Disleksiya nədir?


Disleksiya nədir? Disleksiyalı uşaqlar ilə necə davranmalı? 

10404861_824162567647137_1074938729001985658_n

Disleksiya sözü ilə ilk dəfə Azərbaycan Universitetində Aygün Musayevin dərsində tanış oldum. Heç eşitmədiyim termin olduğu üçün diqqətimi çəkdi. Bu dəfə ki, yazımın məqsədi sırf ətrafımda olan disleksiya haqqında məlumatı olmayan və yaxud az məlumatı olan insanlara bəzi bildiyim, öyrəndiyim bilikləri paylaşmaqdır. Disleksiya haqqında bütün bildiklərimi geniş şəkildə izah edə-edə sizlər ilə paylaşacam.

Motivasya təlimi keçən zaman insanlarda özünə inam hissini artırmaq, məqsədlərindən heç vaxt əl çəkməməyi söylədiyimdə çox vaxt  Albert Einstein, Steve Jobs və s başqalarını misal gətirirdim. Çünki bu insanlar dislektik olmalarına baxmayaraq həqiqətən böyük uğur əldə ediblər. Dislektik məhşurlar haqqında bu yazımda ayrıca yer ayıracam. Diqqətlə izləyin.

Bu yaxınlarda çox sevdiyim, hörmət etdiyim Fuad Dərgahlı mənə dedi ki, Türkiyədə “Disleksiya haqqında təlim”  olacaq getmək istəmirsən? İnanın o qədər sevindim. Çünki çoox az məlumatım var idi. Fuad müəllimə çox sağ ol deyib, lazımı sənədləri hazırlayıb getdim təlimə. Fuad müəllimə xüsusi minnətdarlığımı bildirirəm.

Türkiyədə bu təlimi  Elif Ertürk bizə keçdi. Elif xanıma və bütün komandasına təşəkkürümü bildirirəm. İnanın çox maraqlı, interaktiv təlim oldu. Təlimi daha məlumatlı, maraqlı və intensiv edən isə dəvət olunan ölkələrdən birinin yəni Yunanıstan təmsilçilərinin 5 nəfərinin disleksiyalı olmağı idi.Disleksiya 1

Disleksiya yunan sözüdür və mənası ” sözlərlə çətinlik çəkmək” deməkdir. Disleksiya haqqında bir neçə tərif  mövcuddur. Daha çox öyrənmə, qavrama, eşitmə, görmə, sözləri düzgün anlamamaq və s əziyyət çəkirlər. Uşaq anadan olan zaman bunu müşahidə etmək çox çətindir. Ona görə ki, valideynlərin disleksiya haqqında məlumatı yoxdur. Həmdə xüsusi indikator yoxdur ki, onu müəyyən eləsin. Disleksiyalı insanları başa düşmək üçün empatiya qurmaq lazımdır. Yəni özümüzü onların yerinə qoymalıyıq. Məsələn düşünün ki, kitab oxumalısınız ancaq bütün hərflər bir-birinə qarışır. Yaxud da sizə söz deyirlər bütün hər şeyi  beyninizdə qarışdırırsınız və s. (Şəkillərə diqqət edin) 

Disleksiyalı insanların bəzi problemləri olduğunu bilirik. Ancaq bu o demək deyil ki,  onlarda zəka problemi var. Bəzi insanlar var ki, onlarda disleksiya olmasına baxmayaraq böyük uğurlar əldə ediblər. Dahi alim Albert Einstein, intibah dövrünün məhşur memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Camie Oliver disleksiyadan əziyyət çəkən məşhurlar sırasındadır. Təbii ki, bu insanlara uğur qazanmaq elə də asan olmayıb. Buna baxmayaraq istədiklərinə nail olublar. Sadəcə uşağınızda belə bir hal olarsa, onlara “bacarıqsız” kimi baxmayın. Deyəcəyiniz fikri bir neçə vasitə, yol ilə izah eləməyə çalışın.

Türkiyə də təlimdə olan zaman biz Disleksiya Mərkəzinə səfər etdik. Burada uşaqlara qavrama, eşitmə, nitqin iDyslexia-Smallkişaf etdirilməsi və s dəstək olurlar. Azərbaycan da mən bildiyim qədər ayrıca Disleksiya Mərkəzi yoxdur. Əgər varsa bilirsinizsə çox xahiş edirəm əlaqə nömrələrini elə burada paylaşın. Bildiyim qədəri ilə disleksiya diaqnozlu uşaqlar ilə müxtəlif “Uşaq İnkişafı Mərkəzlərin” də məşğul olurlar. Ümid edək ki, gələcəkdə daha da çox mərkəzlər açılacaq
. Təkcə Bakıda deyil,  Azərbaycanın bütün rayonlarında, şəhərlərində xidmətlər əlçatan olar.

Ancaq mən sizə təklif edirəm ki, əgər disleksiya haqqında daha dərin biliklər öyrənmək istəyirsinizsə  mütləq disleksiya haqqında olan bu filmi izləyin ( https://www.youtube.com/watch?v=rhqQUM6WYeM&index=3&list=PLyXHqtFS1CVby1JruqcyYO7o-eViZp8f7 ). Film haqqında qısa izahat verim. Film disleksiyalı bir oğlanın ailəsi, müəllimləri tərəfindən necə mənəvi və fiziki zorakılığa qalmasından, onun qarşılaşdıqları çətinliklərdən, daha sonra çox sevimli müəlliminin dəstəyi ilə potensialının üzə çıxmasından bəhs edir. Mən sizə çox qısa danışdım. Hind kinosu deyib keçməyin. Mütləq vaxtınız olanda izləyin.

Əslində əlimdə kifayət qədər material və məlumatlar var. Ancaq burada bütün fikirlərimi ümumiləşdirib sizlər ilə bölüşdüm. Ümid varam azda olsa nə isə töhfə verə bildim. Sizdə əgər azda olsa təzə məlumat əldə etdinizsə mütləq paylaşın dostlarımız ən azı ilkin təməl məlumatları bilsin. Hamıya hər bloqumda dediyim kimi iş və şəxsi həyatında uğurlar arzu edirəm.

Advertisements

7 thoughts on “Disleksiya nədir?

  1. Evvela,bu movzuya toxundugun ucun tesekkurler cunki coxunun disleksiya ile bagli anlayisi yoxdur, zennimce…Men yazini oxuya-oxuya fikrimde tuturdum ki,daha etrafli melumat ucun şerhde”Her cocuk ozeldir” filmini meslehet gorum amma senin artiq bildirdiyini gordum.Heqiqeten de hind filmi deyib kecmeyin,cox tesirli ve faydali filmdir.Men disleksiya anlayisi ile mehz bu filmde tanis oldum,her kese meslehet edirem,baxin.

  2. Cox tewekkur paylawdigin bu movzuya gore Allah razi olsun…heqiqeten bu barede muellim oldugum ucun cox duwunurdum ama bu durumun adinin disleksiya oldugunu bilmirdim.cox memnun oldum bu barede anlayiw aldim ve muellim mektebde bu cur uwaqlarla cox rastlawiram her defede duwunurdumki,nece ede bileremki,bu uwaqlarda digerleri kimi aktiv olsun..bildiklerini tez cvblandira bilsinler.artiq bu barede anlayiwim var ve buna gore sene minnetdaram

    • Fikrini bildirdiyin üçün çox sağ ol Aygün Çox insanlar xəbərsizdir həqiqətən. Ona görə maximum dərəcə də paylaşmaq lazımdır. Ən azı ilkin biliklərə yiyələnsinlər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s