“Az əziyyət – yüksək maaş”


Son vaxtlar tez-tez rastlaşdığım və şahidi olduğum hadisələr məni “Az əziyyət -Yüksək maaş”  başlığı altında  bloq yazmağa  vadar etdi.  Ümumi işsizlik problemi danılmazdır. Ama bu o demək deyil ki,  tamamilə iş yoxdu. Son 2-3 aydı təsadüfən  marşurtda, metroda   gənclərin  dialoqlarının türklər demiş  “Qulaq misafiri” oluram.  İşsiz gənclər   əziyyət çəkmədən çox pul qazanmaq arzusundadır. Marşrutdakı dialoq :

– Qaqaş iş tapdın yoxsa bekarçılıq ?

– İş yoxdu e olanda sərf eləmir. Astarı üzündən baha başa gəlir. 

-Niyə brat maaş azdı ?

– Aya  400 manat verir e verməyinə sadəcə çətindi 

– Nəyi çətindi  iş rejimi ?

-Yox e 15 gün evdə 15 gün işdə . Yuxusuzluqdu e  həmdə “axot” yoxdu 

– Allah kerimdi  brat görəydə evdən polisə düzəltməlidirlər

Bu şahidi olduğum sadəcə bir dialoqdu bütün fikirlərimi dialoqların üzərində quracam . İşsizlik tənbəllikdən irəli gəlir belə situasiyalarda çox vaxtda bəyənmirlər tapdıqları işi. Çünki insanlar  yüksək maaş, əla maşın, gözəl ev və s. arzsundadırlar. Belə arzuların olmağı çox gözəl və təbii haldır.  Ağlıma gələn ilk sual bu oldu. Onun üçün nə etmisən ?,  yaxşı işdə işləmək ürəyən istəyən işi qurmaq üçün nə etmisən ?  Hamı kimdənsə nəsə umur, gözləyir.  Belə bir yanaşmada var :  “Filankəsə demişəm  görək nə olur”, “Azərbaycan da tanışsız qeyri mümkündür” və s bu qəbildən sözlər ilə mən əminəm çoxunuz rastlaşmısınız. Razıyam tanışsız heç fəhlədə götürmürlər bəzi qurumlara. Ama bir reallıqda  var  sən özün cəhd eləmisən? Özünə inamın necədir ? Bəzi şeylər var həyatda  inam məsələsidir. Bir işi görərkən inanın sevin. İşinizi elə ürəknən, daxili samimiyyət və  inanaraq görün ki, hamı desin ki, O, bizim müəssisə, təşkilat, zavod və s. işinə öz töhfəsini  verə bilər.  Martin Luther King demişkən: “Əgər sizdən küçələri süpürmək istənsə Micheangelo’nun şəkil çəkdiyi , Beethovenin bəstə etdiyi və ya Şekspirin şeir yazdığı kimi süpürün. O qədər gözəl süpürünki göydəki və yerdəki hər kəs durub Burada dünyanın ən yaxşı süpürgəçisi yaşayırmış desin.” 

Ətrafımızda o qədər insan varki adi CV formasını doldura bilmir. Hətda CV nə olduğunuda bilmir. Bunun səbəbi həmin insanın maarifsiz olması və  necə müraciət edə bilməməsidir. Ona görə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanları düzgün  yol ilə iş tapmağı öyrətməliyik. Ən azı hüquqlarını başa salmalıyıq.   Belə maarifsizliyin nəticəsidir ki, insanların çoxusu fırıldaqçı iş agentlilklərinin qurbanına çevrilirlər.  İnsanaların ehtiyacı olan  sehirli sözlərlərdən : “Yüksəək maaş”,  “Gözəl Karyera “, “Xaricdə təhsil” və s sözlərdən istifadə edərək insan alveri qurbanlarına çevirirlər.  (Bu mövzuda ayrı bloq yazmışam oxuya bilərsiniz).

Başqa bir  əngəl isə valideynlərdir. Bəli, bəli düz eşitdiniz Balalarına olan sevgidən” irəli gələrək onlara heç bir əziyyət çəkməyə imkan verməyən valideynlər. Əslində görəsən heç düşünmürlər ki, onlar övladlarını asılı vəziyyətə salırlar .?

Bir düşüncə var  qoy “uşağım” əziyyət çəkməsin. Başa düşürəm uşağı əziyyət çəkməyə qoymazlar. Ancaq 20-25, 30-35 yaşlı uşaq olar ? bax bu başqa məsələdir. Deməli problemin bir kökü insanın özündən, digər kökü  evdəki şəraitdən  də asılıdr. (başqa səbələri hamı bilir) .  Nə isə

Bu problem təkcə yeniyetmələrdə deyil  ota yaşlılarda da  müşahidə olunur. Biz ailələr ilə işləyirik. İşsiz insanlara  yerli Məşğulluq idarələrinə müraciət etməsini təklif edirik. Ancaq  onlar heç biri  həmin işləri bəyənmir və “Mən boyda kişi gedib  fəhlə işləyəcəm”  tipli sözlər deyirlər. Nə isə

Mən onu dəqiq bilirəm ki, bir insan uzun müddət işsiz qalanda  əmək qabliyyəti çox zəifləyir və nəticədə tənbəllik adi hala çevrilir.  Təbbi ki, başa düşürəm ürəyi istəyən işdə hamı çalışmaq istəyir. Ancaq  həmin işi tapana qədər nə olsa  işdəmək lazımdır. Ən azı gündəlik xərcini ödəmək üçün və  tənbəllik yaratmamaq üçün. Təbii ki, dil, kompyuter və s kurslarada  getmək lazımdı.

Sadəcə ümid edirəm ki,  insanların daxilində olan, onlara mane olan mənfi enerjini, müsbət enerji ilə əvəz edə bilərlər. bunun üçün mən nə edirəm sual versəniz ? Sadəcə olaraq  heç kim olmayanda qışqırıram, bəzən olur ağlayıram . Ama daha sonra güzgüyə baxıb mən hər şeyin öhdəsindən gələcəm deyərək özümə ikinci gücü aşılayıram. Nə isə hərədə bir cürdü  . ( mənə dəli kimi baxmayın!!! )))  Düzdü  ailəvi, iş, qonşu və s problem həmişə olub olacaqda. sadəcə düşdüyümüz  vəziyət bizi sındırmamalıdır əksinə  daha da inamımızı artırmaldır.  mənim babam çox optimistir adamdır. O həmişə belə məqamlarda deyir ki , “Bala uğursuzluqlar nə qədər çox üst-üstə düşərsə, naraht olma deməli  onlar bitəndən sonra böyük bir yaxşı hadisə olacaqdır”  Babam filosf deyil ancaq həqiqətən mənim həyatımda dediyi kimi olur. Hamıya həyatında uğurlar.

Advertisements

One thought on ““Az əziyyət – yüksək maaş”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s