Xeyriyyəçilik yoxsa Sosial iş?


Xeyriyyəçilik məfhumu hamiya bəllidir. Tarixən Azərbaycanda xeyriyyə işləri məşğul olan insanların sayı kifayət qədər olub. Ancaq müasir Azərbaycan da təmiz ürəklə xeyriyyəçilik işləri ilə məşğul olan insanları tapmaq həqiqətən çox çətindir.
Hər dövrdə olduğu kimi indiki zamanda da xeyriyyəçi, ehtiyacı olan insanlara kömək etmək istəyən insanlar vardır. Sadəcə düşünürəm bəlkə sosial təşkilatlar , ehtiyyaclı qurumlar həmin imkanlı şəxslərin etibarını qazanmaq üçün kifayət qədər səy göstərməyib və yaxud da elə təqdimatlar ediblər ki, kənardan baxanda “dilənçi” imici yaradıblar. Bundan başqa televiziya da sosial video çarxların sayının az olması, sosial verlişlərə yer ayrılmaması, əlilliyi olan, çətin vəziyyətdə yaşayan insanların problemlərinin kifayət qədər işıqlandırılmaması həmin insanların diqqətdən kənarda qalmasına səbəb olmuşdur.
Azərbaycan Birgə Yardım təşkilatı (UAFA) və Dünyaya Baxış təşkilatı ilə birlikdə ƏƏSMN dəstəyi ilə Biləsuvar rayonunda həssas təbəqədən olan ehtiyyaclı ailələrə dəstək olur, maarifləndiririk. Layihə çərçivəsində Sosial Xidmət Sektorundan sosial işçi keyfiyyətləri olan insanlar seçib təlimləndirib ailələrə birgə səfərlər etdik. Həqiqətən ailələrin sosial işçilərə çöx böyük ehtiyacı var. Düzdü onlar ixtisaslı sosial işçilər deyil ancaq sosial işi çox yaxşı mənimsəyiblər və ürəklə işləyirlər.
Ailələr o qədər maarifsizdilər ki, ən sadə qanunlardan belə xəbərləri yoxdur. Məhz öz hüquqlarını bilmədiklərinə görə bəzi qurumlar onlardan “hörmət ” gözləyir. Lakin həqiqətən ailə qanunları biləndə, öz hüquqlarını düzgün formada tələb edəndə o zaman heç bir maliyyə sərf etmədən işini rahatlıqa görə bilir. Sosial işçilər ailələr ilə dövlət qurumlar arasında əlaqələndirici bir faktordur.
Ailələrə səfər edərkən onlar deyir bəs bizə maliyyə yardımı etməyəcəksiniz? – Əslində həmin ailələri başa düşürəm ancaq biz onlara izah edirik ki, biz sizə maliyyə tapıb verdik bəs sonra necə olacaq ?, siz yenə bizdən maliyyə tələb edəcəksiniz və nəticədə ASILILIQ yaranacaq. Bizim əsas məqsədimiz ailələri asılı salmaq deyil ailələri gücləndirməkdir. Elə ona görə də sosial işçilər ailələri maarifləndirib, ehtiyaclarına uyğun istiqamətləndirirlər.
Lakin biz deyə bilmərik ki , maddi yardım etmək düzgün deyil. Bəzən elə şərait olur ki, kiçik məsələlər də xırda maliyyə dəstəyinə təcili ehtiyac olur. Bu zaman təbii ki, sosial işçi öz cibindən həmin maliyyəni vermir, o ailəni imkanlı şəxslər, yerli qurumlar ilə əlaqələndirir. İmkanlı şəxsləri tapmaq inandırmaq isə elə də əsas asan məsələ deyil. Layihə çərçivəsində imkanlı şəxslərlə əlaqə yaradılaraq kömək etdiyimiz çox ailələr var.
Ancaq mən blogumda xüsusi ilə Biləsuvar rayonunda fəaliyyət göstərən iş adamından danışmaq istəyirəm . Sahibkar öz işlətdiyi müəssisəyə işə ehtiyacı olan 2 nəfər qadını qəbul edib və hələ 2 nəfəridə işə götürəcəyini də söz verib. Ola bilsin bəzi insanlar deyə bilərlər ki burda nə var adi işə qəbul edibdə. Ancaq bu belə deyil sahibkar həmin ailələrə müəyyən məbləğdə maddi yardım da edə bilərdi. Ancaq bu yuxarıda da qeyd etdiyim kimi asılılıq yaradardı. Eyni zamanda 1 iyun uşaq günündə və müxtəlif tədbirlərdə tədbirin təşkil olunmasında , uşaqlara hədiyyə paketləri almağa və s çox köməkliklər göstərib. Biz onunla görüşəndə onun səmimiliyi həqiqətən çox müsbət təsir etdi. Sahibkar bizi çox gözəl qarşıladı. Biz ona Azərbaycan Birgə Yardım təşkilatı haqqında , gördüyümüz işlər barəsində danışdıq . Bizdən əvvəl isə Biləsuvar rayonunda fəaliyyət göstərən sosial işçi Ülkər Zəkiyeva geniş təqdimat elədiyi üçün artıq sahibkarın məlumatı var idi. Ehtiyaclı ailələr dəstək olan sahibkarın özüdə əlilliyi olan insandır. Baxın burada ən maraqlı amil sosial işçi amilidir. Sahibkar kömək etmək istəyir, ailənin isə ciddi ehtiyacı var . Onlar arasında qarşılıqlı əlaqənin qurulmasında məhz sosial işçilərin əvəzsiz rolu olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin sosial sifarişi ilə Biləsuvar rayonunda təşkil olunan İcma Əsaslı Reabilitasiya mərkəzinin fəaliyəti ilə tanış olduqdan sonra sahibkar reabilitasiya mərkəzində serabral iflicli uşaqlar üçün 5 ədəd xüsusi oturacaq təşkil edəcəyini öz öhdəsinə götürdü. 1 xüsusi oturacağın qiyməti orta hesabla 150 AZN. Xüsusi oturacaqlardan yalnız 5 uşaq deyil, çox uşaqlar bəhrələnəcək . Həqiqtən əlilliyi olan uşaqlara və onların ailələrinə çox kömək olacaqdır.
Nümunəni yazmaqda məqsədim işimizi reklam eləmək deyil. Belə xeyriyyəçiliklə məşğul olan insanların hələ də olmasını göstərməkdir. Bilirəm ki , içində insan sevgisi olan hər bir şəxs ehtiyacı olan insanlara kömək əlini uzatmaq istəyir.
Sadəcə onu nəzərdə saxlayın ki, sizin üçün kiçik olan şeylər, bəlkədə başqasının arzusudur.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s