İnsan Alveri haqqında nəyi bilməliyik ?


İnsan Alveri haqqında nəyi bilməliyik ?

Son  zamanlar insan alveri faktları artıb. 2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə (MM) təqdim etdiyi illik hesabatda bildirilir.  İnsan alveri – köləliyin müasir forması olaraq, qəddar və laqeyd münasibətlərlə insan hüquqlarının pozulması ilə müşayiət olunur. İnsan manipulyasiya obyektinə çevrilir və onunla şəxsi əşya kimi davranılır. İnsan alveri ilə bağlı 1 həftəlik təlim də iştirak etdim. Təlim Beynəlxaq Miqrasiya Təşkilatının dəstəyi ilə Azərbyacan Uşaqlar Birliyi tərəfindən fevralın 11-15 arası  Quba rayonunda keçirildi. Təlimçi Fuad Dərgahlı qeyd etdiki nəzərə alsaq ki “Dünya statistikasına görə,  kölgə iqtisadiyyatında bu ən çox pul gətirən 2-cü sahədir deməli kifayət qədər  təhlükəlidir”

Təlimdə İnsan Alveri nədir?, İnsan Alverinin hansı formaları var? İnsan Alverindən necə qorunmaq olar?  Mövzularında təqdimat olundu. İnsan Alverinə aid qrup oyunları keçirildi. Həqiqətən təlimdən sonra daha çox hər şeyə ehtiyyatnan yanaşmağa başladım. Xaricdə təhsil almaq istəyən, işləməyə gedən dostlarıma xəbərdarlıq edirdim ki, xarici pasportlarının sürətinin həmişə üzərində gəzdirsinlər kimsə onlarda istəyərsə Pasport onlar sürətini təqdim etsin. Eyni zamanda  təlimdə öyrəndiyim bilikləri Azərbaycan Universitetində tələbələrə təqdimat etdim. Daha sonra məktəblərdə 10-11 ci sinif uşaqlarına həmin seminarı keçdim Bu tip tədbirləri eyni zamanda digər təlimdə iştirak edən aktiv iştirakçılarda keçirdi. Məqsəd o idi ki, insanlar insan alverçisinin toruna düşməsin. Bu tip situasiyalarda məlumatlı olsun.

İnsan Alveri dedikdə nəyəsə görə insanların ağlına ilk öncə qadın istismarı gəlir. Yəni qadınların  məcburi olaraq seksual istismara  cəlb olunması. Ancaq onu xüsusilə qeyd etmək istəyirəm ki, Insan alverçiləri yalnız qadınlar deyil, kişiləri və uşaqları da qul vəziyyətinə salır. İnsan alveri ilə məşğul olan cinayətkarlar, əsasən 18 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Lakin bir sıra hallarda 18 yaşından aşağı olan uşaqların da əməyindən istifadə olunur.   Kişilərin insan alveri qurbanı olmalırının əsas səbəbi işsizlikdi. Təbii ki tək səbəb işsizlik deyil. İnsan alverinin yaranma səbəbləri müxtəlifdir : Yoxsulluq, işsizlik, ümumi təhsilin olmaması, ölkələr və regionların inkişafı arasında böyük fərqin olması, ailədə böhran, evdə zorakılıq, uşaqlara diqqətsizlik, uğursuz ailələrin artımı buna misal olaraq göstərmək mümkündür.

Bundan istifadə edən insan alverçisi onu  “şirnikləndirmə” yolu ilə tora salır və istismar edir. Yəni ki “xaricdə gözəl karyera”, “Yüksək maaş” və s ilə insanları asanlıqla öz qurbanlarına  çevirə bilirlər.

Sizə xarici ölkədə təhsil almaq təklifi olunur?

Hər bir gənc xaricdə təhsil almaq istəyir.  Əgər sizə xaricdə təhsil  təklif olunarsa diqqətli olun . Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Əgər artıq xaricə getmisiniz və sənədlərinizi əlinizdən alıblar , yaxud itirmisiniz artıq qurbansanız. O zaman ən yaxın polis idarəsinə gedin və yaxud ölkənizin konsulluğu həmin ölkədə varsa oraya müraciət etmək lazımdır. Belə anlarda çox soyuqqanlı olmaq lazımdır.

 

Cəmiyyətdə belə bir tendensiya mövcuddur ki, “Bu mənim başıma gələ bilməz”. Ancaq bu  yanlış absurd bir fikirdir. Hər bir insan bu insan alverinin qurbanına çevrilə bilər. Sadəcə diqqətli  və bu barədə məlumatlı olmaq lazımdır.

 

İnsan Alverindən azad olma üsülları da mövcuddur : Qaynar xətt; Təyinat ölkəsindəki səfirlik və konsulluqlar;  Sərhəd  keçid məntəqələri; Hüquq-mühafizə orqanları; QHT-lər; Beynəlxalq təşkilatlar; Müştərilər,Dini qurumlar (məscid və kilsələr); Tibb müəssisələri və s, Şəraitə uyğun hərəkət.

Düşünürəm ki İnsan Alverinin qarşısının alınmasında  ən gözəl vasitə Maarifləndirmədir. Maarifləndirmə vasitəsi ilə insanların insan alveri barədə  biliklərini artırmaq və onları bu sahədə məlumatlı etməklə bunun qarşısını ala bilərik . Azərbyacan Respublikasında da  İnsan alverinə qarşı mübarizə üçün bir sıra xidmətlər vardır : İnsan alveri qurbanları üçün 24 saat ərzində fəaliyyət göstərən 152 Qaynar xətt xidməti; İnsan alveri qurbanları üçün təhlükəsiz sığınacaq; Pulsuz hüquqi, psixoloji və tibbi xidmətlər; Baş vermiş hər hansı hüquq pozuntusu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət mexanizmi; QHT-lər tərəfindən sosial müşayiət (işə düzəltmə, peşə kursları və s.).

 

Elmir VALEHLİ

 

 

 Image

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s