“Sosial şəbəkələr əlilliyi olan insanlara necə kömək edir?”


Facebook insanların ünsiyyət qurduğu bir bir ilə sıx əlaqə saxladığı sosial şəbəkədir. [1]Statistikaya görə Facebook-da ay ərzində 650 milyondan çox aktiv istifadəçi vardır. Bu qədər insan kütləsi  bir araya gəlirsə, deməli burada ünsiyyət qurmaq üçün kifayət qədər yaxşı şərait yaradılıb.  Facebookun əsas xüsusiyyətlərindən biri də  uzaq məsafədə yaşayan insanların, bir- birilə görüşə bilməyən insanların  burada  ünsiyyət qura bilməsidir.

Facebook əlilliyi olan insanlar üçün də əlverişlidir.  Əlilliyi olan insanlar  ünsiyyət qurmaqda çətinlik çəkir , hamıdan uzaqda olmağa üstünlük verirlər . Facebook bir növ onları cəmiyyətə  adaptasiya olunmasına şərait yaradır .  Beləki burada onlar digər əlilliyi olan insanlarla görüşür və onlarla  ünsiyyətə girirlər. Əliliyi olan insanlarda belə bir düşüncə var “Bu problem ancaq məndə var” . Ancaq o, ətrafına baxanda hətda özündən çətin vəziyyətdə olan insanları görəndə  və həmin insanların uğurlu addımlarını müşahidə edəndə öz-özünə “Niyədə olmasın ” fikrini inkişaf etdirir. Bir növ onun motivasiyası artır. Həmin motivasiya onu uğura doğru aparır.

Adını çəkdiyim haqqında  fikir söylədiyim  əliliyi olan insanlarla əlaqə saxladım onların fikirlərini burada əks etdirdim . Adlarından istifadə etməyi icazə verdilər.

İndi facebookun əliliyi olan insanlara necə kömək etməsini  dostum Sülhanənin dilindən eşitmək gözəl olardı.  Sülhanəyə Facebook-un Əliliyi olan insanlara necə yardım etməsi haqqında  blog yazdıqımı söylədim  və o, tərəddüd  etmədən mənə kömək edəcəyini bildirdi və belə dedi : “Facebook-un mənim həyatımdakı rolu çoxuna qəribə gələcək. Amma mənə facebook cəsarətlə sabaha baxmağı öyrətdi. Əvvəlki “mən bax bu idim” – Həyatı yaşamağa cəsarət etməyən sadəcə keçmişi ilə yaşayan,gələcəyin kölgəsində qorxa-qorxa gəzən biri. Bunu mən indi  qəbul edirəm

Şekspir demişkən “Sevməkdən qorxar insan – itirməkdən qorxduğu üçün” Bu əvəlki mənim tərifim idi.  Facebooka  ilk öncə dərdimi yazmağı öyrəndim.  Öz hisslərimi, emosiyalarımı digər dostlarımla bölüşürdüm. Onlar mənə dəstək olur hər hansısa  problem olanda  kömək edir və yaxud  xoş xəbər paylaşanda mənimlə bərabər sevinirdilər. Bu məni çox xoşbəxt edir. Onu qeyd etmək istəyirəm ki, mən əvvəl düşünürdüm k,i əliliyi olan ən çox əziyyət çəkən mənəm. Ancaq  indi elə düşünmürəm. Mən yaşamaqdan zövq alıram  . Həyat çox gözəldir. Mən orada  çox ağır əliliyi olan insanların necə xoşbəxt olmasını gördüm ona görə də halıma şükür edib  həyatdan zövq almağa çalışıram.   Hətda bizim özümüzə aid  gizli qrupumuzda var ki biz orada bəzi müzakirələr edirik.  Facebookun digər üstünlüyü isə  bizim  səsimizin  oradan  lazımı orqanlara daha rahat eşitdirilməsidir. Hətda biz Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüş təşkil etmək üçün ilkin addımı facebookda atdıq”.

Sülhanənin bu uğuru tez bir zamanda facebook-da  fəal olması mənidə çox sevindirir.

Bundan başqa Autizm  diaqnozlu  bir oğlan var, adı  Şamxaldır. Bizim təşkilata  gələndə onun vəziyyəti çox ağır idi. UAFA İcma Əsaslı Reabilitasiya mərkəzində Valideyn Birlikləri fəaliyyət göstərir. Orada əliliyi olan uşaqların valideynləri bir araya gələrək bayramlarda, xüsüsi günlərdə  tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə əliliyi olan uşaqlar öz bacarıqlarını göstərirlər.  Şamxal da UAFA-nın İcma Əsaslı Reabilitasiya mərkəzinə gedir. İndi o çox aktivdir. Bir dəfə  facebook səhifəsində  Şamxalın qoyduğu şəkilləri gördüm çox sevindim  hətda gözlərim doldu. O, gözəl rəqs edir,  rəsm çəkir. Hətta  respublikada keçirilən 18 yaşa qədər  uşaqların rəsm  müsabiqəsində 3 cü yerə layiq görülüb. Şamxalın anası ilə apardığım söhbət çox maraqlı oldu. Facebokun  sosial medyanın  Şamxala necə kömək etməsi barəsində sual verdim Anası isə : “Oğlum tez-tez youtuba girir orada  mahnılara qulaq  asır. Bu bizi çox sevindirir. Eyni zamanda  Şamxal twitter və facebookdan da istifadə edir. Şamxal öz uğurlarını facebook-da paylaşır. Hamıda dəstək olur. Hətda şəhər avtobusunda  bir qrup gənc onlara yaxınlaşıb  Şamxalnan görüşdülər . Halbuki biz gəncləri tanımırdıq. Onlar facebook da  Şamxalı gordüklərini  və uğurlarına sevindiklərini  söylədilər. ”

Əlilliyi olan insanların facebook-da  digər əlilliyi olan insanlarla və ya tipik insanlarla tanış olması ünsiyyətə girməsi və onu tanıdıqdan sonra  görüşməsi çox sevindirici haldır. İnsanda  ən önəmli hiss özünü dəyərli, lazımlı olduğunu hiss etməkdir. Həqiqətən insan özünü lazımlı, vacib biri kimi hiss edəndə  özünə inamı artır daha tez  və daha güclü inkişaf edir. Ətrafinizda  gördüyünüz əliliyi olan insanlara fərq qoymayın . Bu onların seçimi deyil. Heç kim siğortalanmayıb ki, o, əliliyi olan insan olmayacaq.

Facebook əliliyi olan insanlara çox kömək edir . Ancaq facebookun-da mənfi cəhətləri var. Məslən 2 gündü Sülhanin internetə çıxışı yoxdu . O, facebooka çox öyrəşdiyi üçün onda asılılıq yaranıb. Özünü çox tənha hiss edir. Ancaq facebooka arxalanıb rahat oturmağı düzgün hesab etmirəm.  Düşünürəm ki, əliliyi olan insanların cəmiyyətə adaptasiya olunmasında hamının iştirakı vacibdir. Tikilən yeni binalarda, metro stansiyalarında, məktəblərdə, universitetlərdə, iş yerlərində və s. yerlərdə də əliliyi olan insanlar üçün şərait yaratmaq vacibdir. Bunu anlamaq üçün  özümüzü onların yerinə qoymalıyıq.  Onu xüsusi qeyd etmək istəyirəm ki Hamımız potensial əliliyi olan insanlarıq.

[1] http://expandedramblings.com/index.php/by-the-numbers-17-amazing-facebook-stats/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s