Sosial xidmətlərin yaranması və davamlılığında yaranan çətinliklər.


Həssas təbəqdən olan insanlara (Əlilliyi olan, tənha valideyn, yoxsul ailə, küçə uşaqları və s.) qarşı diqqət və qayğı son illər bir xeyli artıb. Bu qayğını yanaşmanı xüsusəndə əlilliyi olan uşaqlarda  müşahidə edə bilərik. Belə ki vaxt var idi əlilliyi olan uşaqlar üçün xidmətləri yalnız kitablarda, dərsliklərdə oxuyardıq. Xarici ölkələrin təcrübəsinə əsaslanıb nə isə misal deyə bilərdik. Ancaq 2012 ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi sosial sifarişlər vasitəsi ilə nəzərdə tutulan regionlarda ehtiyaca uyğun alternativ xidmətləri yaradırlar. Bəs görəsən sosial sifariş ilə yerlərdə xidmətlərin yaradılması necə oldu və bu proses nə vaxtdan başladı ?
2012 ci ildə Azərbaycan Birgə Yardım Təşkilatının (UAFA) əməkdaşları Əmək və Əhalinin Sosial müdafiə nazirliyi və Maliyyə Nazirliyi ilə görüşlər keçirtməyə başladı. Bu görüşlərin keçirməkdə əsas məqsəd davamlı sosial xidmətlərin təmin olunması idi. Çünki 2012 ci ilə qədər olan xidmətlər xarici donorlar tərəfindən maliyələşdirilirdi. Belə layihələrin ömrü az idi və nəticədə əlilliyi olan uşaqlarımıza zərər verəcəkdi.
Bir xidmətdən bir uşaq bəhrələnəndə və daha sonra həmin reabilitasiya yarımçıq qalanda uşaqlar üçün bu daha çox mənfi təsir göstərir. Çox çətinliklidə olsa istənilən nəticə əldə olundu. Maliyyə Nazirliyi alternativ xidmətlərin yerlərdə yaradılması üçün maliyyə ayırmağa hazır olduğunu, ƏƏSMN nazirliyi isə sosial sifarişləri verəcəyini bildirdi.

Sosial sifarişlərə ilk dəfə 2012 ci ildə “UAFA” təşkilatı, Sumqayıt da fəaliyyət göstərən “Çıraq” Uşaq İnkişafı Mərkəzi, Şəki şəhəri “Əlillərə Qayğı” İçtimai Birliyi, Azərbaycan UşaqFondu Gəncə şəhər təşkilatı qoşuldu. Bu təşkilatlar yerlərdə “İcma Əsaslı Reabilitasiya” xidmətini tətbiq etməyə başladı. İƏR-in keyfiyyətli nəticə verməsi üçün UAFA təşkilatı xairci və yerli təlimçiləri cəlb etdi və sadaladığım rayonlada da İƏR işçilərinə xüsusi effektiv təlimlər keçirildi, İƏR standartları ilə təşkilatlar tanış oldu. Həqiqətən əlilliyi olan uşaqlara onların valideynlərinə bu çox müsbət təsir etdi.
Nəticə növbəti ildən yenidən İƏR sosial sifariş kimi elan olundu və nəticədə bu davamlı olaraq işləyən proqram oldu. Eyni zamanda artıq “Günərzi Qayğı” mərkəzləri, Daun Sindromlu uşaqlar üçün reabilitasiya mərkəzləri və s bu qəbildən
tenderler elan olunmağa başladı .
(Deyəcəksiniz ki , Elmir UAFA da işlədiyi üçün belə yazır və yanaşır. Yox qardaş elə deyil. Mənə inanmasanız sosial sahədə fəaliyyət göstərən, bu işlərdən anlayışı olan insanlardan soruşsanız kifayət edər.)

Bunlar hamısı çox gözəldi. Ancaq bu gün yaşadığımız əsas problem bu xidmətlərin davamlı olmasında yaranan problemlərdir. Belə ki, ƏƏSMN tender elan edir və QHT yerlərdə bu sosial sifarişi uğurla yerinə yetirir.(pis işləyən təşkilatları sonra qınayacağam)  Sosial sifariş 5 aydan sonra yenidən elan olnur. Baxın burada əsas problem nazirliyin tenderi gec elan eləməsidir. Ola bilər ki daxildə və yaxud QHT ilə  nə isə problem var ancaq inanin bu ailələri maraqlandırmır və maraqlandırmamalıdırda. Mənim təklifərim isə bunlardır: 1) ƏƏSMN tenderi ən az 12 aylıq (1 il) elan eləsin. 2) Sosial sifarişin 10 cu ayından etibarən tender yeniden elan olunmağa başlasın (bu onun üçündür ki, ailə, əlilliyi olan uşaqlar xidmətsiz qalmasın). Yenə xüsusi ilə qeyd etmək istəyirəm QHT ilə nazirlik arasında ki, problem nə olursa olsun bunun ailə, əlilliyi olan uşaqlara hiss etdirməməliyik. Bax əsl peşəkarlıq budur.
İnanıram ki, zaman keçdikcə dövlət və qeyri dövlər qurumları arasında əlaqələr daha da yaxşı qurulacaq. Münasibətlərdə iyerarxik baxış ümümiyyətlə aradan götürüləcək. Əgər sosial sahədə çalışırıqsa, o zaman biz birləşib ölkəmizin çətin şəraitdə olan insanlarına kömək göstərməliyik.

Advertisements

9 thoughts on “Sosial xidmətlərin yaranması və davamlılığında yaranan çətinliklər.

      • Kaş ki bizim hökumətimiz nazirliklərə ele tapşırıq vereydi sosial sahədə inkişaf olaydi.Kaş ki Türkiyə kimi qardaş ölkənin sosial müdafiəsi zəif olan insanlar üçün tətbiq etdikləri sosial xidmətləri biz də tətbiq edə biləydik. Hər şeyin əlası bu insanlar üçündür-devizi ilə işləyirlər Türkiyədə.İnanılmaz dərəcədə fərqləri gördükcə həqiqətən paxıllıq hissi keçirirdim. Rəhbər vəzifə tutan Genel müdüründən tutmuş o insanlara qayğı göstərən aşbazlara kimi hamı onlarla əsl insan kimi davranırdı.

      • Salam dəyərli fikirləriniz üçün çox olun sizinlə razıyam ancaq onu da nəzər də saxlayın ki Türkiyə də sosial iş bizdən qat qat öncə yaranıb və sosial xidmətlərin maliyyələşdirilməsi məhz yerli idarə etmə oraqanlarının Bələdiyyələr tərəfindən edilir. Əla infrastruktur malik olan mərkəzlər xidmətlər var. Keçən il bu vaxtlar da Türkiyədə post sovet ölkələrinin üstünlük təşkil etdiyi ölkələrin iştirakı ilə maraqlı gözəl bir konfrans keçirildi. Orada biz Antalya şəhərində mövcud sosial xidmətlər ilə tanış olduq. Çox əla xidmətlər yaradılıb və yaxşı maliyə imkanları var ancaq ən böyük mənfi cəhətləri Azərbaycan da olduğu kimi orada da IXTISASLI KADR problemi qabarıq şəkildə önə çıxır.
        Sizi inandırım ki biz 5-10 ilə bir çox sosial dəyişilmisən nail olacağıq .
        Qardaş Türkiyənin təcrübəsi bizim üçün mütləq önəmlidir və ehtiyac olduqca təcrübələrdən istifadə edəcəyik

  1. Sag ol, Elmir! Sende esl sosial ishchi dushuncesi, yanashmasi var. Kash selahiyyetli shexsler senin kimi dushuneydi!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s