Sosial sferada baş verən hadisələrə Qısa şərh…..


Son 6 aydı sosial sferada fəaliyyət göstərən  təşkilatlarda əsasən də xariclə əlaqəsi olan yerli və beynəlxalq təşkilatların bank hesabı dondurulub. Ədliyyə nazirliyi tərəfindən  yoxlanış keçirilir. Bir çox təşkilatlar bağlandı və bəziləridə bağlanmaq üzrədir. QHT- lərə dövlət nəzarətini artırırsa deməli burada “incə məqamlar ” var. Həqiqətən dövlətin belə bir addım atmasını  gözəl başa düşürəm. Milli QHT Forumunun prezidentinin sözlərinə görə, Ədliyyə Nazirliyi tərəfindən 3000-dən artıq QHT qeydiyyatdan keçib ki, onlardan da “1500” daimi fəaliyyətdədir. Sosial sferafa  həqiqi , şəffaf fəaliyyət göstərən 10 -15 təşkilat tanıdığımı söyləyə bilərəm. Təbii ki, bu qədər  yüksək rəqəmdən sonra  QHT yaratmaq istəyənlərə qarşı bəzi əngəllər törədilir. Ancaq burada başqa  bir məqam var  çünki həqiqitən fəaliyyət göstərmək istəyən  şəxslərə müəyyən qədər şərait yaradılmalıdır. Bunu xüsusi indikator ilə ilə ölçmək lazımdır.  Yaradılan QHT iş planını əvvəlcədən göstərəcək sənəd hazırlamalı və dövlət tərəfindən vaxtaşırı nəzarət olmalı, QHT nizamnamədə göstərildiyi kimi fəaliyyət göstərmədiyi şəkildə dərhal fəaliyyətini dayandırmalıdır. Ona görə ki, bəzi təşkilatlar qrant udur ancaq heç bir fəaliyyət götərmir və nəticədə  həmin pullar hara gedir bunu  qrant yeyənlər daha yaxşı bilir . Eyni zamanda  dövlət bütün qrantların rəsmiləşdirilməsi üçün məhz belə addım atııb.

Elimizin gözəl atalar sözü var “Qurunun oduna yaşda yanır”.  UAFA. SSİ, SOS,   və s  təşkilatlar həqiqətən cəmiyyətəin həssas təbəqədən olan insanılarına dəstək olan , töhfə verən təşkilatlardandır.  Bu təşkilatlar böyük sosial layihələr həyata keçirirlər: Həssas təbəqədən olan ailələr, əlilliyi olan uşaqlar,  dövlət uşaq müəssisəsində olan uşaqlar (internat) və s ehtiyyacı olan insanlara faktiki olaraq  mənəvi  yardım göstərirlər.  Ailələri maarifləndirir, öz hüquqlarını başa salır, dövlətimizin yaratdığı şəraitlərdən maximum istifadə etməyə yönəldirlər. Ümid edirəm ki, bu keçid dövründən sonra  həqiqətən  fəaliyyət göstərən təşkilatlar fəaliyyətinin davam etdirərlər çünki bu təşkilatların fəaliyyət göstərməsi həm dövlətə həm də həssas təbəqədən olan ailələrə  lazımdır.

 

QHT  əsas məqsədi cəmiyyətdə olan problemi görüb araşdırıb ona uyğun alternativ xidmət yaradıb sınaqdan keçirtməkdir. Əgər uğurlu olarsa  o zaman  dövlət maliyələşdirir və davamlı xidmət olmasına  şərait yaradır.   Necəki 2012 ci ildən ƏƏSMN sosial sifariş ilə QHT əməkdaşlığa başladı. Artıq iki ildir bu əməkdaşlıq davam edir. Ümumi nəzər yetirsək  ötən illərlə müqayisədə daha çox imkan yaradılıb və inkişaf var.

QHT bağlı olan problemə hərə bir cür yanaşır. Mənim yanaşmam yuxarıda qeyd etdiyim kimidir. Ancaq  digər yanaşmam isə bir az fərqlidir. Çünki düşünün tək bir layihədə 20 -25 insan işləyir. Deməli ən azı 20-25 ailə bir layihədən  bəhrələnir.  Bundan  başqa sosial fəaliyyətlə məşğul olan  təşkilatlar bildiyiniz kimi həssas təbəqdən olan ailələr, əlilliyi olan insanlar və s qruplarla  işləyirlər.  Həqiqətən həssas təbəqədən olan insanlar ilə işləmək onların inamını qazanamq  çox çətindir. Bir sosial işçi kimi bunu qeyd edirəm inamını qazanmış bir ailənin inamını itirib yenidən qazanamq çox çətin bir işdir.  “Sosial xidmətlərin yaranması və davamlılığında yaranan çətinliklər.” başlıqlı blogumda bu barədə geniş yazmışam.  Ümid edirəm və inanıram ki, tez bir zamanda dövlətimizin göstərəcəyi dəstək ilə  hər şey öz qaydasına düşəcək .  

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s