“Ahmet Şerif İzgörən”


supermen_turk_olsaydi_pelerinini_annesi_baglardi_ahmet_serif_izgoren_kitap-306x410

Ahmet Şerif İzgören kitab oxumağı mənə sevdirən insandır. Ahmet Şerif İzgören  çətinliklərdən zövq almağı öyrədən şəxsdir.  Qısası mən ondan çox şey öyrəndim. Bu gün onun haqqında yazacağım bloq mənim ən zövqlə, sevərək yazdığım yazılar silsiləsindən olacaqdır. Çalışacağam qısa olaraq İzgörən haqqında olan düşüncələrimi dostlarımla bölüşüm.

Bəzi insanlar var ki, tarixi kitablar oxumağı sevir, bəziləri var ki, detektiv janrından olan kitabları və s. siyahını artırmaq mümükündür. Mənim diqqətimi düzü tarixi kitablar həmişə çəkib. Özümdə tarix ilə çox maraqlanıram. Ancaq hər dəfə tarixi faktlarla bağlı kitab, məlumat oxuyanda elə bil nə isə çatmırdı. Bax o çatmayan  şeyi Ahmet Şerif İzgörən tamamladı.  Əvvəl ki, bloq yazılarımda mən uşaqlıqdan bəri özümdə bilmədən özümü motivasya etdiyimi qeyd etmişdim.  Ay Allah necə xoşbəxt oldum Ahmet Şerif İzgörən ilə tanış olanda. Sizə izah edəcəm necə tanış olduq.  Təlim keçməyə hazırlaşırdım. Təlim keçməmişdən əvvəl mütləq mövzuya aid olan və olmayan təlimçilərin videolarını izləyirəm. Təsadüfən Ahmet Şerif İzgörənin “Avucumuzdakı Kələbək” adlı videosu ilə rastlaşdım. O qədər maraqlı, mənalı, səlis danışıdırdı ki,  1 saat ona qulaq asdım. Hətda vaxtın belə necə keçdiyini bilmədim . Düşündüm ki,  mənə onun kitabı lazımdır. Və dostlarımın dəstəyi ilə onun  mənim üçün ilk kitabı olan “Avucunuzdakı Kələbək” adlı kitabını aldım. İnanın kitaba təzəcə oxumağa başladığımı düşünürdüm birdə gördüm ki, kitab bitdi. İlk dəfə idi belə bir hiss yaşayırdım. Yəni insan türk dili kimi çətin qrammatikası olan bir dildə o qədər aydın şəkildə fikirlərini oxucu ilə bölüşür ki, hər kəs onu anlayır, başa düşür.

Ahmet Şerif İzgörən əslində hərbiçi olub. Uzun müddət hərbidə olduqdan sonra öz özünə deyib ki, mənim burda nə işim  var ?-  Həqiqətən o sualı özünə verdiyi üçün bu gün o İzgörən Akademiyası qurub. Həmin o akademiya təşkilatlara “Liderlik”, “İdareçəlik” və s təlimlər verir. Eyni zamanda  həmin akademiyanın “Yaşam koçları” (təlimçiləri),  uşaq evlərində olan kimsəsiz uşaqlara “Dürüstlük”, “Həyatda uğur qazanmaq” və s bu tipli mövzularda təmannasız təlimlər keçirlər. Bəs siz heç eyni sualı özünüzə vermisiniz?– Məncə verin, uduzmazsınız.

Mən bu insanın tək qələminə deyil, ürəyinədə heyranam. Elə şeylər var ki, yazsam düz çıxmır. Lazımdır ki, onun kitablarını alıb oxuyasınız.  Əgər kitabı alsaz bəyənməsəniz geri qaytara bilərsiniz. Onu bircə dəfə dinləyən oxuyan əl çəkməz heç vaxt. Türkiyədə olduğum zaman gənclərin çoxu onu tanımırdı. Bu məni təəccübləndirdi. Ama həqiqətən belə insanlar həyata çox az-az gəlir. Mən təlim keçdiyim zaman ondan öyrəndiyim bilikləri  müəllifin adını  qeyd edərək istifadə edirəm.  Məndən dostlarım soruşandakı hansı məsləhətli kitab deyə bilərsən oxumağa ?- təbii ki, Şerif İzgörənin bütün kitabları deyirəm.  Onun ilk kitabını oxuduqdan sonra həyəcanlı olaraq bir neçə kitabını Türkiyədən sifariş elədim. Daha sonra özüm Türkiyə də olan zaman kitablarını aldım. Hər kitabı bir məktəbdir. İnsanda yaşama eşqini artırır. Bizim millətin bu motivasiyaya böyük ehtiyacı var.

Kitablarında çoxlu real həyatda baş vermiş hadisələrədn nümunələr  gətirir deyə , həm yadda qalır həm də insanı düşünməyə vadar edir. Mən burada heç bir nümunədən misal çəkməyəcəm. Çunki o zaman çooox uzun bir yazı olar. Məsləhət edirəm özünüz oxuyun. (Hər şeyi məndən gözləməyin)))

Ahmet Şerif İzgörən heç bir motivasya kitabı oxumayıb. Özü içindən gəldiyi kimi yazır. Onun bu səmimiliyi oxuyucalırının böyük  marağına səbəb olur. Bəzi motivasya kitablarında yazılır ki, “Uğurun 7 qanunu”, ”Həyatda məqsədinə çatmaq üçün 10 əsas addım” və s bu tipli pafoslu başlıqları olan kitablardan uzaq durun. Çünki boş şeylərdir. Hər insan fərddir və düşüncəsi fərqlidir.  Deməli eyni məsələyə bir neçə insan fərqli yanaşır. Sadəcə özünüz kimi olun, gerisi gələcəkdir.

Ahmet Şerif İzgörənin kitablarını oxuduqdan sonra qərar gəldim ki, ona e-mail yazım. Və uzun bir email yazdım. Sağ olsun ki, mənə cavab yazdı. Həqiqətən bu məni çoox sevindirdi. Dostlarım deyir bəlkə özü deyil. Əşi əsas odur ki, e-mail ünvanıma cavab yazıldı və mən hiss edirəm ki, özü e-maili cavablandırır. Axı o, çox səmimi insandır.

Ahmet Şerif İzgörəndən oxuduğum kitabların siyahısını sizə təqdim edirəm:

  1. “Avucumuzdakı Kələbək”
  2. “Dikkat Vücudunuz Konuşuyor”
  3. “Şu Hortumlu Dünyada Fil Yalnız Bir Hayvandır”
  4. “ Supermen və Uğur Böcəyi”
  5. “Supermen Türk Olsa Pelerini Annesi Bağlardı”
  6. “MOKS”
  7. “Geleceyin Organizasyonunu yaratmak”
  8. “Hıdır Kişisən Gelişiyor”
  9. “40-ınında Kulpu Kırık 40 Türk”
  10. “Eyvah İş Görüşməsi”

4 kitabınıda sifariş eləmişəm bu yaxınlarda gəlib çatacaqdır. Dostlar həqiqətən vaxtınız olanda bu kitablardan birini oxuyun. O zaman nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Ahmet Şerif İzgörən haqqında ilk dəfə bu yazıdan sonra məlumatı olan insanlara bu videonun izləməyi məsləhət bilirəm (https://www.youtube.com/watch?v=wYU9BfwHTbM) İnanıram ki, izlədikdən sonra  kitablarını sifariş etmək istəyəcəksiniz.  Əziz dostlarım hamınıza iş və şəxsi həyatında bol-bol uğurlar arzu edirəm.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s