olanda  1 həftə ancaq ingilis dilində danışırdıq çünki tək ortaq dilimiz odur. Ancaq  geri dönərkən hava limanında  türk dilində danışan insan gördüm və sözün əsl mənasında ürəyim kövrəldi.  Çünki həqiqətən dilimiz torpağımız üçün darıxmışdıq. Bəziləri bunu deməydən utanır vallah mən darıxdım.

Mən burada yalnız öz fikirlərimi yazıram. Ola bilər ki, sizə görə fərqlidir.  Ancaq dostlar 5 barmağın 5-i də bir deyil. Xaricə getmək, gəzmək, yeni insanlar və yeni yerlər görmək dünya görüşünü artırmaq bunlar ən yadda qalan günlərimiz olacaqdır. Hamıya məsləhət edirəm ki, gəzəməyə oxumağa getsin mütləq. Bir dəfəlik ölkədən getmək bunu ancaq çox güclü  yaxud da həqiqətən ətrafından sıxılan  adamlar bacarar. Yuxarıda qeyd elədim hərənin özünə görə səbəbi var. Ən çox insanlar işsizlikdən şikayət edir. Və mən onlar ilə tam razıyam. Ancaq bu o demək deyil ki,  iş yoxdur. Sizi inandırım çox çalışsaq özümüzə uyğun iş tapa bilərik. Buna sadəcə zaman, enerji və hərəkət lazımdı. Yerimizdə oturub iş yoxdur demək düzgün deyil. Özümüzə uyğun kitablar oxuyub, yerli və beynəlxalq təlimlərdə iştirak edib, təhsilimizi artırmaq və paralel olaraq işləmək lazımdır. HOST demişkən təhsil bərbad gündə olsada satışda yaxşı kitablar var, özünüzü inkişaf etdirin.  Bir az da mühitə uyğun hərəkət etmək lazımdır. Bu o demək deyil ki, rüşvət alın və s. Sadəcə düzgün siyasət, yanaşma ilə insanlara təsir etmək mümkündür.

Kamplarda, təlimlərdə kimdən soruşsan ölkədən getmək istəyir. Tutaq ki hamı çıxdı getdi ölkədən. Gedəcəyimiz yerdə hər şeyin ürəyinizcə olacağına əminsiniz? Uşaqlıq xatirələrini uşaqlıq dostlarının yanında başqasına danışmağın ayrı ləzzəti var mənim üçün.

Deməyin ki, oxuyub qayıdıb ölkə üçün nəsə edəcəyik. Çox az insanlar bunu edir. Xaricdə təhsil alıb gələnlər maaşda və s şeylərdə razı olmurlar, mühitə uyğunlaşa bilmiyib qayıdırlar oxuduqları yerə. Başa düşürəm maaş yüksək olmalıdı. Ancaq hər şey pul deyil axı. Bəzi şeylər var ki, könüllü və yaxud qismən az maaşla etmək lazımdır.

Rayonlarda, ucqar kənd məktəblərində və universitetlərdə təhsil alan şagird və tələbələri kim stimullaşdıracaq ? Kim onların qoca ancaq boş-boş yazılar yazdıran müəllimlərin əlindən qurtaracaq ? Kim onlara düzgün ünsiyyət qurmağı, insanlara kömək etməyi, yalnız öz cibini düşünməməyi, ətrafımızdakı insanların əslində bizim həyatımız üçün yararlı insanlar olduqlarını izah edəcək? Xeyir bu təkcə müəllimlərin işi deyil. Hər birimizin işidir. Bügun cəmiyyətdə sözünü deyə bilən hər kəsin borcudur. 

Türkiyədə İzgörən Akademiyası (Ahmet Şerif İzgörənin) inanılmaz layihələr edirlər. Könüllü olaraq internat evlərinə, həbsxanalara gedib insanlara dürüstlük, düzgün ünsiyyət qurmaq və s mövzularda təlimlər verirlər.

Hə siz deyirsiniz nə olsun guya mənim onu etməyim heç nəyi dəyişməyəcək. Ancaq elə deyil  “Sərçə məsələni” yada salın. Hamı öz üzərinə düşəni eləsə 1, 2 dənə də olsa gəncimiz məhv olmaqdan bəlkə də xilas edə bilər.

Mənim ölkədə qalmaq üçün səbəbim getmək üçün olan səbəblərdən  çoxdur. Əminəm sizində səbəbiniz çoxdur. Getmək istəyənləri başa düşürəm. Mən sadəcə öz fikirlərimi mənə aid olan hissləri paylaşdım. Hər kəsə öz həyatında işində harda olmasından asılıolmayaraq uğurlar arzu edirəm .

Advertisements

3 thoughts on ““Ölkədən getmək istəyirəm”

  1. Lap bir şeir yadıma düşdü:
    Getmək istəyirsən, bəhanəsiz get…
    Bəli, Elmir, həqiqətən bu bəhanələrlə xaricdə üzləşməyəcəyin böyük bir sual altındadır. Bu gün sənin kimi düşüncəli bir gəncin olması üçün yenidən fəxr etdim. ALLAH qorusun səni, həmişə bu ruhda qal☺️

  2. Herden deyirem yo Qaraqan haqlıdır

    Qaraqan – Get

    Qaraqan – Get Lyrics

    [Verse 1: Qaraqan]

    İllər keçdikcə qorxduğun adamlara dönmək,
    Onlardan biri olmaq,diri olmaq deyil,bu ölmək
    İllər ötdükcə nifrət etdiyin şeyləri sevmək
    Bu divarlar möhkəm,yox kömək,yox kömək!
    İllər keçdikcə boz kütlədə tapmaq öz yerini,
    Onlar başqa insanlar,deyil hamısı səndən biri.
    Onlar da qəhrəmanlar deyil,sən də onlar kimi
    Çox böyük oyunlarda kiçik insanlarıq biz,bil!
    Artıq neçə ildir ki,valideynlərdən gəlmir kömək,
    Artıq neçə ildir ki,dostlar,şit zarafat,gülmək.
    Artıq neçə il ət parçasına dönüb bu ürək ?
    Artıq neçə il uçub gedib çiyinlərdən mələk?
    Və artıq səmalardan yağmır yerə müqəddəslik
    Bir anlıq İstəyirsən diz çöküb olasan təslim..
    Bu beton binaların arasında tapmaq sevgi
    Bu heykəl insanların qəlblərində tapmaq sevgi.

    [Nəqarət]
    Get!Əgər gedə bilirsənsə qal,əgər dözə bilirsənsə sev,
    Əgər göz yuma bilirsənsə,dona bilirsənsə,susa bilirsənsə!

    [Verse 2: Qaraqan]
    Sevdiyin qəhrəmanları basdırmaq kitablarda
    Uşaqlıq dostların hərəsi bir ölkədə,uzaqlarda..
    Sevgilinə gedən yol keçdi min cür qucaqlardan
    Bahardan qalan,bir az sarı,quru yarpaqlarda.
    Qaranlıq otaqlarda,kimsəsiz otaqlarda
    Həyata fotoalbom kimi baxmaq xəyallardan
    Və görmək bəzi şəkillərdə sevinc,bəzi şəkillərdə kədər,
    Amma sevinc daha çox idi 90-larda. …
    və bir neçə dəfə Bakını tərk etmək bir dəfəlik
    Xarici pasport,visa,qayıtmamağa var əminlik.
    Həyatı yenidən qurmaq haradasa,başqa yerdə
    Və qaranlıq keçmişə boylanıb baxmamaq bir də.
    Bakını unutmaq və yaddan çıxartmaq bu xalqı,
    Tüpür hər şeyə,get buradan,bax,axı gedir hamı.
    Və əgər bir gün darıxsan,vətən həsrəti çəksən
    Mən bu torpaqlara çatdıracam sənin “Salam”nı.

    [Nəqarət]
    Get!Əgər gedə bilirsənsə qal,əgər dözə bilirsənsə sev,
    Əgər göz yuma bilirsənsə,dona bilirsənsə,susa bilirsənsə,Get!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s