“Ünvanlı Sosial Yardımın alınmasında çətinliklər”


Ünvanlı sosial yardımın məqsədi ehtiyyacı olan ailələrə dəstək olmaq, onların sosial vəziyyətini yaxşılaşdırmaqdır. Bəs görəsən ÜSY həqiqətən ehtiyyacı olan insanlar alır? Və yaxud necə alırlar? Hansı çətinliklərlə üzləşirlər?

Azərbaycanda  ehtiyyac  meyyarı 93.50 qəpik idi. Sentyabr ayında bu məbləğ artaraq 105 manata qədər çatdı. ÜSY məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvünün ehtiyyac meyyarının məcmusu arasında olan fərq məbləğinə görə hesablanır. Sosial Müdafiə Mərkəzinin (SOBES) işçi qrupu müraciət etmiş ailəninevinə gedib qiymətləndirdikdən sonra isə qərarını verir.

[2012-ci ilin göstəricilərinə görə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdir.  Ünvanlı dövlət sosial yardım təyin edilmiş ailələrin sayı 2012-ci ildə 120,478 olub. Bir nəfərə düşən orta aylıq ünvanlı sosial yardımın məbləği 23.66 qəpikdir. 2006-cı ildən bu il də daxil olmaqla Ünvanlı Sosial Yardım üçün 1 milyard 208 milyon manat vəsait xərclənib. Ekspetlərin fikrincə, bu il də ötən ilki kimi 207 milyon manatın xərcləniləcəyi gözlənilir. Bu ilin birinci rübündə 123 261 min ailəyə ünvanlı sosial yardım verilib. Bir ailəyə düşən orta məbləğ 117 manat 83 qəpikdir.

Ölkədə minimum əmək haqqı 105, yaşayış minimumu 116 manatdır. Düşünürəmki, ÜSY məbləği hesablanan zaman ehtiyac meyarı yox, yaşayış minimumu əsas götürülməlidir. “Ünvanlı sosial yardım haqqında” qanunda da ehtiyac meyarının yaşayış minimumuna çatdırılması tələbi qoyulub.  Ehtiyyac meyyarını Nazirlər Kabineti ərzaq, qeyri-ərzaq, xidmət növündə 3 kateqoriya üçün (uşaqlar, əmək qabiliyyətli əhali və pensiyaçılar) hesablayıb. Təbii ki, məbləği çox olduğu üçün yaşayış minimum götürülsə daha  yaxşı olardı

ÜSY – 2006-cı ildən tətbiq olunmağa başlayıb. Artıq 2013-cu ildir  həmin proqram tətbiq olunur və bu proqramı çoxda uğurlu saymaq olmaz. Çünki bəzi ailələr var ki, onun ÜSY ehtiyyacı yoxdu ancaq hansısa  yollara əl ataraq  ÜSY alırlar. Həqiqətən ehtiyyacı olan ailələr isə yardımdan kənar qalırlar. Onlara ÜSY çox çətin şərtlərlə verirlər  . Məsələn: bir sıra  ailələr var ki, onlara  bəzi ƏSMM  idarələri 6 aylıq pulunu mənimsəyirlər. Növbəti 6 ayı isə ehtiyyacı olan insanlara verirlər. Belə şəraitin qarşısını alamaq üçün ƏƏSMN tərəfindən nəzarətin daha da  gücləndirilməsi lazımdı.

ÜSY- alınmasında  problem təkcə bu tip maneələrlə kifayətlənmir. ÜSY almaq istəyən insanlar qarşılaşdıqları əsas problemlmər aşağıdakılardır:

  • Muzdlu  işlərdə insanların gəlir haqqında arayışın alınmasında mətinliklər
  • Kirayədə yaşayan insanlar üçün yaşayış yerindən arayışın alınması
  • Sənədlərin çoxluğu

Yalnız işləyən insanlara verilməsi şərtini başa düşmək olar ki , asılılıq yaratmamaq və şəxsin də işləməkdə maraqlı olmağı üçündür. Ancaq əgər bu insan hec yerdə işləmirsə, günə muzdlu işləyirsə o zaman nə etsin? Ailələrin ən çox verdiyi sullardan biri “Əgər işləyirəmsə ÜSY nəyə lazımdır?”. Başa düşdük ehtiyac meyarına əsasən verirlər, ancaq heç bir yerdən gəlirim yoxdusa o zaman necə olacaq ?

Kirayə evdə qalan insanlar üçün də bu problemdir. Çünki onların yaşadığı evdə  rəsmi qeydiyyatı yoxdu. Notarius təsdiq etdikdən sonra onlara  yardım verilir. Ancaq nəyəsə görə notaries da  çox vaxt təsdiqləmir.

Sənədlərin çoxluğu bəzi insanları bezdirir. Çünki həmin sənədləri toplamağa çoxlu vaxt sərf olunur. Bu məsələ artıq həll olundu. ÜSY haqqında qanununa edilən  dəyişikliyə görə tələb olunan sənədlərin sayı 5-ə endirildi və yalnız zəruri hallarda  əlavə sənəd  tələb oluna bilər.

Digər problemləri,  korrupsiyanın qarşısını almaq, ÜSY proqramını gücləndirmək məqsədi ilə 2010-cu ildən “Özünədəstək ” başqa adı ilə “Birdəfəlik Sosial Yardım ”  layihəsinin icrasına başlanıldı. Proqramın əsas məqsədi ailələrə şəxsi təsərrüfatlarının inkişaf etdirilməsinə yardım etməkdir. Bu məqsədlə onların ala biləcəyi sosial yardımın bir illik məbləği əvvəlcədən həmin ailələrə ödənilir

Layihəyə qoşulan vətəndaş şəxsi təsərrüfatını inkişaf etdirib gəlir götürmək üçün illik ÜSY məbləğini birdəfəlik alır. Hələ ki bu layihə pilot olduğu üçün regionlardan az ilə cəlb olunub.Bir ailəyə orta hesabla 120 manat aylıq sosial yardım düşdüyünü hesab , illik məbləğ 1500 manata yaxın edir. Bu məbləğlə iş qurmaq xeyli çətindir. Hesab edirəm ki, hər ailəyə 3500-4000 manat ayrılmalıdır. Eyni zamanda, bu layihənin ayrıca maliyyələşmə mənbəyi olmalıdır, ÜSY-yə ayrılan vəsaitin bir hissəsi bura yönəldilməməlidir. Bütün bunlardan əlavə ÜSY ailəyə pul verilirdikdən sonra bu pulun necə xərcləndiyinə nəzarət etmək mümkün olmurdu. Həmin bu “Özünədəstək” layihəsində isə     ailə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial müqavilə imzalanır. Orda ailələrin və mərkəzin hüquqları, öhdəlikləri göstərilir.

Ünvanlı Sosial Yardımın alınmasında ədalətlilik prinsipinə diqqət edilərsə o zaman uğurlu nəticə əldə etmək olar. ƏƏSMN yerlərdə nəzarəti gücləndirərsə və  ÜSY alınması mərhələsini asanlışdırmaq üçün  əlavə proqramlar  hazırlayarsa, bu qroqram keyfiyyətli və uğurlu olacaqdır.

 

 

[1] http://www.azadliq.info/cmyyt/331-cmyyt2/31193-sosial-yardim.html?tmpl=component&print=1&layout=default&page=

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s