Bütün insanlar əslində fərqlidir. Biz də birinci insan, sonra isə fərqliyik. (Zaur Hacılı)


Dekabrın 3 bu gün beynəlxalq əlillər günüdür. Mən ümumiyyətlə bu tip günləri çox xoşlamıram. Çünki  əlilliyi olan insanlar ancaq dekabr 3 də xatırlanmamalıdır. Həmişə diqqət mərkəzində olmalıdır. Bu gün bütün KİV, TV, radio, websaytlar, əlilliyi olan insanlardan onların problemlərindən danışacaq. Bu gün əlilliyi olan insanların bütün probləmlərini “həll edəcəklər”. Maraqlı bir sual vermək istəyirəm.Featured image Bəs sabah necə olacaq? – Özüm cavab verirəm sualıma, Sabah gündəm başqa mövzulara dəyişəcək.

Bu gün əllilər günüdür deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiəyə daha çox ehtiyac duyan əlillərə və sağlamlıq imkanı məhdud olan 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb. Həqiqətən ƏƏSMN əlilliyi olan insanlara dəstək olur, qayğısına qalır. Ancaq həmin məbləği daha əvvəldə vermək olardı. Bu gün bütün sosial təşkilatlar, ƏƏSMN, aidiyyatı olan qurumlar bu günə qədər gördüyü işlərədən təqdimat hazırlayıb, hesabat versəydillər onda deyərdim bu günün mənası var. Ən azı ildə bir dəfə bu hesabata əlilliyi olan insanlarda öz təkliflərini, iradlarını, töhfələrini açıq içtimaiyyət qarşısında verə bilərdilər. Bu gün bəzi TV proqramlarında elə adamlar  əlilliyi olan insanların rifahından danışırlar ki, vallah bilmirəm belə maarifsiz insanları hardan necə tapırlar. Əllilik terminologiyası deyilən bir şey var. Əlilliyi olan insana qarşı yanaşmanı dəyişmək istəyirsənsə ilk öncə özünü dəyişib ona düzgün müraciət etməyi öyrənməlisən. Çox xahiş edirəm buna diqqət edin. Bununla bağlı bloq səhifəmdə “Sosial” kateqoriyasında “Əllilk Terminologiyası” adlı bloq yazım var.

Bu gün bütün təşkilatlar bayram tədbiri keçirdir. Axşam hər kəs xəbərləri gözləyəcək ki, öz təşkilatlarının adını eşitsin. Fikir verin əlliyi olan şəxslərin problemlərinə aid heç nə eşitməyəckəsiniz. Ancaq boş-boş vədlər olacaqdır. Mənim özümdə sosial təşkilatda çalışıram. Həqiqətən bu yazını yazmaqda məqsədim onlar kimi reklam olunmaq  və s deyil.  Mənim əlilliyi olan kifayət qədər yaxın dostlarım var.  Biz sosial əhatimiz ilə tez tez görüşür, müzakirələr aparır, əylənirik. Görüşmək üçün dekabrın 3-ü gözləmirik. Mənim üçün onlar qeyri-adi insan deyillər. Sadəcə biz necə onlarda elədirlər. Əlilliyi olan dostum Zaur Hacılının sözü yadımdan çıxmır: Bütün insanlar əslində fərqlidir. Bizdə birinci insan, sonra isə fərqliyik. Bu gün bütün içtimaiyyət mənim dostlarımı təbrik edəcək buna əminəm. Amma mənim üçün önəmli olan əlilliyi olan insanlara həmişə diqqət, qayğı göstərməyin vacibliyidir.

Yadıma düşmüşkən sizinlə maraqlı bir hadisəni bölüşmək istəyirəm.  Hamımızın gözəl tanıdığı vəzifəli bir şəxs (ismi lazım deyil) Əlilliyi olan insanlar ilə görüşüb problemini həll edəcəkdi. Bu şəxs əlilliyi olan insanlara  qulaq asır, problemlərini dinləyirdi. Ancaq imkan tapan kimi köməkçisinə işarə edirdi ki, get o biri tərəfdən, sonra bu biri tərəfdən, daha sonra isə stolun üzrərinə çıx oradan bizim şəklimizi çək. Nə əcəbsə demədi ki, gəlin”selfie eliyək” . Bax mənim əslində demək istədiyim budur . Bu gün adətən reklam xarakterli gün olur . Hamı şəkillər çəkəcək, videçarxlar hazırlayacaqlar bunula da hər şey bitəcək. Bununla da hamı öz üzərinə götürdüyü “məsuliyyəti” yerinə yetirib gecə  “vicdanı” rahat başlarını yastığa qoya biləcəklər.

Dostlarım bəlkə bu səfər ki, yazımda bir az sərt və tənqidi məsələyə yanaşdım. Ancaq həqiqətən heç kimin qəlbinə dəymək istəmirəm. Ancaq bir reallıqda var. 5-6 il bundan əvvəl əlilliyi olan insanlar cəmiyyət arasına az-az  çıxırdı yaxud da çıxa bilmirdilər. İndi həmin əlilliyi olan insanlar cəmiyyət arasında tez- tez görsənir, sosial şəbəkələrdə fəaldırlar və s.

Bütün əlilliyi olan dostlarıma  bol-bol uğur arzulayıram. İnanıram ki, yaxın zamanda hər kəs əlilliyi olan insanlara olan münasibətini dəyişəcək, cəmiyyət olaraq biz özümüz hər bir  şəraiti yaradacağıq.  Axı bizim konstitusiyamız hamıya şamil olunub. İnanıram ki, əlilliyi olan insanlar avtobusdan rahat istifadə edəcək, İnanıram ki, metroda əlilliyi olan insanlar üçün şərait yaradılacaq, İnanıram ki, əlilliyi olan insanların müavinat və pensiyaları ilə xarici səfərlərə belə çıxa biləcəklər. Təbii ki, bu dediklərim yaxın gələcək də həyata keçməsi real deyil. Amma mən inanıram, xaiş edirəm sizdə inanın. Bu yolda nə lazımdırsa biz bir yerdə eləməliyik. necəki bu işə başlamışıq. Allah axırımızı xeyirli eləsin. Hamıya uğurlar arzu edirəm.

Advertisements

4 thoughts on “Bütün insanlar əslində fərqlidir. Biz də birinci insan, sonra isə fərqliyik. (Zaur Hacılı)

  1. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Bilmək olmaz sabah başımıza nələr gələcək və bizi nə gözləyəcək. Bu cür insanlara əlil yox, fiziki qüsurlu şəxslər demək daha doğrudur. Qüsursuz deyilik onsuz da, hamıda bir qüsur var. Amma gərək heç olmasa insanlığımız qüsursuz olsun. Ətrafdakılara yanaşma tərzimiz laqeydlikdən bəhrələnməsin…

  2. Təşəkkür rəy üçün. Ancaq bir məqam var qüsurlu sözündən qətiyən istifadə eləmək olmaz. Biz onu qanunvericilik və insanların dilində dəyişmək üçün maarifləndirmə işləri aparırıq. Qüsurlu, əlil yox, “Əlilliyi olan insan” desək daha məqsədə uyğun olar 🙂
    Mənim bununla bağlı “Əlillik terminologiyası” adlı blog yazım var. İstəsəniz sosial kateqoriyasından baxa bilərsiniz 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s