“Bəzi Maraqsız QHT tədbirləri haqqında fikirlərim”


Salam əziz dostlarım. Bu gün sizlər ilə  uzun zamandır ağlımda olan, ancaq bu gün yazıya aldığım bir məsələ hətta hadisə haqqında fikirlərimi bölüşmək istəyirəm. Onuda qeyd edimki, yalnızda Qeyri Hökümət Təşkilatlarının təşkil elədikləri tədbirlərdən bəhs edəcəyəm. Qeyri Hökümət Təşkilatında (QHT) çalışdığım üçün tez-tez həm dövlət, həmdə özəl təşkilatların bir birindən dəb-dəbəli yerlərdə keçirtdikləri konfrans, seminar, hesabat xarakterli tədbirlərində iştirak edirəm. Bu yazı bəlkədə bəzilərinə xoş olmayacaq amma fikirlərimi qeyd edəcəm. İndiyə kimi çox az tədbir olub ki,  zövq alaraq axıra kimi oturmuşam. Axıra kimi oturmamağımın səbəbi isə aşağıdakılardır :

1. Tədbir sadəcə donor təşkilata göndərilməli olan hesabatda “Biz bunu elədik” tipli olduğundan. Belə tip tədbirlərdə insanların işlərini yola vermək xatirinə gördükləri otağa girən kimi hiss olunur. Adam kostyumunu geyinib yanındakı insanlar ilə qonaqları gözləyir. Tədbir başlayır çox təəssüf ki, danışıq nitqini ümumiyyətlə hazırlamayıb. Danışarkən dedikləri “ıııı”, “iiii” “şey, zad” ifadələrini eşitməkdən insanın ruhu sıxılır. O qədər qonaq dəvət edirlər, bahalı məkanlarda tədbir təşkil edirlər ancaq tədbirin açılış nitqi və davamı insanı darıxdırır. Uzun uzun əzbərlədikləri layihənin adını və bəzi fəaliyyət sahələrinə uyğun terminləri elə tələffüz edirlər ki, kənardan baxan, bu işlərdən çoxda başı çıxmayan insan deyər ki, “Vallah çox savadlı insandır”. Bundan çox şey yazmaq olar. Məncə hələlik kifayətdir.

2. Tədbir gözəl idarə olunur. Açılış nitqi çox yaxşıdır. İnsanlar həqiqətən iş görüblər. Ancaq digər səlahiyyətli bəzi dövlət qurumlarının və bəzi  QHT rəhbərlərinə, işçilərinə söz verilir. Deməli inanın ki, tədbiri təşkil edənin zəhmətini, tədbirin məqsəd və məramını nəinki qiymətləndirmilər, hətda heç etika xatirinə belə çox saq olun gözəl tədbirə, çıxışa görə sözlərini deməyi unudurlar yaxud da demək istəmirlər. Bilirsiniz niyə? – Hamısı özündən, öz təşkilatından, öz fəaliyyətindən danışmağı tədbirə gəlməmişdən qabaq planlaşdırıblar. Ola bilər ki, iş görürsünüz,(İnanan daşa dönsun)) ola bilər ki, əziyyət çəkirsiniz ancaq bura onun yeri deyil axı. Məsələn “Əlilliyi olan şəxslərin, problemlərindən bəhs edən tədbirdə”, bəziləri durub, işlədikləri icmaları, yaxud öz təşkilatlarının yaranmasından, çətinliklərindən, faydalananlarından, dövlət ilə qurduqları əlaqədən və s. və ilaxır danışırlar. Əgər onlara 2 dəqiqəlik vaxt ayırırlarsa, insanlar “Fürsətdən istifadə edib” ən azı 15-20 dəqiqə danışırlar. Beləcə gözəl, maraqlı tədbir unudulur. Nə deyirsiniz deyin mənə ancaq tədbirin finalı yaxşı olmalıdır. Çünki yadda qalan hissəsi məhz girişi və  finalıdır.

Sizcə bu bizə lazımdır?. Əgər belə çox öz təşkilatından danışmaq istəyirsənsə səndə tədbir təşkil elə gələk bəy tərifinə. Sizi bilmirəm mən bir insan öz təşkilatından yeri gəldi gəlmədi tez-tez danışmağından, şişirtmələr eləməsindən xoşum gəlmir. Əgər sən iş görürsənsə, əla uğurların varsa inanın ki, azda olsa lazımı insanlar bu sahədə işləyən ədalətli insanlar sizə qiymət verəcəklər. Əlbəttə ki, özlərini reklam eləməkləri çox normal bir hadisədir. Ancaq məncə hər şey qədərində yaxşıdır. Bu mənim fikrimdir.

Mənim üçün gülünc olan bir məqamıda xüsusi vurğulamaq istəyirəm. Bilmirəm bunun adını nə qoyum. Mən deyim “Ulduz xəstəliyi”, siz deyin “Stereotip”. Bəzi QHT tədbirlərin də, samballı qonaqlar düz başda oturmalıdır. Kim çıxış edəcəksə ən başda oturur. Digər insanlarda onun yanında oturmalıdır. Beləcə onlar arasında ki münasibətin nə yerdə olduğunu biləcəyik. Beləki, tədbiri aparanını düz yanında oturan insan ona yaxındır. Deməli növbəti çıxış onundur. Onun o biri tərəfində oturanda tədbiri təşkil eliyənlərdən biridir. Yavaş-yavaş ardıcıllıq davam edir. Kim lap uzaqdadırsa deməli hələ o qədərdə yaxın deyillər. Ən sonuncu nitq inciməsin deyə ona veriləcək ))(Hamıya Aid deyil) . Yenə deyirəm bunlar mənim fikrimdi.

Əziz dostlarım məqsədim kimisə tənqid etmək deyil. Mən sadəcə dostlarım ilə öz fikirlərimi bölüşdüm. Onsuz bu bloqu bizdən başqa heç kim oxumayacaq elə deyilmi? Əgər tədbir təşkil eləmək istəyirsinizsə mütləq təşkilatda işləyən hamının fikrini diqqətə alın. “Danışmaq qızıldırsa, susmaq gümüşdür” yaxud “Danışa bilirsən danış ilham alsınlar, danışa bilmirsənsə sus insan sansınlar..” “İnsanlara söz verərkən mütləq yalnız bu tədbirə aid olan fikirlərini (əgər varsa) söyləməyini xahiş edin. Hər bir çıxış etmək istəyən insana 2-3 dəqiqə verin. Bəlkə belə, bu tip qaydalar ilə uğur qazana bilərik bu sahədə. Xarici səfərlərdə olduğum müddətdə də, müxtəlif tədbirlər, konfranslarda oldum hec bir yerdə hələki konkret bir mövzuya həsr olunmuş tədbirdə heç kim durub təşkilatının uğurundan danışmır. Təbii ki, əlaqələndirmək olar ki, bizdə bu işləri görürük filan, filan, filan problemlər ilə rastlaşırıq bu qədər .

İnanıram ki, sizlərdə bu tip problemlər ilə rastlaşmısınız. Öz tədbirlərimizdə belə şeylərə yol verməyək. Hamınıza həmişə sonda qeyd etdiyim kimi iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. Bu iki şey bizim üçün çox önəmlidir. Uğurlar dostlar!!!!!

Advertisements

2 thoughts on ““Bəzi Maraqsız QHT tədbirləri haqqında fikirlərim”

  1. Senede uqurlar Elmir.eslinde tenqid lazimdir.insan oz yazisindan ozude netice cixara bilir.yani insan tutduqu yolda qazandiqi uqurlar,hansisa bir vaxtda riyaya yaxinlawdirib hedefden yayindirarsa,ozu ozunu xatirlayacaq.elbetde yazdiqi meqalenide xatirlayacaq.eger dost deyib muraciet edirikse qinamaliyiqda.ictimai qinaq CEMIYYET FORMALAWDIRAR,ELBETDEKI DANIWDIQLARIMIZA EMEL.QINADIQLARIMIZIN
    ETDEIKLERIN TEKRARLAMASAQ

    • Razıyam Rüfət. Ümid edək ki , gələcəkdə ən azı belə hallar azalacaq. Əslində hamı öz işini yaxşı görsə pis heçnə olmaz. Münasibət bildirdiyin və dəyərli fikirlərin üçün çox sağ ol.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s