“Düzgün Xeyriyyəçilik”


Universitetdə təsil aldığım vaxtlardan indiyə qədər  təşkilatçı fəal tələbələr, müəllimlər, iş yerlərində pul toplayıb xeyriyyə işləri görmək istəyən insanlar görmüşəm və tanımışam. Həmin insanların çoxu reklam xatirinə nə isə edib. Ancaq insafla danışsam deyə bilərəm ki, həqiqətən kömək etmək istəyən insanların sayı azda olsa olublar. Ancaq mən bu gün yazdığım mövzuda məqsədim insanlara reklam xatirinə iş görürsən və s. demək deyil. Mənimçün əsas uşaqlara, ehtiyacı olan insanlara xeyirli olsun. Sadəcə bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan ərazisində yerləşən bütün internat və uşaq evlərinə dövlət tərəfdən əla maliyyə vəsaiti ayrılıb. Yəni ki, həm infrastruktur baxımından həm, qidalanma, geyim və s baxımından. Sual versəniz ki, bəs həqiqətən o pullar uşaqlara çatırmı? yaxud da nə dərəcə çatır bax onu dəqiq deyə bilmərəm.

Xeyriyyə işi görmək istəyirsiniz? Ancaq bilmirsiniz hara necə müraciət edəsiniz ? Mütləq əlaqə saxlayın sizə bu  mövzuda yardım eliyə bilərəm. Universitetdə, işdə, dostlar ilə aranızda öz cibinizə, ətrafınıza uyğun maliyyə toplamısınız və həqiqətən bu yardımı ehtiyacı olan qurumlara, şəxslərə çatdırmağı istəyirsiniz. O zaman mütləq mənə yazın. UAFA təşkilatı real olaraq 2 internat evi iə əməkdaşlıq edir, orada UAFA mütəxəssisləri üçün lazımi şərait yaradıblar. Bunlardan  biri Saray qəsəbəsində yerləşən 7 saylı internat evi, digəri isə Şağan qəsəbəsində yerləşən 3 saylı internat evidir. Burada UAFA mütəxəssisləri həm əlilliyi olan həm də tipik uşaqlar ilə məşğul olurlar. Nə isə sözümün canı odur ki, sizin üçün ehtiyac siyahısı hazırlayacağıq. Siz özünüz siyahıda olanları alıb oraya səfər edə bilərsiniz. Bizim isə orada olmağımıza ehtiyac yoxdur. Əsas uşaqlar bəhrələnsin. Biri var ki, plansız şəkildə  ürəyiniz nəyi istəyir pul xərcləyib alırsınız ancaq çox az işə yarayır. Çünki siz uşaqların, mərkəzin nəyə ehtiyacı olduğunu bilmirsiniz. Biridə var ki, biz sizə siyahı verəcəyik və sizdə daha yararlı və savab iş görmüş olacaqsınız.

Bir az əvvəl yuxarıda qeyd etdiyim kimi  dövlət tərəfindən internat və uşaq evlərinə gözəl dəstək olduğu üçün oradakı vəziyəti qənaətbəxş hesab edirəm. Ona görə də mən sizə başqa bir təklif edəcəyəm. Bizdə ehtiyacı olan insanların siyahısı var. Hansı ki, həqiqətən sizin üçün kiçik olan bağışlar onlar üçün böyük hədiyədir. Əgər ehtiyacı olan insanlara kömək etsəniz daha çox  yararlı bir iş etmiş olarsınız. Bəzi ehtiyacları burada sizinlə paylaşıram : Onurğa  sütununu düz saxlaması üçün karset, hər iki valideyni əlil olan ailə üçün paltaryuyan maşın, Bir çox ailələrin evinin təmiri və işlə təmin etmək, Rayondan həkimə gəlmək üçün yol pulu, dərman almağa imkani olmayan ailələr üçün dərman pulu və s və ilaxır. Mən sadəcə bəzi problemləri qeyd elədim. Əgər kiminsə ciddi kömək eləmək niyyəti olarsa,  o   zaman siyahını verə bilərəm özü bir başa ailə ilə əlaqə saxlaya bilər.

Sosial işdə xüsusi məqam var ki, ailələrə dəstək olmaq üçün maddiyat bir o qədər önəmli deyildir. Əsas diqqət onların özlərini maarifləndirmək və işlə təmin etməkdir. Əlbətə mən Amerikada, İsveçdə yaşasam bu fikirlə razılaşardım. Azərbaycanda sosial iş inkişaf eləsə də iş yerləri yoxdur. Profesional sosial işçilər bu sahədən başqa sahəyə yönəlirlər. Onları başa düşürəm. Ancaq Azərbaycanın indiki vəziyyəti üçün düşünürəm ki, az da olsa maliyyə dəstəyi göstərmək lazımdır. Çünki Sosial iş yeni sənət olduğu üçün az adam bu haqda məlumatlıdır. Ancaq bunu elə formada eləmək lazımdır ki, ailədə asılılıq yaranmasın. Bunun üçündə Sosial İşçilər lazımdır. Çünki onlar hansı ailəyə nəyin lazım olduğunu daha yaxşı bilirlər. Onu qeyd edim ki, ailəyə ən kiçik bir avadanlıq veriləndə belə müqavilə hazırlanır və hər şey hüquqi qaydada həyata  keçirilir.

Yeni il, Novruz bayramı, Əlillər günü, Qurban bayramı və s bu tipli günlərdə hamı çalışır ki, kiməsə yardım eləsin. Xaiş edirəm çalışın həqiqətən ehtiyacı olan insanlara kömək   edin. Çünki bəzən bizim üçün adı görünən şeylər başqa ailələr, insanlar üçün böyük ehtiyacıdır. Məsələn: Evimizdə olan köhnə televizor, kompyüter, kitablar, paltaryuyan maşın, yataq dəsti, yorğan-döşək, pal-paltar və s. düşünürsünz ki, sizə lazım deyil və atırsınız bir kənara. Qəti belə eləməyin. Çünki həqiqətən onlara çox adamın ehtiyacı var. Belə bir deyim var bunu həmişə yadda saxlayaq “Sən elədiyin yaxşlığı unut ancaq sənə olunan yaxşılıqları unutma” . Dostlar ümid edirəm ki, fikrimi sizə izah eliyə bildim. Sizin hər birinizə iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. (Əlavə sualı olanlar mütləq e-mail adresimə yaza bilərlər.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s