SeçimLƏRİ və SeçimLƏRİMİZ


Gündəlik qarşılaşdığım insanlara diqqət edirəm və görürəm ki heç kim xoşbəxt deyil, hamının üzündə bir kədər və qəribə bir düşüncə var. Bu barədə əvvəlki bloq yazılarımda məlumat vermişdim . Problem təkcə sosial probləmlər, ailə daxili münaqişələr, işsizlik və s deyil. Çox adamın görübdə müşahidə etmədiyi xüsusi bir məqam var  İnsanların bəlkədə mənə görə ən böyük problemi və digər problemlərə yol açan, şərait yaradan vəziyyəti onu “Sevdiyi işdə çalışmamasıdır”.

Bəzi ailələr uşaqlarına heç bir seçim şansı vermir. Tanıdığım o qədər ailə varki uşağını məcbur polis, həkim, mühəndis və s olmağa sövq edib. Ona görə valideynlər belə edib ki, uşaqları gələcəkdə yaxşı pul qazanıb ailəsinə və ata anasına qulluq eləsin. Bəs görəsən maraqlıdı valideynlər bunu edərkən öz uşaqalrının nə istədiyini nəzərə alırmı ? – Məncə çox az ailələr uşaqlarının seçimlərinə hörmət edir.

Ancaq belə bir reallıq da var  insan yaş dövrünə  uyğun fərqli seçimlər edir və bəzən həmin an o elədiyi səhvi başa düşmür.  O zaman ailəsinin seçim etməsi normaldı. Çünki ailə görür ki, övladları uçuruma gedir. Ancaq iş seçimində bu fərqlidi çünki insan işini seçirsə deməli sevir və kifayət qədər müşahidə aparıb, və onu zövqlə sevərək görür.

İnsanı həyat da düzgün seçim etmədikdə isə ömrü boyu kaşki onu edəydim deyə bir hiss keçirdir.Özümdən misal çəkmək istəyirəm.  Universitetin 4 kursun 1 semestrində oxuyanda  “Sosial Xidmətlərə Təşəbbüs”(SSİ) beynəlxalq təşkilatında sosial işçi kim  işə düzəldim. İşim çox ağır idi, Həftədə 2,3 gün  dövlət uşaq müəssisəsində(İnternat evində) olurdum. Orada ki, uşaqları cəmiyyətə adaptasiya etmək üçün çalışırdım.  Layihənin donorları ilə bir sıra problemlər yaşandı və mən işdən azad olundum. Sevdiyin işi itirmək çox pis hisdi(heç kimə arzu etmirəm) . Bir müddət sonra  Bakcell şirkətinin bazasında  işə başladım. Hər gün işə gedərkən ağlayırdım və dəhşət sıxılırdım. Ancaq çox əla iş yoldaşlarım var idi. Onlarla deyirdim, gülürdüm bir yerdə çorək yeyirdik.(İndidə həmin insanlarla əlaqə saxlayıram). Ancaq yenədə narahat idim . Mən öz sevdiyim işi istəyirdim, maaş azda olsa, bir çox insanlar üçün bu çətin görünsədə   sevdiyim işi hər gün istəyiridim və axtarırdım.

Maddi ehtiyacı ödəmək üçün maliyyə lazımdı. Valideynlərim, dostlarım, hörmət etdiyim insanlar mənə əsas maddiyat qazanmağı düşün  deyirdilər çünki ailə saxlamaq və digər ehtiyaclarını ödəmək  üçün bu vacibdir. Sonra başa düşəcəksən ki, düzgün etmisən bu seçimi deyə təsəlli edirdilər məni. Ancaq mən onu dəqiq bilirdim ki,  istəyirsən süpürgəçi ol işini yaxşı dəqiq biləndən sonra mütləq maliyyə əldə edəcəksən.

Və nəhayət sonunda  istədiyimi elədim bunu bacardım.2012 ci ildə UAFA təşkilatında sosial işçi kimi işə düzəldim. O gündən bu günə çox dəyişdim. Hər gün öz ürəzimdə işləyirəm. Hamıya həyatda sevdiyi işdə işləməyini məsləhət və arzu edirəm

Qorxmayın cəhd edin, cəsarətli olun. Sizin gördüyünüz inandığını şeyə ancaq siz nail ola bilərsiniz. Kənardan eliyə bilmərsən alınmaz deyənləri isə sadəcə boş verin. Çünki onlar buna inanmırlar ona görədə heç vaxt onlarda heçnə alınmayacaq.

Bu gün dövlət idarələrində, özəl sektorda, universitetdə və s orqanlarda o qədər insan tanıyıram ki, bəlkədə adam  icra başçısı yox gözəl bir rəssam olsa daha çox vətənə millətə xeyir verərdi. Belə çoxlu nümünə göstərmək olar əminəmki sizində belə insanlar rastınıza çıxıb. Məhz elə olmamaq , peşimançılıq hissi keçirtməmək üçün sevdiyiniz işdən vaxtında möhkəm möhkəm yapışın və yeniliklər edinki fərqli olasınız. Həyatda səhv və yaxud düz hamı seçim edir. Səhv seçim sadəcə təcrübə olacaqdır bizim üçün. Hamıya həyatında və seçimlərində uğurlar!!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s