Sosial işçi olmaq mənim üçün nə deməkdir?


Sosial işçi olmaq mənim üçün çox şərəfli peşədir. Həqiqətən özümü bu sahədə tapdım. İndi sosial işə necə gəldiyimi daha aydın şəkildə izah edəcəyəm .

Hələ uşaq olanda insanlarla ünsiyyət qurmağa, nə isə öyrənməyə, kiməsə kömək etməyə çalışırdım. Valideynlərim  həmişə klassik Azərbaycan ailələrinin arzuladığı kimi  “Polis”, “Həkim”, “ İcra başçısı” “Nazir”  olmağımı istəyiblər. Çünki əgər sadaladığım işlərdən  birinin sahibi olsam, mən mütləq “xoşbəxt”olacağam. Lakin bu işlərə mənim heç marağım olmayıbvə həmişə bu tip işlərdən uzaq olmuşam. Ola bilər ki , o işlərdə pul, “hörmət” və s. nəsə var. Ancaq düşünürəm ki, mənim üçün bunlar xoşbəxtlik deyil. Çalışıram ki, ətrafımda olan insanlara kömək edim , onlarla ünsiyyətdə olum , insanları dinləyim. Əslində elə kiçik görünən belə şeylər məni xoşbəxt edir.

Universitetə hazırlıq mərhələsi dəhşətli  bir hadisədir. Psixoloji gərginlik, ailə, dost və qohumların hər dəqiqə sənə zəng edib “necə oldu ?”,”necə yazdın?”  deməsi və s. həqiqətən insanı çox gərginləşdirir. Bir anlıq hər şeydən uzaq olmağı istəyir insan.

Nə isə, bunları bir kənara qoyaq, keçək əsas məsələyə. Universitetə imtahan verdim, o qədərdə yüksək bal yığa bilmədim. Əslində çox çalışqan insanam, ancaq sadəcə həmin günsəhhətimdə problem yarandı, imtahana nasaz halda getdim. Bütün bunlara baxmayaraq  mən seçim etməli idim . Çox təəssüf olsun ki, valideynlərimin istədiyi yerlərə balım çatmırdı. Ancaq belə bir deyim mövcüddur:“Hər işdə bir xeyir var”. Jurnalda seçim edərkən bir çox ixtisaslar yazmışdıq. Ancaq qonşumuz riyaziyyat müəllimi Xuraman xala bildirdi ki: “Bala, “Sosial İşi”  yaz,  təzə ixtisasdir, yəqin yaxşı olar”. Valideynlərim də oradakı, “İş” sözünə baxdılar,: “Deməli gələcəkdə işin olacaq,”- deyə, zarafat da etdilər.

Mən özümdə sosial iş nədir və ümumiyyətlə sosial iş haqqında məlumat toplamaq  üçün internetdə axtarış etdim, ancaq  dolğun məlumat tapa bilmədim. Çünki 2009 -2010- cu illərdə Sosial iş ixtisas kimi  təzə yaradılmışdı. Bu sahədə məzunlar ancaq xaricdə təhsil alıb gələnlər idi  və həmin xaricdə oxumuş tələbələrin köməyi ilə mənim kimi tələbələrin həyatında da sosial işin inkişafı başladı.

Çərçivədən çox kənara çixmayım. Azərbaycan Universitetinin Sosial iş fakültəsinə  qəbul olundum. Elə bununla da  həyatım dəyişdi.  Sosial işdən ilk dərs deyən müəllimlərim xaricdə Sosial iş üzrə təhsil alan Turanə Əliyeva və Tamerlan Rəcəbov olub. Sosial işin mahiyətini, məqsədini  o qədər aydın başa saldılarki ki, mən  özümü tapdığımı  və “mənə lazım olan işin  bax bu” olduğuna  inandım.. Həqiqətən, 4 il ərzində  Sosial işlə bağlı çox biliklər öyrəndim. Eyni zamanda  dərsdən sonra Qeyri-Hökümət Təşkilatlarında könüllü olaraq fəaliyyət gostərirdim. Nəzəriyyədə öyrəndiyim bilikləri təcrübədətətbiq edirdim. 2 il UAFA təşkilatında (Azərbaycana Birgə Yardım) könüllü olaraq fəaliyyət göstərdim .  Məhz 2 ildə təcrübi biliklərimi artırdım. İlk dəfə olaraq  UAFA-da  ailələrə səfər etdim . Çox maraqlı, eyni zamanda  çətin idi .

Sosial işdə ailələri, dəstəyə ehtiyacı olan insanları başa düşmək üçün  “empatiya” qurmaq çox vacibdir. Yəni, özünü benefisiarın (sosial işçinin xidmətindən faydalanan şəxs)  yerinə qoymaq, dərdinə şərik olmaq, onu başa düşmək lazımdır.  Sosial işdə belə bir söz var – “Yanmamaq”. Bu o deməkdir ki, sən özünü benefisiarın yerinə qoya bilərsən, ancaq bunu qədərində etmək vacibdir. Keçirdiyimiz hissləri  iş yoldaşlarımızla, konfidiensiallığı pozmamaq şərti  ilə, bölüşmək  lazımdır.

Bir çox təşkilatlarda  sosial işçi kimi  fəaliyyət göstərdim . Hal- hazırda  sosial işçi kimi UAFA-da   “Gate-Keeping mexanizminin Azərbaycanda  tətbiq olunması” layihəsində layihə assistenti  vəzifəsində  fəaliyyət göstərirəm. İnaniram ki,  tez bir zamanda  öz üzərimdə işləyib, peşəkarlığımı daha da inkişaf etdirb  Sosial sahədə yeniliklər edəcəyəm.  Həqiqətən   şükür edirəm ki , ehtiyacı olan  ailələrə, əliliyi olan insanlara  az da olsa  kömək edə bilirəm. Sosial işə qazanc mənbəyi kimi  baxmıram . Həqiqətən işimdən çox  zövq alıram . Arzu edirəm  hami öz sevdiyi sahədə çalışsın

Advertisements

3 thoughts on “Sosial işçi olmaq mənim üçün nə deməkdir?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s