ƏSAS İSTƏKDİR. GERİSİNİ HƏLL ETMƏK ASANDIR


Nə üçün təlimçi olmaq qərarına gəldim

 Ətrafımda  olan dostlarımın, tanışlarımın demək olar ki, hamısının özünə məxsus xüsusiyyətləri, maraqları və hobbiləri var. Onlardan bəziləri balıq tutmaqdan sonra tutduğu balığı yenidən dənizə atmaqdan zövq alır)), biri var boş vaxtlarında ancaq maraqlı hadisələr danışır və s və ilaxır. Təbii ki, insanların işindən kənar olduğu müddətdə əlavə  hobbiləri olması və hətta  bu hobbilərindən  pul qazanmağı çox gözəldir.

Mənim üçün təlim keçmək sözün əsl mənasında zövqverici bir hissdir. İlk öncə düşünürdüm ki, alınmaz. Ancaq auditoriya qarşısına çıxandan sonra özümü çox rahat hiss edirəm. İnsanların gözlərinə baxanda az da olsa məmnunluq hissini və diqqətlə qulaq asdıqlarını görəndə həqiqətən bu işdən zövq alıram. Təlim keçməyə əvvəllər hobbi kimi baxırdım, ancaq indi çox professional və ciddi  yanaşıram. Başıma gələn maraqlı bir hadisəni sizinlə bölüşmək istəyirəm.

Mingəçevirdə Sosial işdən təlim keçməyə gedərkən kiçik anlaşımazlıq oldu. Düşünürdüm ki, təlim sabah yox birisigün olacaq. Ancaq nə isə oldusa dedilər ki, təlim səhər saat 09:00-da başlamalıdı. Mənim isə təlimə hazırlaşmaq üçün cəmi 7-8 saatım qalırdı. Nə isə, bir təhər gecəni yatmadan getdik və nəhayət  səhər saatlarında artıq orada idik. Təsəvvür edin ki, gecə yatmadım, ac, susuz ))) birbaşa daxil oldum auditoriyaya. Çox sevimli, ağıllı, və müxtəlif yaş kateqoriylarından olan (minimum 25, maksimum 55 yaş) insanlar məni gözləyirdi.  Auditoriya düşünürdü ki, təlimçi ortayaşlı biri olar. Mənim kimi 23 yaşında gənc görəndə bir qədər təəcübləndilər. Təbii ki, sonra mənimlə fikir mübadiləsi aparmaq onlar üçün maraqlı oldu.

Həqiqətən mən də çox həyəcanlı idim. Həm yorğunluq, həm də bilmədiyin auditoriyaya təlim keçmək asan iş deyil. Auditoriyanin qarşısına çıxanda elə bil bütün yorğunluğum keçdi və əsəblərim sakitləşdi. Sözə başladım və həqiqətən təlimi  uğurla başa vura bildim.  Həmin gündən sonra bir daha anladım ki, təlim keçmək  mənim üçün çox dəyərli bir hissdir. Özümü sırf bu sahəyə hazırlayıram. Bunun üçün də əlimdən gələni edirəm. Sual versəniz ki, “nə edirsən?”. Cavabımı aşağıdakı abzası diqqətlə oxuyanda görə bilərsiniz.

1) Təlim keçəçəyim haqqında sifarişi alan kimi  başlayıram uyğun təlim materiallarını oxumağa. Köhnə materiallara göz gəzdirib, yeni məlumatları əlavə edirəm.

2) Təlim mövzusuna uyğun videoçarx hazırlayıram. 

3) Youtube.com-da müxtəlif mövzularda verilən təlimlərə baxıram 

4) Hazırladığım materialları iş yoldaşlarım və  bu sahədə biliyi olan insanlara təqdim edirəm ki, “alıcı” gözüynən nəzər yetirsinlər. Çünki onların fikirləri mənim üçün çox önəmlidir.

Ümumiyyətlə, həyatda  uşaqlıqdan bəri özümü motivasiya etmişəm. Həm də, motivasiyanın nə olduğunu bilməyə bilməyə. Ona görə də motivasiya ilə bağlı məlumatları həmişə toplamışam. Və həqiqətən də köməyimə çatıb. Motivasiya  haqqında təlim materialı hazırlamışdım. Ancaq heç kimə  göstərmirdim. Düşünürdüm ki, hələ tam hazır deyil (Ancaq sırf 2 saatlıq motivasya və bədən dili  təlimi üçün 5 kitab oxumuşam.) Elə şərait yarandı ki, təlim  üçün sifariş aldım. Təlim gözlədiyimdən də maraqlı oldu. (İndi deyirsiniz ki, bu özünü tərfləyir; xeyr, təlimdə iştirak edənlərdən soruşsanız məncə kifayət edər).

Keçdiyim təlim mövzuları:

  1. Sosial iş nədir?– Bu təlimi  5-6 gün keçiriəm -Auditoriyaya uyğun. Elə auditoriya var ki, sırf maariflənmək üçün istəyir. Yəni ümumi məlumat üçün belə olan təqdirdə 1-2 gün bəs edir.
  2. Motivasya təlimi– 3-4 saat bəs edir. Ancaq bir daha xüsusi ilə vurğulayım ki, auditoriyadan asılıdır.

   3.Bədən dili təlimi – 1,5-2 saat.

  4 İcma və Liderlik – 6-7 saat, bu təlimi adətən motivasiya ilə bir yerdə sifariş edirlər. Ancaq ilkin məlumat, sadəcə            maarifləndirmək üçün sifariş olunanda 1-2 saat da bəs edir.

  1. İnsan Alverinə qarşı mübarizə üzrə təlim –2-3 saat (auditoriyaya uyğun olarsa  2-3 gün).

Sual ola bilər ki, necə olur eyni təlimi  2 saatda olur, 5-6 gündə. Təbii ki, gözəl sualdır. Qısa bir misal gətirəcəyəm. Bu yaxınlarda Cəlilabad rayonunda Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) xidmət sektorunun işçilərinə sosial işlə bağlı təlim keçmək lazım idi.  Bildiyiniz kimi həmin sektorun işçiləri ahıllar ilə işləyirlər. Onlara sırf ilkin məlumat və bəzi sosial iş avadanlıqlarından istifadə lazim idi. Mən də təlimi sırf onların ehtiyaclarına uyğun şəkildə 3 saatlıq elədim. Və bu 3 saat  ərzində benefisiarla necə işləmək, çətin vəziyyətə düşərkən nə etməli  və s. haqqında danışdım. Sonda  hamının üzü yaxşı mənada gülürdü. Çalışırdım bacardıqca sadə dil ilə anlaşıqlı şəkildə keçim.

Ancaq sırf sosial işçi kimi fəaliyyət göstərəcək şəxslərə isə  5-6 günlük təlim planı hazırlayıram. Vaxt aşırı isə  bəzi mövzuları təkrar edirik. Təbii ki, bu işçilər peşəkar sosial işçilər olmurlar. Həmin işçilər təlimləndirildikən sonra  yarıpeşəkar sosial işçi statsuna malik olurlar.  Xüsusi ilə vurğulamaq istəyirəm ki, yalnız  Bakalavr və Magistr təhsili olanlar sosial işçi statusuna malik olurlar.

Bu bloqu yazmaqda məqsədim həqiqətən içimdəki olan  hissləri bölüşmək idi. Və bir də yadımda ikən sizin üçün qeyd edim ki, Ahmet Şerif İz Görənin kitablarını oxuyun (Bu adam haqqında ayrıca bloq yazacağam).

Hamıya işlərində uğurlar arzu edirəm. Növbəti bloq yazısında görüşənədək.

Bloqda şair demişkən könlümdən keçənləri yazdım. Ancaq nə isə əlavə sualınız, iradınız olarsa mütləq  elmirvalehli@gmail.com ünvanına yaza bilərsiniz.

Advertisements

One thought on “ƏSAS İSTƏKDİR. GERİSİNİ HƏLL ETMƏK ASANDIR

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s